hemle

Lənkəran yeni teatr mövsümünə start verdi

Tarix:26-09-2016, 19:35
Baxış Sayı:691

Bu gün Lənkəran Dövlət Dram Teatrı özünün 126-cı mövsümünə başlayıb. APA-nın cənub bürosunun məlumatına görə, bu münasibətlə keçirilən açılış mərasimində teatrın direktoru Tofiq Heydərov, baş rejissoru Tural Mustafayev, aparıcı aktrisaları, xaq artisti Böyükxanım Əliyeva və Şahrud Mehdiyeva çıxış edərək kollektivin ötən mövsümdə qazandığı nailiyyətlərdən, cari mövsümdə qarşıda duran vəzifələrindən danışıblar.

Bildirilib ki, bu il teatrın truppası Bəham Beyzayinin “İlan Sultan” tamaşası ilə qonşu İran İslam Respublikasının paytaxtında keçirilən Beynəlxalq teatr festivalında mükafata layiq görülüb. Kollektivin həmçinin may ayında iki tamaşa ilə Bakıda paytaxt tamaşaçıları qarşısında hesabat xarakterli çıxışı da maraq doğurub.

Hazırda teatrda “YUĞ” teatrının baş rejissoru Gümrah Ömərin quruluşunda M.F.Axundzadənin “Hacı Qara” komediyası tamaşaya hazırlanır. Paralel olaraq daha iki səhnə əsərinin – italyan dramaturqu Lüidji Lunarinin “Üç nəfər yelləncəkdə” və Abdulla Şaiqin “Qoç Polad” əsərləri üzərində də iş gedir. Cari mövsümdə teatrda həmçinin bir neçə uşaq əsərinə də müraciət olunacaq.

Açılış mərasimindən sonra Əli Vəlioğlunun “Əsrlərin harayı” tamaşası təqdim olunub. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru, əməkdar incəsənət xadimi Bəhram Osmanovun quruluş verdiyi bu səhnə əsəri qədim Azərbaycan dövlətinin yaranması, yurd sevgisi, bu dövlətin daim azad və firavan şəraitdə bərqərar olması, eləcə də qədim türk hökmdarının səhvi ucbatından həmin dövlətin dağılıb parçalanması kimi məsələlərdən bəhs edir.

Tamaşanın quruluşçu rəssamı Tərlan Sadıqov, bəstəkarı Rüfət Ramazanovdur. Əsas rolları teatrın aparıcı aktyorlarından əməkdar artistlər Təvəkkül Əliyev və Sucəddin Mirzəyev, Aynur Əhmədova, Əlibala Əsgərov, Niftulla Əsgərov, Miraslan Ağayev, Sayad Əliyev, Şəbnəm Hüseynova, Rauf Zeynalov və digərləri ifa ediblər.

Digər xəbərlər
12:29 Bu gecə Rusiya səması: 105 pilotsuz təyyarə vurulub
12:24 Bu şəxslər hər ay 200 manat ala bilər
10:54 Ukrayna bu sənədi Aİ-yə göndərir: İçində Rusiyaya qarşı görün nələr var
10:51 “Döyüş nöqtəsinə” çatıblar: 2030-cu ilə qədər yarım milyard yeniyetmə bu xəstəliyə tutulacaq
13:21 Dayanacaqlarda “Bakı Kart” terminalların çatışmazlığı: Yüklənmiş pulun yoxa çıxması və cinayət işinə çevrilmə riskləri
13:16 Dayanacaqlarda “Bakı Kart” terminalların çatışmazlığı: Yüklənmiş pulun yoxa çıxması və cinayət işinə çevrilmə riskləri
08:33 Hansı hallarda şəxsə təyin edilmiş cəzadan daha yüngül cəza təyin edilə bilər?
08:30 Ən ağıllı insanlar bu qan qrupundan olurlar