hemle

Bu şəxslər hər ay 200 manat ala bilər

Tarix:Bu gün, 12:24
Baxış Sayı:455



Azərbaycanda övladlığa götürülən, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağa görə ödənişlər verilir.

Bu aylıq müavinət növlərindən biridir.

Sözügedən müavinət valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş 3-18 yaş arası, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağı övladlığa götürən şəxsə verilir.

Övladlığa götürülən uşağa görə hər ay 200 manat, 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağa görə isə 600 manat ödənilir.

Bu, 2021-ci il yanvarın 1-dən tez olmamaqla uşağın 18 yaşı tamam olan ayın sonunadək təyin edilir.

Necə əldə edilir?

Sosial müavinətin təyin olunması üçün şəxs müavinət almaq hüququ yarandıqdan sonra yaşayış yeri üzrə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) struktur bölməsinə, “DOST” mərkəzinə və ya “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə” müraciət edə bilər.

Tələb olunan sənədlər – müraciət edən şəxsin şəxsiyyətini təsdiq edən sənədin surəti; uşağın doğum haqqında şəhadətnaməsi, şəxsiyyət vəsiqəsinin surəti; uşağın övladlığa götürülmə haqqında şəhadətnamə; uşağın övladlığa götürülməsi haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti…

Müavinətin təyin olunması barədə müraciətə qeydə alındığı gündən ən geci 10 gün müddətində baxılır və müvafiq qərar qəbul edilir. İmtina haqda qərar qəbul edildikdə, 5 gün müddətində səbəblər göstərilməklə, şəxsə rəsmi məlumat verilir. Müraciət edən vətəndaşın bu qərardan inzibati qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət etmək hüququ var.

Həmçinin, sosial müavinətlər onu almaq hüququ olduğu təqdirdə ən çoxu müraciət edildiyi tarixdən əvvəlki üç il üçün ödənilir.

Qeyd edək ki, müavinət almaq hüququ olanlar – Azərbaycan vətəndaşları, tərəfdar çıxdığımız beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, ölkə ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslər və əcnəbilərdir.

Digər xəbərlər
12:29 Bu gecə Rusiya səması: 105 pilotsuz təyyarə vurulub
12:24 Bu şəxslər hər ay 200 manat ala bilər
10:54 Ukrayna bu sənədi Aİ-yə göndərir: İçində Rusiyaya qarşı görün nələr var
10:51 “Döyüş nöqtəsinə” çatıblar: 2030-cu ilə qədər yarım milyard yeniyetmə bu xəstəliyə tutulacaq
13:21 Dayanacaqlarda “Bakı Kart” terminalların çatışmazlığı: Yüklənmiş pulun yoxa çıxması və cinayət işinə çevrilmə riskləri
13:16 Dayanacaqlarda “Bakı Kart” terminalların çatışmazlığı: Yüklənmiş pulun yoxa çıxması və cinayət işinə çevrilmə riskləri
08:33 Hansı hallarda şəxsə təyin edilmiş cəzadan daha yüngül cəza təyin edilə bilər?
08:30 Ən ağıllı insanlar bu qan qrupundan olurlar