hemle

Evli qadınla eşq yaşayan, ömürlük subay qalan azərbaycanlı məşhur

Tarix:24-09-2016, 19:29
Baxış Sayı:483

"İstəyirsən, bazarı bağlatdırım səninçün..."

Yəqin, dillərdə aforizmə çevrilən bu məşhur ifadəni xatırladınız və anidən dodağınız qaçdı.
"Alma almaya bənzər" filminin rejissoru, Azərbaycan milli kinosunda özünəməxsus yeri olan peşəkar kinorejissor Arif Babayevi nahaqdan xatırlamadım. Bu gün onun ad günüdür. Sağ olsa, dostlarını başına yığıb özünə təmtəraqlı doğum günü mərasimi keçirərdi. Şəninə badələr qaldırılıb, sağlıqlar deyilərdi...

hemlemedia.az publika.az-a istinadən bildirir ki, bu gün onu bizimlə 33 illik zaman kəsiyi ayırır. Elə insanlar var ki, biz onlara dünyasını dəyişmiş adam kimi baxa bilmirik. Söhbət sənətkarlardan - şair, rəssam, bəstəkar, rejissorlardan gedir. Onların qoyub getdiyi sənət əsərlərinə baxanda, musiqilərini dinləyib feyziyab olanda, şerini söyləyib ruhumuzu arıdanda, çəkdiyi filmlərə tamaşa edib yorğunluğumuzu canımızdan çıxaranda həmin sənətkarları yanımızda hiss edirik. Arif Babayev də belə ölməzlər sırasındadır.

Arif Babayev 1947-1953-cü illərdə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsində təhsil alıb. 1956-1968-ci illərdə Azərbaycan Dövlət Teleradio Komitəsində, 1968-ci ildən "Azərbaycanfilm" kinostudiyasında 50-yə yaxın bədii filmin rejissoru olub.
Hələ daha neçə film çəkmək arzusundaydı, amma əcəl aman vermədi. 1983-cü il avqustun 26-da 54 yaşında sevənlərindən ayrıldı.
"İnsan məskən salır", "Uşaqlığın son gecəsi", "Gün keçdi", "Alma almaya bənzər", "Arxadan vurulan zərbə"...

Nə yaxşı ki, Azərbaycan kinosunun belə gözəl filmləri var. Bu filmləri bizə qoyub getdiyinə görə Arif Babayevə minnətdar olmalıyıq.

O, heç vaxt evli olmayıb. Ömrünün sonuna qədər evli qadınla sevgi yaşayıb.

Digər xəbərlər
12:29 Bu gecə Rusiya səması: 105 pilotsuz təyyarə vurulub
12:24 Bu şəxslər hər ay 200 manat ala bilər
10:54 Ukrayna bu sənədi Aİ-yə göndərir: İçində Rusiyaya qarşı görün nələr var
10:51 “Döyüş nöqtəsinə” çatıblar: 2030-cu ilə qədər yarım milyard yeniyetmə bu xəstəliyə tutulacaq
13:21 Dayanacaqlarda “Bakı Kart” terminalların çatışmazlığı: Yüklənmiş pulun yoxa çıxması və cinayət işinə çevrilmə riskləri
13:16 Dayanacaqlarda “Bakı Kart” terminalların çatışmazlığı: Yüklənmiş pulun yoxa çıxması və cinayət işinə çevrilmə riskləri
08:33 Hansı hallarda şəxsə təyin edilmiş cəzadan daha yüngül cəza təyin edilə bilər?
08:30 Ən ağıllı insanlar bu qan qrupundan olurlar