Beyin sağlamlığı üçün ən faydalı məhsullar açıqlanıb.
Dietoloq Elena Solomatina "Radio 1"ə müsahibəsində həmin qidaları sadalayıb.
Onun sözlərinə görə qaragilə, qarağat və böyürtkən bu baxımdan çox faydalıdır. Onlar qan dövranını yaxşılaşdırır və iltihabı azaldır.
Mütəxəssis qeyd edib ki, bundan əlavə, omeqa-3 də daxil olmaqla bir çox faydalı maddələr ehtiva etdiyi üçün menyuya mütləq balıq daxil edilməlidir. O, siyənək, skumbriya və ya qızılbalığı məsləhət görüb.
Dietoloq kətan yağının da beyin üçün faydalı olduğunu diqqətə çatdırıb.