"Son illərdə aparılan araşdırmalar bağırsaq sağlamlığının beyin funksiyaları üzərində dərin və həlledici təsirə malik olduğunu ortaya qoyur".
Bu sözləri türkiyəli mütəxəssis Lütfü Hanoğlu deyib.
Hanoğlu bağırsaq mikrobiotasının beyin sağlamlığı üçün əhəmiyyətini vurğulayıb.
Onun sözlərinə görə, bağırsaqlarımızdakı mikrobiota adlanan mikroorqanizmlər kütləsi, xüsusilə beyin sağlamlığının qorunmasında və neyrodegenerativ xəstəliklərin qarşısının alınmasında mühüm rol oynayır.
"Sağlam bakteriya müxtəlifliyi, bağırsaq florasındakı tarazlıq və iltihab səviyyələri birbaşa olaraq idrak funksiyalarımıza da təsir edir. Buna görə də, beyin sağlamlığımızı yaxşılaşdırmaq və qorumaq üçün ilk addım bağırsaq sağlamlığımıza diqqət yetirmək olmalıdır", - deyə mütəxəssis bildirib.
"Bağırsaq mikrobiotasının sağlamlığı xüsusilə "Bifidobacterium Longum" və "Lactobacillus Rhamnosus" kimi probiotik bakteriyaların mövcudluğu ilə sıx əlaqəlidir. Bu bakteriyalar bağırsaq divarını gücləndirir, immunitet sistemini tənzimləyir və iltihabı azaldır ki, bununla da beyin sağlamlığını qorumaq potensialına malikdir. Tədqiqatlar göstərir ki, xüsusilə "Bifidobacterium Longum" bağırsaq florasında tarazlığı saxlayaraq idrak funksiyalarını yaxşılaşdırır və neyrodegenerativ xəstəliklər riskini azaldır. "Lactobacillus Rhamnosus" isə streslə mübarizədə təsirlidir və buna görə də stresdən qaynaqlanan beyin funksiyalarının qorunmasında mühüm rol oynayır", - deyə Lütfü Hanoğlu qeyd edib.