hemle

Həkim ailəsində doğulan ədəbiyyatçı -ATƏŞ.az

Tarix:6-01-2017, 20:23
Baxış Sayı:911

Azərbaycan qadını öz zəkası, müdrikliyi, sədaqəti, qəhrəmanlığı, vəfası, yüksək analıq keyfiyyəti ilə hər zaman xalqımızın adını uca tutub. Dünya mədəniyyəti xəzinəsinə nadir incilər bəxş etmiş xalqımızın mənəvi dəyərlərinin formalaşmasında və inkişafında qadınlarımızın böyük rolu olub. Eyni zamanda, Azərbaycan qadınları tariximizin bütün dövrlərində xalqımızın taleyüklü məsələlərinin həll edilməsinə öz sanballı töhfələrini veriblər. Onların bir çoxunun adları çoxəsrlik tariximizin səhifələrinə qızıl hərflərlə yazılıb.
Azərbaycanın qədim tarixi qadınları həyat mənbəyi və müdriklik mücəssəməsi kimi vəsf etmək üçün zəngin material verib. Orta əsrlər Azərbaycan qadını ana olmaqla yanaşı, klassik poeziyanın ən gözəl nümunələrini yaradıb, at belində qılınc çalıb, dövlət idarəçiliyində sözünü deyib.
XX əsr dünyada qadınların rolunun cəmiyyətdə artması ilə yadda qalıb. Azərbaycan qadını XX əsrdə - istər Xalq Cümhuriyyəti dövründə, istərsə də sovet hakimiyyəti illərində yaradılan imkanlardan xalqın, dövlətin, cəmiyyətin mənafeyi naminə çox səmərəli istifadə edib.

Bu gün bu adı qoruyub saxlayanlar içərsində “Bayat elində” Ağcabədi rayonu Boyat kəndində həkim ailəsində dünyaya göz açan Təhminə Quliyevada var.Təhminə xanım şəhid Hikmət Əliyev adına Boyat kənd orta məktəbi bitirdikdən sonra 1999 cu ildə Bakı Dövlət Universitetinin "Kitabxana - İnformasiya" Fakultəsinə daxil olub. Universiteti uğurla başa vuran xanım öz ixtisası üzrə uzun illər Azərbaycan Milli Elmlər Akademiyasının Botanika İnstitutunun kitabxanasında böyük kitabxanaçı vəzifəsində çalışıbdır.Həkim ailəsində doğulan xanım qardaşınında öz ata anasının yolunu davam etdirsədə Bayat sevgisi, Füzuli sevgisi, Dədə Qorqud sevgisi, Natavan sevgisi xanımı məhz ədəbiyyata bağlanmağa vadar edib.
Ailə müqəddəstliyi Təhminə xanımı Azərbaycan Milli Elmlər Akademiyasının Botanika İnstitutunun kitabxanasında böyük kitabxanaçı vəzifəsindən ayırıb Boyat kəndinə qayıdıraq evlilik həyatına imza atdırıb. Ailə qurmasına baxmayaraq xanım öz peşəsini Füzuli qoxulu Boyat kəndində davam etdirib. Hal-hazırda Ağcabədi rayonu MKS- nın Boyat kənd kitabxana filialının müdiri vəzifəsində çalışır.
Ailəlidir. Iki qız övladı var.

Digər xəbərlər
12:29 Bu gecə Rusiya səması: 105 pilotsuz təyyarə vurulub
12:24 Bu şəxslər hər ay 200 manat ala bilər
10:54 Ukrayna bu sənədi Aİ-yə göndərir: İçində Rusiyaya qarşı görün nələr var
10:51 “Döyüş nöqtəsinə” çatıblar: 2030-cu ilə qədər yarım milyard yeniyetmə bu xəstəliyə tutulacaq
13:21 Dayanacaqlarda “Bakı Kart” terminalların çatışmazlığı: Yüklənmiş pulun yoxa çıxması və cinayət işinə çevrilmə riskləri
13:16 Dayanacaqlarda “Bakı Kart” terminalların çatışmazlığı: Yüklənmiş pulun yoxa çıxması və cinayət işinə çevrilmə riskləri
08:33 Hansı hallarda şəxsə təyin edilmiş cəzadan daha yüngül cəza təyin edilə bilər?
08:30 Ən ağıllı insanlar bu qan qrupundan olurlar