hemle

XOCAVƏNDLİ QARDAŞ ŞƏHİDLƏR

Tarix:15-11-2018, 11:11
Baxış Sayı:2 241

Əzizov Atəş Əfqar oğlu və Əzizov Alov Əfqar oğlu qardaşları eyni gündə şəhid olublar. Bu iki qardaş Qarabağ müharibəsi başlayan zaman universiteti yarımçıq qoyaraq cəbhəyə yollanmışdılar. Xocavənd rayonu uğrunda gedən döyüşlərdə hər iki qardaş 17 fevral 1992 ci il tarixində şəhid oldular. Övladlarının ölüm xəbərini eşidən atanın ürəyi bu xəbərə dözməyib vəfat edib.

1992-ci il fevralın 17-də Qaradağlı kəndi qeyri-bərabər döyüşdə erməni silahlı quldur birləşmələri tərəfindən işğal olundu. İşğal zamanı 118 nəfər əsir götürüldü. Əksəriyyəti gənclər olmaqla, 33 nəfər kəndin yaxınlığında "Bəylik bağı" adlanan yerdə vəhşicəsinə güllələndi. Öldürülənləri və yaralıları təsərrüfat quyusuna tökərək üzərlərini torpaqla örtdülər. Bu hadisə həmin gün təsadüf nəticəsində sağ qalan Vidadi Hüseynovun gözləri qarşısında baş vermişdi. Ata-ananın, qardaşın gözləri qarşısında doğmaları güllələnmişdi.

Bunlar aşağıdakılardır:

Tağıyev Telman Tevon oğlu, Tağıyev Faiq Həsrət oğlu, Məmmədov Ədalət Şahmar oğlu, Məmmədov Məmməd Əmirxanoğlu, Məmmədov Ərəstun Ağalar oğlu, Hüseynov Föhruz Mahmud oğlu, Hüseynov İbiş Həbib oğlu (məktəbli), Quliyev Nəbi Mütəllim oğlu, Əliyev Xaliq Məhərrəm oğlu (məktəbli), Nağıyev Avtandil Xanlar oğlu (məktəbli), Hüseynov Niftalı Bakir oğlu, Rəhimov Məhi Surxay oğlu, Dadaşov Uğur Eldar oğlu (məktəbli), Vəliyev Mobil Mürsəl oğlu, Mustafayev Qərib Həsrət oğlu, Kazımov Nəsimi Kazım oğlu, Tağıyev Zahir Gülüm oğlu, Hüseynov Nahid Adil oğlu, Əzizov Alov Əfqar oğlu, Əzizov Atəş Əfqar oğlu, Mustafayev Talıb Yaqub oğlu və Quliyev Mirzəli Nüsrət oğlu.

Qaradağlı - Xankəndi yolu üzərində yerləşən erməni kəndlərində əsirlər maşınlardan düşürdülür və hamının gözü qarşısında güllələnirdi. Zəki bulağında Abbasov Səlvər İldırım oğlu və Bayramov Elmidar Rəşid oğlu qətlə yetirildi. Xəlilov Zahid Əyyub oğlu və Hüseynov Həbib Həmzə oğlu (ailəsindən 4 nəfər şəhid olub) erməni kəndi Cəmiyyətdə güllələndilər.

Girovluqda olarkən ermənilər tərəfindən əzab və işgəncələr verilərək amansızlıqla qətlə yetirilənlər: Hüseynov İmran Əhməd oğlu, Şirinov Böyükkişi Lələ oğlu, Tağıyev Kamil Sərdar oğlu, Vəliyev Fazil Cavad oğlu, Quliyev Əlaslan Nəriman oğlu, Hüseynov Şura Abdıhüseyn oğlu, Nəzərov Şura İbad oğlu və Quliyev Kamal Bəylər oğlu. Əliyev Vətən Əmirxan oğlunun (subay), Axundov Hafiz Elmaz oğlunun (subay), Dadaşov Mikayıl İslam oğlunun (subay), Hüseynov Əbülfət Mehman oğlunun (subay) və Vəliyev Füzuli Cavad oğlunun (ailəli) taleləri naməlum qaldı.

Kazımov Səlim Kazım oğlu, Tağıyev Elsevər Teyyub oğlu (məktəbli), Süleymanov Elçin Möhübbət oğlu, Əzizov İltifat Yelmar oğlu müxtəlif dövrlərdə şəhid olmuşlar. Əsir götürülənlərdən 50 nəfəri Xankəndi və Əsgəranda 2 aydan artıq əsirlikdə saxlanılmış, azad olunduqdan sonra 18-i aldıqları sağalmaz yaralardan müxtəlif vaxtlarda vəfat etmişlər. Sağ qalan 32 nəfər isə Qaradağlı faciəsinin dəhşətlərini xatirələrində, yaralarını ürəklərində sızıldaya-sızıldaya yaşadırlar.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Azər Azadzadə Atəs

Digər xəbərlər
15:30 Dövlət işində çalışanlara BƏD XƏBƏR
15:27 Uşaqlar üçün yaşayış minimumu artırıldı
15:25 Azərbaycanda alimentin minimum məbləği artırılır
15:24 Bu halda vətəndaşın işsiz statusu ləğv edilir
14:26 QAZ XƏTLƏRİNƏ HAVA NİYƏ VURULUR?- AÇIQLAMA
10:44 Ömrü uzatmağın sadə yolu tapıldı
10:43 Bu gün Bakıda daha bir bəyannamə qəbul ediləcək
10:40 COP29 tədbirinin vaxtı uzadıldı