Sizi konfransa dəvət edirik. Düşünürik, Sizə gərək olan bəzi bilikləri qazana biləcəksiniz. 7 ölkədən qonaqlarımız var. Dialoqa qoşulması gərəkən ziyalılardır.
fürsətdir, hər an görüb də suallarınızı yönəltmək imkanınız yoxdur deyə gəlin. Söhbətlərə qoşulun.
Sizinlə Türkiyənin, Ukraynanın, Rusiyanın, İranın, Gürcüstanın, Qazaxıstanın, Qırğızıstanın regional problermlərlə məşğul olan uzmanları bir masa arxasında oturacaqlar.
Konfrans Bakı Dövlət Universitetinin Akt Zalında 11-12 oktyabrda saat 10-dan başlayaraq olacaq. Giriş hamı üçün açıqdır. Təki suallarınız olsun.
Press relize
“ULUS” Fondunun Jurnalistika Fakültəsi ilə birgə təşkil etdiyi Regional Konfransın icra planı
1.Layihənin adı:
"Beynəlxalq mediada Azərbaycan mövzusu: reallıqlar, problemlər, perspektiv vəzifələr" mövzusunda regional konfrans.
2.Tədbirin keçirildiyi tarix və yer:
11-12 oktyabr 2016-cı il, Bakı Dövlət Universitetinin konfrans zalı.
3.Donor:
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası.
4.Tədbirin forması: Regional konfrans.
5.Tədbirin mövzusu:
“Beynəlxalq mediada Azərbaycan mövzusu: reallıqlar, problemlər, perspektiv vəzifələr.”
6.Tədbirin məqsədi:
Layihə Azərbaycanın beynəlxalq mediada maraqlarının müdafiəsini təmin etmək üçün ərtaf ölkələrin kütləvi informasiya vasitələrinin tanınmış jurnalistlərini Bakıya dəvət edib:
– qonşu ölkələrin gərəkən Media redaksiyaları ilə müsbət meylli əməkdaşlığın qurulması,
– regionun geo-siyasi durumunun analiz edilməsi,
– universal jurnalistika dəyərlərinə dayanan prinsiplərin önə çəkilməsi,
– dezinfirmasiya meyllərinin hamıya zərərli olduğunu, bu savaşdan heç kimin qazanmadığının bəyan edilməsi mövzusunda konfrans keçirilməsindən bəhs edir.
7. Konfransın gündəliyi:
I gün. Açılış sözü: Layihənin rəhbəri Əlisafa Mehdiyev.
I günün aparıcısı: BDU-nun Jurnalistika fakültəsinin dekanı professor Cahangir Məmmədli.
Giriş sözü:
1. BDU-nun rektoru akademik, MM-in deputatı Abel Məhərrəmov
2. Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli.
3. Azərbaycan Mətbuat Şurasının sədri, MM deputatı Əflatun Amaşıv.
4. “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid,
Məruzəçilər:
1. Regionun tarixi, geo-siyasi, iqtisadi, mədəni durumu; DİA-nın dosenti, s.e.f.d. Elşad Mirbəşir oğlu. +994 55 2134546
2. Azərbaycan dövlətinin yürütdüyü siyasət; AR MM-in deputatı, siyasi elmlər doktoru, professor Elman Nəsirov +994 50 2030062.
3. Türkiyəli qonaq, İstanbul universitetinin professoru İrfan Çiftçi.
4. Regionda hərbi durum – qarşıdurmanın gətirə biləcəyi narahatlıqlar; general-leytenant Yaşar Aydəmirov. +994 50 3152920.
5. Rusiyalı qonaq, MDB İnstitutunun direktor müavini Vladimir Jarixin.
6. Qonşu ölkələrin KİV-lərinin Azərbaycan dövlətinə yönəlik davranışları; "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Hikmət Babaoğlu Məmmədov + 994 50 3735998.
7. İranlı qonaq. İran Radio-Televiziyasının Bakı nümayəndəliyinin müdiri Əmir Kərəmi, İİR-in Azərbaycan Respublikasındadaki səfirliyinin səfirliyinin mətbuat şöbəsinin katibi Rza Nəcəfi
II gün
İİ günün aparıcısı: Azərbaycan Mətbuat Şurasının sədri, AR MM-in depitatı Əflatun Amaşov.
Məruzəçilər:
1. Qonşu ölkələrin Azərbaycanla maraqlarının uyğunluğu və fərqləri, bu gedişlərdə unversal jurnalis-tikanın vəzifələri və məsuliyyəti; APA TV-nin baş direktoru Vüqar Məsimoğlu +994 55 2303577
2. Ukraynalı qonaq, Ukraynalı diplomat, Ukrayna Nazirlər Kabineti Katibliyinin Avropa və Avroatlantik inteqrasiya koordinasiya bürosunun direktoru Vadim Valeryeviç Tryuxan
3. Müasir mediada mənfi təzahürlər; informasiya savaşının sivil cəmiyyətə vurduğu zədələr; kiber qarşıdurmadan qazananlar və uduzanlar; BDU-nun Beynəlxalq Jurnalistika Kafedrasının dosenti Vüqar Zifəroğlu. +994 50 3125124
4. Qırğızıstanlı qonaq, Qırğızıstan Respublikasının Mədəniyyət, İnformasiya və Turizm Nazirliyinin Kütləvi Kommunikasiyalar və İnformasiya Departamentinin direktoru Baxtıgül Novruzbaeva.
5. Gürcüstanlı qonaq, Azərbaycan – Gürcüstan Mədəni Əlaqələri Assosiasiyasının əməkdaşı, TV KARTULİ-nin əməkdaşı Tamar Lamparadze.
6. Qazaxıstanlı qonaq, Türkiyə Qazi Universitetinin İnformasiya Fakültəsini doktorantı, Əhməd Yasəvi Universitetinin dosenti Mirzəxan Baybolov.
7. Gözlənilən nəticələrin proqnozları, bu gərginlikdən çıxma təklifləri. professor Cahangir Məmmədli. +994 50 282 98 33
8. İştirakçılar:
TV-Radio, qəzet, internet informasiya saytlarının rəhbərləri, jurnalistika fakültəsinin müəllimləri, MŞ-nin üzvləri, arzu edənlər.
9. KONFRANSDA QOYULACAQ PROBLEMİN TƏSVİRİ
Zamanın mürəkkəb çağırışları ölkəmizdə mənəvi bütövlüyü, milli həmrəyliyi həyati zərurətə çevi¬rir. Bu prosesin əleyhinə davranışlar, yaxud fəaliyyətsizlik cəmiyyətin mənəvi-intellektual gücünün zəif-ləməsinə səbəb olur. Mənəvi-intellektual gücün möhtəşəmliyi isə yetərincə məlumatlı olmaqdan yaran-dığını unutmamalıyıq. Regionda savaş gedir...
Hər bir ölkənin informasiya məkanı və informasiya mühiti, informasiya ehtiyatları və texnologi¬yaları cəmiyyətin sosial-iqtisadi, elmi-texniki və mədəni inkişafının səviyyəsini və dinamikasını müəyyən-ləşdirir. Beynəlxalq və yerli sistemyaradıcı amil yalnız informasiyalı mühitdə siyasi, iqtisadi, müdafiə, sosial-mənəvi və digər sahələrə müdaxilə edib milli təhlükəsizlik sisteminin möhkəmliyini təmin edir. İnformasiya siyasəti beynəlxalq, regional və milli münasibətlərin, daxili və xarici sosial-iqtisadi proses-lərin idarə olunmasında təhlükəsizliyin ilkin təminatçısına çevrilir.
Azərbaycanda informasiya təhlükəsizliyinin təmin olunması məsələləri Milli Təhlükəsizlik Konsep-siyasında və Azərbaycan Respublikasının “Milli Təhlükəsizlik haqqında” Qanununda da öz əksini tapıb. İnformasiya təhlükəsizliyinə xarici təhdidlər, onların qarşısının alınması metodları milli təhlükəsizliyin bütün sahələri üçün ümumi xarakter daşıyır və buna bütün vətəndaşlar, xüsusən də media nümayəndələri məsuldurlar. Konsepsiyada və Qanunda qeyd olunur ki, dövlət, ictimai və fərdi informasiya ehtiyat-larının qorunması, ölkənin bütövlükdə informasiya təhlükəsizliyinə təhdidlərin aradan qaldırılması, habelə infor¬masiya sahəsində milli maraqların qabaqlayıcı, önləyici mövqeyə çıxarılması ciddi tədbirlər kompleksi ilə mümkündür.
Onu da qeyd etmək lazımdır ki, bəzi xarici qüvvələr xalqımızın ictimai rəyinə, daxili-xarici siyasətinə təsir göstərmək məqsədilə çoxsaylı dini, ideoloji, seperatçı informativ-təbliğat vasitələri yaradırlar. Mövcud fəaliyyət ölkədaxili sabitliyin pozulmasına, mərkəzi hakimiyyətə tabesizliyin, ümumən cəmiyyətdə ümidsizliyin, etimadsızlığın formalaşmasına hesablanıb.
Savaş gedən regionda informasiya mübarizəsinə qoşulmuş jurnalist də fərqli silahlanmış Vətən əsgə-ridir. O, ayrı-ayrılıqda bir ordunun işini qarşılayır. Onun informasiya silahı qısa zaman içində bütün dünyaya yayıla bilir, gərəkən müdafiəni, yaxud hücumu öncədən təşkil edir, dünya insanlarının şüurunda da interferens effekti yarada bilir.
O da məlumdur ki, xarici ölkələrdəki erməni lobbisi və diaspor təşkilatları Azərbaycana qarşı infor-masiya müharibəsində böyük şəbəkəyə malikdirlər. Həmin şəbəkənin əhatə və təsir dairəsi xeyli genişdir. Bura müxtəlif ölkələrin aparıcı mətbu orqanlarında çalışan, bəzən öz mənşəyini gizlədərək başqa soyadlarla çıxış edən erməni əsilli jurnalistlər, diasporun təsiri altında olan xarici mətbuat orqaları, internet informasiya resursları, teleradio kompaniyaları və s. daxildir. Bundan başqa əsasən erməni lobbisinin təsiri altında olan, onun maliyyəsi ilə ayaqda duran bəzi xarici qeyri-hökumət təşkilatları, tanınmış mədəniyyət adamları, ictimai-siyasi xadimlər var. Onların anti-Azərbaycan fəaliyyəti ciddi şəkildə koordinasiya edilir.
Bu kimi hallarla mübarizə üçün Azərbaycanın geniş şəbəkəyə malik informasiya məkanı olmalıdır. Mövcud məkanda isə əsas təbliğat arealı həm MDB məkanına daxil olan ölkələrin, həm də qonşuluğu-muzdakı İranın və Türkiyənin mediasıdır. Layihə məhz bu media quruluşlarında çalışan jurnalistlərin, aparıcı fikir adamlarının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlumatlandırılmasını, bu baxımdan Azərbaycanın obyektiv mövqeyinin təbliğini, ölkəmizin haqq səsini müdafiə edən informasiya şəbəkə-sinin yaradılmasını rəhbər tutur.
Nəzərə alınır ki, informasiya müharibəsi şəraitində informasiyanın dağıdıcı, yaxud qoruyucu mahiyyətini uzun illərin təcrübələrindən çıxmış, güclü ideoloji silahlanma ilə cilalanmış jurnalist ordusu yerinə yetirə bilər. 2016-cı ilin aprelində cəbhə xəttində hərbi əməliyyatların intensivləşməsi fonunda buna daha çox ehtiyac duyulduğunu gördük. Beynəlxalq ictimai rəy məhz indiki məqamda Azərbaycanın ədalətli mövqeyi barədə daha çox məlumatlı olmalıdır. Bu prosesdə isə həmin ictimai rəyi formalaşdıran tanınmış media nümayəndələrinin problemə daha yaxından köklənmələri şərtdir. Layihə bu məramın gerçəkləşməsi zərurətindən irəli gəlir.
10. Tədbir haqqında zəruri saydığım əlavə:
1) Gözlənilən nəticələrin proqnozları, bu gərginlikdən çıxma təklifləri mövzusunda müzakirələr olacaq.
2) Dəvət olunmuş xarici media nümayəndələrinə əməkdaşlıq təklifləri ortaya qoyulacaq. Beləliklə dəvət olunmuş jurnalistlər Azərbaycan mediası ilə təmas və dostluq məxrəcini tanıyacaqlar.
3) Konfransın sonunda qonaqlara və mühazirəçilərə “Təşəkkür” bəyan edən hədiyyə veriləcək, xatirə şəkilləri çəkiləcək.
4) Axşam qonaqlarımıza Ölkəmizin tanınmış Media kapitanları ilə birlikdə ziyafət verəcəyik.
5) Qonaqlar Tele verilişlərə, telemüsahibələrə dəvət olunacaqlar.
6) Növbəti gün qonaqları muzeylərimizə, Atəşgaha ziyarətə dəvət edəcəyik, media müsahibələrinə cəlb edəcəyik.
7) Konfrans müddətində Quzey Qafqazda yaranmış dövlətlərin tarixi xronologiyasını, bu ərazlərin işğalı prosesini, Qarabağ probleminin yaranması səbəblərini əks etdirən videoçarxlar toplanacaq.
8) Konfransın gedişi ilə bağlı məlumatların KİV-də yayımlanması təmin olunacaq.
9) Tədbirin gedişini əks etdirən fotoşəkilləri “ULUS” Fondundan almaq olar. (elektron variantı da).
10) Sayğılı həmkar, hər hansı janrda yayacağınız informasiya tədbirin keçirildiyi gün daha əhəmiyyətli olacaq. Lütfən, qaçırmayın.
Əlisafa Mehdiyev
layihənin müəllifi və rəhbəri,
“Ulus” Fondunun həmtəsisçisi, Himayə Şurasının üzvü, savaş jurnalistikası mütəxəssisi.