hemle

AVMVİB XOCAVƏND ŞÖBƏSİNDƏN ÖRNƏK ADDIM

Tarix:13-11-2018, 13:14
Baxış Sayı:613

AVMVİB Xocavənd rayonu veteranları, AVMVİB Xocavənd rayon şöbəsinin sədri, Beyləqan batalyonunun komandiri Akif Həsənov və müavin Yusif Həsənovun təşəbbüsü ilə Beyləqan rayonu İkinci Şahsevən sakini, müharibə veteranı, şəhid atası Ələkbər Hüseynovun oğlunun toy məclisində döyüş yoldaşları kimi yaxından iştirak ediblər.

Müharibə veteranı və şəhid atası Ələkbər Hüseynovu bu şad günündə də döyüş dostlarının yanında olublar.

Xatırladaq ki, veteranımızın oğlu Ələsgər Hüseynov Lələtəpə uğrunda gedən döyüşlər zamanı qəhrəmanlıq göstərərək şəhid olmuşdu.

Müharibə veteranı Ə. Hüseynovun övladının toy mərasiminə Beyləqan batalyonunun keçmiş döyüşçüləri və veteranlarıyla yanaşı, şəhid Ələsgər Hüseynovun döyüş dostları, komandirləri də iştirak ediblər.

Şəhid atası olan veteranımız Ələkbər Hüseynov AVMVİB-nin təsis etdiyi "Milli Ordu-100" xatirə medalını AVMVİB Xocavənd rayon şöbəsinin sədri Akif Həsənov təqdim edərək AVMVİB sədri Füzuli Rzaquliyevin təbrikini də çatdırıb. Şöbə sədri Akif Həsənov şəhid ailəsinin bu şad günündə bütün veteranların ürəkdən sevindiklərini qeyd edib.

Biz də bir daha AVMVİB adından və Atəsh.az saytinin rəhbəri Muharibə Veterani Qadinlarina Sosial Yardim İctimai Birliyinin sədri Rada xanim Abbas-in adından yeni həyata qədəm qoyan gənclərimizi və onların vətənpərvər valideynlərini təbrik edirik.

Digər xəbərlər
10:26 Qara dəniz üzərində 3 raket məhv edildi - Kim atıb?
10:23 Bu şəxslər yenidən həbs oluna bilər
10:21 Azərbaycanda Qurban bayramı qeyd olunur
10:17 Çinin yeni gizli döyüş təyyarəsi - Görün nələrlə təchiz edilib
10:15 Rusiya HƏRƏKƏTƏ KEÇDİ - Ukraynada kritik infrastrukturlar VURULUR
10:12 Paşinyanla keşişlərin amansız savaşı: Ermənistanda nə baş verir?
10:10 Bu günün hava proqnozu açıqlandı
10:07 Bakıda bayram namazı qılındı