hemle

Rusiya Bakıya hərbi gəmi göndərir

Tarix:26-09-2016, 20:22
Baxış Sayı:587

Rusiya Federasiyası Xəzər Dəniz Donanmasının komandanı, kontr-admiral Sergey Pinçukun rəhbərliyi ilə "Uqliç" kiçik raket gəmisinin sentyabrın 27-də Bakıya rəsmi səfəri planlaşdırılıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, səfər çərçivəsində qonaqlar Fəxri xiyabanda Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edəcək.

Rusiya nümayəndə heyətinin Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələri Komandanlığı ilə görüşü, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi məktəbinə səfəri, eləcə də "ADEX-2016" 2-ci beynəlxalq müdafiə Sərgisində iştirakı nəzərdə tutulub.

Gəminin şəxsi heyətinin mədəni və tarixi abidələrlə tanışlıq məqsədilə Bakıda gəzintisi, həmçinin futbol üzrə yoldaşlıq görüşünün keçirilməsi də planlaşdırılır.

Səfər sentyabrın 30-dək davam edəcək.

Digər xəbərlər
12:29 Bu gecə Rusiya səması: 105 pilotsuz təyyarə vurulub
12:24 Bu şəxslər hər ay 200 manat ala bilər
10:54 Ukrayna bu sənədi Aİ-yə göndərir: İçində Rusiyaya qarşı görün nələr var
10:51 “Döyüş nöqtəsinə” çatıblar: 2030-cu ilə qədər yarım milyard yeniyetmə bu xəstəliyə tutulacaq
13:21 Dayanacaqlarda “Bakı Kart” terminalların çatışmazlığı: Yüklənmiş pulun yoxa çıxması və cinayət işinə çevrilmə riskləri
13:16 Dayanacaqlarda “Bakı Kart” terminalların çatışmazlığı: Yüklənmiş pulun yoxa çıxması və cinayət işinə çevrilmə riskləri
08:33 Hansı hallarda şəxsə təyin edilmiş cəzadan daha yüngül cəza təyin edilə bilər?
08:30 Ən ağıllı insanlar bu qan qrupundan olurlar