Dünən Suşamızın işğal gününü qəlbimiz qan ağlaya-ağiaya yaşadıq. Bu gün 9 mayı faşizim üzərindəki Qələbəni qeyd etmək taleyimizə yazılıb.. Necə sevinək siz deyin əzizlərim.. 1941 ci ildə babam Museyib Məşədi oğlu faşizmə qarşı vuruşaraq itkin düşdü. Qara kağızızını belə almaq nəsib olmadı . Rusiyanın boz çöllərində bir məzarıda yoxdu.Babam bimədi ki döyüşdüyü Rusiyanın 366-cı motaatıcı alay və erməni birləşmələri 1992-ci fevralın 26-da onun doğulduğu yurdunu Xocalını vyerlə-yeksan edib onun oğul nəvələrini Etibarı Habili Mobili milli ordunun əsgərlərini qətlə yetirəcəklər gəlni Rəfiqəni öldürəcklər.Rusiyanın boz çöllərində qalan nə babamın nə də Xocalı soyqrımı zamanı qətlə yetirilən doğmalarımın məzarına gül qoymaqda nəsib olmadı bizə Ağ günlərimizdən çox qara günlərimiz var.Tariximizin işğal günlərini nə qədər sızlaya-sızlaya qeyd edəcəyik. Yurd yerlərimizin şəkillərin fb qoyacağıq. Qalx Azərbaycan əsgəri ümüd sənədir ancaq. Şuşamızın Kosaların gözü yolda qalıb. Xocalının isə beli bükülüb.Qələbə günümüz yalnız torpaqlarımızın işğaldan azad olunan günü olacaq. Yalnız onda..
1920-ci il dekabr ayının 15-nə qədər «Azərmərkəzimətbuat»-ın nəşriyyat şöbəsi «Azərnəşr» – 45 nəşri 3.089405 nüsxə ilə çapdan buraxmış, yüzə qədər nəşri isə 1.000.000 nüsxə ilə buraxmaq üçün çapa vermişdir. 1921-ci ildə görülən tədbirlər nəticəsində respublikada kitab nəşrinin ümumi həcmi artmış, 30-dan çox adda müxtlif kitablar nəşr edilmişdir.
Nəhayət, respublika hökuməti Azərbaycan Dövlət Nəşriyyatının yenidən təşkil olunması barədə 1923-cü il sentyabrın 9-da qərar verir. Həmin ilin noyabr-dekabr aylarında çağırılmış III Ümumazərbaycan sovetlər qurultayı Azərbaycan Dövlət Nəşriyyatının təşkili, inkişafına və onun maddi-texniki bazasının möhkəmləndirilməsinə böyük əhəmiyyət verdi. Nəticədə Azərbaycan Dövlət Nəşriyyatı – «Azərnəşr» 1924-cü ildən geniş fəaliyyətə başlamış və sədri Məmmədzadə, nəşriyyat şöbəsinin müdiri isə Hənəfi Zeynallı olmuşdur. Tədqiqatlar göstərir ki, «Azərnəşr» yarandığı gündən Morskoy (indiki Bül-bül prospekti) və Krasno-Xristovski (indiki Şeyx Şamil) küçələrinin tinində yerləşmişdir. Təbii ki, yeni binanın tikilib istifadəyə verilməsinə qədər. 1927-ci il noyabrın 8-də Kommunist Bazarni 1927-ci il noyabr ayının 8-də Bakının Kommunist Bazarni (indiki Azərbaycan) və Zeytuyev küçələri arasında, Parapet bağı yaxınlığında (indiki Fəvvarələr bağı) olan yerdə «Azərnəşr»in yeni tikiləcək binasının – «Mətbuat sarayı»nın bünövrəsi qoyulur. 1933-cü ildə bina tam istifadəyə verilir. «Azərnəşr»in şərəfinə ucaldılan «Mətbuat sarayı»nın memarı Moskvanın tanınmış memarı Stansislav Peno olmuş və şəxsən özü inşaat işlərinə rəhbərlik etmişdir. İstifadəyə verildiyi tarixdən «Azərnəşr» öz evində fəaliyyətə başlayır. Binanın alt mərtəbəsində kağız anbarı və çap olunmuş kitablar üçün yerlər müəyyən edilir, işçilərin istirahətini təmin edən məsələlər – yuyunmaq, yeməkxana, qiraətxana və s. bu kimi yerlər də müəyyən edilir. Binanın sağ tərəfində sütunların altında «Azərnəşr»in nümunəvi kitab mağazası da tikilir. Binanın tikintisinə 1 milyon 200 min manat pul vəsaiti sərf edilmişdir. Hazırda bu bina Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin reystrində yerli əhəmiyyətli memarlıq abidəsi statusu altında qeydiyyata alınmışdır
Ulu öndər Heydər Əliyevin birinci hakimiyyəti dövrünü Azərbaycanda kitab nəşrinin zirvəsi hesab etmək olar. Azərbaycan ədəbiyyatının təkamülü hesab edilən həmin dövrdə yaranmış bədii əsərlər, maraqlı romanlar, povestlər, şerlər, dünya ədəbiyyatı incilərindən tərcümələr «Azərnəşr»in qrifi ilə yüksək tirajlarla çap olunaraq oxuculara çatdırılırdı. Ən mühüm təbliğat vasitəsi kimi «Azərnəşr» dövlətin hər tərəfli qayğısı ilə əhatə olunmuşdu.
Möhtərəm Prezident, lakin 1995-ci ildə «Azərnəşr»in binasında Bank Standartın baş ofisi açılır və «Azərnəşr» öz tarixi binasından çıxaraq başqa bir evdə fəaliyyət göstərməyə məcbur olur. Bank Standart tərəfindən bina alındıqdan sonra təmir olunsa da, sonralar həmin bank orada fəaliyyət göstərmədi və binanı tərk etdi. Hazırda həmin binada nə Bank Standart, nə də bir başqa təşkilat fəaliyyət göstərir. Bina tamamilə bomboşdur. «Azərnəşr» isə başqa ünvanda – Mehdi Hüseyn küç 61, dalan 2, ev 3-də fəaliyyət göstərir. Biz «Azərnəşr» in kollektivi olaraq dəfələrlə ölkə mətbuatında bu barədə çıxış etmiş, öz yerimizə qayıtmaq haqqında təşəbbüs qaldırmışıq. Çünki «Azərnəşr»in tarixi, keçmişi və bütün fəaliyyəti həmin bina ilə bağlıdır. Nəşriyyatımızın şərəfli yol ilə bağlı bu yaxınlarda tədqiqat-araşdırma kitabımız da işıq üzü görəcəkdir.
XX əsr Azərbaycan ədəbiyyatının inkişafında və nəşr olunaraq oxucu kütləsində çatdırılmasında «Azərnəşr»in böyük rolu olmuşdur. Dövrün bir çox görkəmli ziyalılarının – Ağababa Yusifzadənin, Məmməd Səid Ordubadinin, Ruhulla Axundovun, Əhməd Pepinovun, Ağaəli Qasımovun, Hənəfi Zeynallının, Əhməd Triniçin, Məmməd bəy Cuvarlının, Hökumə Sultanovanın, İsrafil Nəzərovun, Adil Əfəndiyevin, Nazim Novruzovun, Qılman İlkinin, Mustafa Əfəndiyevin, Əhməd Cəmilin, Cəmil Əlibəyovun, İlyas Tapdığın, Əjdər Xanbabayevin, Azər Mustafazadənin və neçə-neçə başqalarının əmək fəaliyyəti və yaradıcılıq yolu «Azərnəşr»dən keçib. O dövrdə bəlkə də elə bir yazar, ədib, şair, tərcüməçi, redaktor olmayıb ki, «Azərnəşr»də çalışmasın. Onların sayəsində nəşriyyatda minlərlə maraqlı, məzmunlu, elmi səviyyəsi, bədii və poliqrafik tərtibatı yüksək olan kitablar çap olunmuşdur.
«Azərnəşr» ulu öndər Heydər Əliyevin müxtəlif sahələr, mövzular, problemlər üzrə əsərlərini toplayaraq «Müstəqilliyimiz əbədidir» adlı nəfis tərtibatda 46 cildlik nəşr etmişdir. Cənab Prezident, «Azərnəşr»in kollektivi dövlət başçısı kimi fəaliyyətə başladığınız gündən Sizin bütün çıxış, nitq, məruzə, görüş və məktublarınızdan ibarət «İnkişaf – Məqsədimizdir» adlı 100 cildlik çap etmişdir. Xüsusi vurğulayım ki, çoxcildliyin yüzüncü kitabı bu günlərdə işıq üzü görmüşdür.
Bir neçə il öncə «Azərnəşr»in kollektivi baş redaktor Əlövsət Ağalarovun rəhbərliyi ilə ermənilərin «Böyük Ermənistan» xülyasını və qondarma «soyqırımı» iddialarını ifşa edən 17 adda kitabı nəşr edərək dünyaya yaymış, beynəlxalq kitab sərgilərinə apararaq təbliğ etmiş, konfranslarda yaymışdır. Bu kitabların müəlliflərinin heç biri Azərbaycan və türk tarixçi və araşdırmaçısı deyillər. Əsərlər dörd dildə – rus, alman, fransız və ingilis dillərində nəşr edilmişdir.
Möhtərəm Prezident, təəssüf ki, gələn ay «Azərnəşr»in 100 illik yubileyini kollektivimiz ona aid olan binasında qeyd edə bilməyəcək. Çox arzu edirik ki, nəşriyyatın bundan sonra fəaliyyətini tarixi binasında davam etdirməsinə yardım göstərəsiniz. Beş mərtəbədən ibarət «Azərnəşr»in möhtəşəm binasının heç olmasa iki mərtəbəsi özünə verilsin və biz bundan sonrakı fəaliyyətimizi doğma nəşriyyatımızda davam etdirək. Bu addım, o binanın divarlarında ruhu dolaşan görkəmli şəxsiyyətlərimizə də sayğı olar. Bu həm də, qeyd etdiyimiz kimi Şərqdə ilk kitab nəşriyyatı kimi fəaliyyət göstərən məbədin tarixidir. Bizə yubileyimizdə ən dəyərli hədiyyəniz bu olar.
Sizə dərin hörmətlə,
Rəsmiyyə RZALI Qarayeva
«Azərnəşr» in redaktoru