hemle

Şəhid Çingiz Qurbanov uğurunda canını verdiyi torpağa tapşırıldı - Atəş.az

Tarix:6-02-2017, 20:33
Baxış Sayı:1 101

Düşmən bütün hüquq normalarını pozaraq şəhid əsgərimizin cəsədini verməkdən imtina etsə də, Azərbaycan dövlətinin qəti mövqeyini ortaya qoymasından sonra nəhayət Çingiz Qurbanovun nəşi alındı və təntənəli hərbi mərasimlə son mənzilə yola salındı.

Müdafiə Nazirliyinin Təlim və Tədris Mərkəzində keçirilən vida mərasiminə Çingiz Qurbanovun ailə üzvləri, yaxınları, hərbçi yoldaşları, ictimai birliklərin nümayandələri qatıldılar. Tədbirə gələn müdafiə naziri Zakir Həsənov və Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyev şəhidin valideynləri ilə görüşüb, onlarla qısa söhbət etdilər.

Daha sonra başlayan mərasimdə şəhid Çingiz Qurbanovun göstərdiyi şüəcaətdən danışıldı və onun qisasının yerdə qalmayacağı bildirildi. Şəhidin atası Salman Qurbanovun çıxışı isə hər kəsi həm duyğulandırdı, həm də qürurlandırdı.

Daha sonra ailə üzvləri və yaxınları şəhidlə vidalaşıblar. Şəhidin nəşi hərbi orkestrin sədaları altında və fəxri qaravul dəstəsinin müşayəti ilə dəfn olunması üçün anadan olduğu Qusar rayonuna yola salındı.

Dəfn mərasimində Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Qusar rayon İcra Hakimiyyətinin rəsmiləri, Milli Məclisin deputatları, şəhidin döyüş yoldaşları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Mərasimdə izdiham yaşanıb. Şəhidin cənazəsi torpağa tapşırıldıqdan sonra məzarı üstünə əklil və qərənfillər qoyulub.

Digər xəbərlər
12:29 Bu gecə Rusiya səması: 105 pilotsuz təyyarə vurulub
12:24 Bu şəxslər hər ay 200 manat ala bilər
10:54 Ukrayna bu sənədi Aİ-yə göndərir: İçində Rusiyaya qarşı görün nələr var
10:51 “Döyüş nöqtəsinə” çatıblar: 2030-cu ilə qədər yarım milyard yeniyetmə bu xəstəliyə tutulacaq
13:21 Dayanacaqlarda “Bakı Kart” terminalların çatışmazlığı: Yüklənmiş pulun yoxa çıxması və cinayət işinə çevrilmə riskləri
13:16 Dayanacaqlarda “Bakı Kart” terminalların çatışmazlığı: Yüklənmiş pulun yoxa çıxması və cinayət işinə çevrilmə riskləri
08:33 Hansı hallarda şəxsə təyin edilmiş cəzadan daha yüngül cəza təyin edilə bilər?
08:30 Ən ağıllı insanlar bu qan qrupundan olurlar