hemle

Türkiyədə keçirilən konfransda Azərbaycanda gender bərabərliyinin təmini ilə bağlı görülən işlərdən danışılıb

Tarix:18-11-2016, 16:37
Baxış Sayı:635

Milli Məclisin deputatı, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyinin sədri Qənirə Paşayeva və tibb üzrə fəlsəfə doktoru Yazgül Abdiyeva Türkiyədə “Güclü qadınlar, güclü sabahlar” adlı konfransda Azərbaycanda gender bərabərliyi haqqında məruzə ilə çıxış ediblər.

Q.Paşayeva bildirib ki, qadınların dövlətin və cəmiyyətin idarə olunmasından başlayaraq həyatın bütün sahələrində kişilərlə bərabərliyinin təmin edilməsi istiqamətində ciddi işlər görülən ölkələr daha çox uğurlar əldə edirlər. Qadınlara qarşı ayrı-seçkiliyin olduğu, onlara qarşı zorakılığın geniş yayıldığı, gender bərabərliyinin təmin olunması istiqamətində fəal iş aparılmayan ölkə və cəmiyyətlər uğursuzluğa düçardır. Deputat qadın haqlarının müdafiəsi, gender bərabərliyinin təmini, qızların təhsili, qadına qarşı zorakılıqla mübarizə istiqamətində uğurların əldə edilməsində dövlət siyasətinin vacibliyini qeyd edib. Bu istiqamətdə Azərbaycanda həyata keçirilən dövlət siyasəti, əldə edilən uğurlar və həllini gözləyən problemlər barədə məlumatlar verib.

Milli Məclisin deputatı deyib ki, gender bərabərliyi, qadınların dövlətin və cəmiyyətin idarə olunmasında rolunun artırılması, qadınların cəmiyyətin bütün sahələrində, o cümlədən biznesdə rolunun genişləndirilməsinə dəstək, qadınlara qarşı bütün növ zorakılıq hallarına qarşı kəskin mübarizə aparılması Azərbaycan dövlətinin prioritetləri sırasındadır. O, həmçinin ölkəmizdə qadınların cəmiyyətdə, ictimai-siyasi həyatda rolunun artırılması istiqamətində görülən işlər, həyata keçirilən proqramlar barədə danışıb.

Tibb üzrə fəlsəfə doktoru Yazgül Abdiyeva bu gün Azərbaycan qadınının ictimai həyatın hər bir sahəsində fəallıq göstərdiyini söyləyib. Qeyd edib ki, qadınlar əsasən təhsil, mədəniyyət, səhiyyə və sosial müdafiə kimi sahələrdə üstünlük təşkil edirlər. Lakin son illər qadınların həm də siyasi və ictimai qərar qəbuletmə səviyyəsində iştirakı artıb və artmaqda davam edir.

Tədbirin sonunda təşkilatçılara və tədbir iştirakçılarına Azərbaycan tarixi, mədəniyyəti, Qarabağ həqiqətləri ilə bağlı materiallar hədiyyə edilib.

Digər xəbərlər
12:29 Bu gecə Rusiya səması: 105 pilotsuz təyyarə vurulub
12:24 Bu şəxslər hər ay 200 manat ala bilər
10:54 Ukrayna bu sənədi Aİ-yə göndərir: İçində Rusiyaya qarşı görün nələr var
10:51 “Döyüş nöqtəsinə” çatıblar: 2030-cu ilə qədər yarım milyard yeniyetmə bu xəstəliyə tutulacaq
13:21 Dayanacaqlarda “Bakı Kart” terminalların çatışmazlığı: Yüklənmiş pulun yoxa çıxması və cinayət işinə çevrilmə riskləri
13:16 Dayanacaqlarda “Bakı Kart” terminalların çatışmazlığı: Yüklənmiş pulun yoxa çıxması və cinayət işinə çevrilmə riskləri
08:33 Hansı hallarda şəxsə təyin edilmiş cəzadan daha yüngül cəza təyin edilə bilər?
08:30 Ən ağıllı insanlar bu qan qrupundan olurlar