hemle

BAYAT elinin igidləri tarixə yazılacaq

Tarix:3-05-2018, 17:51
Baxış Sayı:722

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının 2018-ci ildə elan etdiyi I qrant müsabiqəsində qaliblərdən biridə VUŞAMQİB-dir. “BAYAT elinin igidləri şəhidlər haqda Filminin çəkilməsi” adlı layihənin əsas məqsədi vətənpərvərlik hisslərinin artırılması və şəhidlərimizin tanıdılmasıdır. Gələcək nəslin vətənpərvərlik ruhunda böyüdülməsinə çalışmaq əsas vəzifəmizdir. Azərbaycan ərazilərinin düşməndən qorunması üçün müharibəyə könüllü yollanmış, və şəhid olmuş oğullarımızın unudulması faciədir. Elə buna görədə Bayat elinin igidləri adlı filmdə bir elin 6 şəhidi haqda film çəkilməsi nəzərədə tutulur.

1974 ci ildə Ağcabədi rayonu, Hacılar kəndində doğulmuş, Rüstəmov Elşən Fəqan oğlu 1993-cü ildə Füzuli rayonu ərazisində Daşburun kəndi uğrunda gedən döyüşlərdə şəhid olub.
Ağcabədi rayonu, Boyat kəndində 1975 doğulmuş və 1994 fevral ayının 14 ci ildə şəhid olmuş Əliyev Hikmət Camal oğlu. Füzuli Əbdulrəhmanlı kəndi uğrunda gedən döyüşlərdə şəhid olub Boyad kənd Tam orta məktəbi şəhid Əliyev Hikmət Camal oğlunun adını daşıyır
Abbasov Sahib Həsən oğlu 1960 –cı ildə Ağcabədi rayonun Boyad kəndində anadan olub. 1994-cü ildə Ağdamın Pirəbulaq kəndi uğrunda gedən döyüşlərdə şəhid olub.
Ağayev Yalçın Rafiq oğlu 1973-cü ildə Cəbrayıl rayonunda anadan olub məcburi köçkündür. 1993-cü ildə Ağdam rayonun Qalayçılar kəndi uğrunda gedən döyüşlərdə şəhid olub.
Qaraxanlı kəndi şəhid Sadıqov Ramin Xəlil oğlu 1992-ci ildə Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olub.
1970 –ci ildə Ağcabədi rayonun Boyad kəndində anadan olmuş Kərimov Fəzail Kərim oğlu

“BAYAT elin igidləri” şəhidlər haqda filminin şəkilməsi adlı layihənin icrasının gənclərin vətənpərvərlik ruhunda tərbiyyə edilməsinə yüksək səviyyədə təsirinin olacağını bilirik. Eyni zamanda şəhid analarının vətən yolunda qurban verdikləri övladlarına verilən qiymətdən gəncliyimizə böyük təsiri olacaq. Layihənin icrası işğal altında qalan Azərbaycan torpaqlarının azad edilməsi yolunda gənclərin döyüş hazırlığı üçün bir məktəb rolunu oynayacaq.
Layihə rəhbəri Zərifə Əsgərova

Digər xəbərlər
10:17 Gürcüstanda parlament seçkiləri keçirilir
10:07 Gündə neçə stəkan çay içmək olar? - Həkim normanı keçməyin nələrə səbəb olduğundan danışdı
10:06 Vətən müharibəsinin 30-cu günü - Üçüncü atəşkəs elan olunur
09:46 ABŞ yeni silah alır: Rusiya və Çin peyklərini zərərsizləşdirəcək
09:39 Naxçıvanda əhali arasında vaksinasiya aparılır
09:36 İsrail İrana ikinci dəfə zərbə endirib
18:43 Əhaliyə həftəsonu ilə bağlı XƏBƏRDARLIQ: Hazırlıqlı olun!
18:36 Bu şəxslərə verilən müavinət ARTIRILIR