hemle

Şəhidimizin nəşi düşməndən alındı - Atəş.az

Tarix:5-02-2017, 13:39
Baxış Sayı:647

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin səyi nəticəsində Azərbaycan-Ermənistan dövlət sərhədində düşmən təxribatının qarşısını alarkən 2016-cı ilin dekabr ayının 29-da şəhid olmuş əsgər Qurbanov Çingiz Salman oğlunun nəşi fevralın 5-də geri qaytarılıb.

Nazirlik tərəfindən həyata keçirilən müvafiq tədbirlər, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi səfir Anjey Kasprşik və Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə hərbi qulluqçumuzun meyitinin geri alınması prosesi Qazax rayonunun Bala Cəfərli kəndi istiqamətində baş tutub.

Şəhid Ç.Qurbanovun cənazəsi qarşı tərəfdən qəbul edildikdən sonra hərbi ehtiram qaydalarına uyğun olaraq fəxri qarovulun müşayiəti ilə Bakı şəhərinə yola salınıb.

Digər xəbərlər
22:13 Lisey qəbulunda dəyişiklik: aylarla hazırlaşan uşaqlar və xərc çəkən valideynlər nə etsin?
21:31 Rusiya Ukrayna ilə danışıqların yeni mərhələsinə hazırlaşır
21:25 Kremldən Trampın tənqidlərinə cavab: Onları qurban vermək olmaz
21:19 Liderlər Laçında seyrəngahda oldular
14:47 Biz ortaq idealları paylaşan üç qardaş ölkəyik - Ərdoğan
14:44 İlham Əliyev birgə hərbi təlimlərdən danışdı
14:42 Prezidentlər Kəlbəcər-Laçın avtomobil yolunda görülən işlərlə tanış oldular - Yeniləndi
14:39 Ərdoğan: Can Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik edirəm