hemle

Qabil-90: Xalq şairi

Tarix:27-09-2016, 12:57
Baxış Sayı:6 083

Avqustun 12-si mərhum Xalq şairi Qabil İmamverdiyevin doğum günüdür. Qabil 2007-ci il aprelin 4-nə keçən gecə 81 yaşında vəfat edib. Şairin ölümünə ürək çatışmazlığı səbəb olub.

Qabil İmamverdiyev 1926-cı il avqustun 12-də Bakıda anadan olub. 1948-ci ildə indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinin dil-ədəbiyyat fakültəsini, 1956-cı ildə Moskvada ali ədəbiyyat kursunu bitirib. Müxtəlif ədəbi-bədii qəzet və jurnallarda, Televiziya və Radio Verilişləri Komitəsində çalışıb. «Gəl baharım» adlı ilk şeiri 1944-cü ildə «Ədəbiyyat və incəsənət» qəzetində çap olunub. İlk şeirlər kitabı - «Səhər açılır» 1950-ci ildə nəşr edilib. O, “Azərbaycan” jurnalı redaksiyasında şeir üzrə ədəbi işçi, baş redaktorun müavini vəzifələrində işləyib. Azərbaycan Yazıçılar Birliyi Ağsaqqallar Şurasının sədri olub. 2006-cı ildə Xalq şairi «İstiqlal» ordeni ilə təltif olunub. Şair həmçinin dövlət mükafatı laureatı, əməkdar incəsənət xadimi olub, «Şöhrət» ordeni alıb.

Modern.az saytı Qabilin fotolarını təqdim edir. Qeyd edək ki, bu gün şairin 90 illik yubileyidir…



Digər xəbərlər
10:45 VAQİF QOCALSA DA, YENƏ VAQİFDİ
09:58 Gəncəni bombalayan erməni hərbçilərin adları BİLİNDİ
08:58 İqlim dəyişikliyi: Yer kürəsi əhalisinin yarısı bununla üzləşir - Ən az bir ay...
08:55 ƏDV ilə bağlı şad xəbər verildi
08:53 Beyin sağlamlığı üçün ən vacib qidalar - Siyahı
08:51 Laçının Bəylik kəndinə növbəti köç karvanı yola salındı
22:06 Azərbaycanda bu qadınlar 1460 manat əmək haqqı alacaq
21:57 Dəmir yolu nəqliyyatından istifadə edən bu sərnişinlər cərimə ediləcək