hemle

"Tut ağacı boyunca"... - FAYDALARI

Tarix:24-05-2024, 11:30
Baxış Sayı:646

"Tut ağacı boyunca"... - FAYDALARI
Azərbaycanda tut ağacının bir çox növləri var. Qiymətli bitki kimi respublikanın əksər rayonlarında çox qədimdən becərilir. Abşeron yarımadasında ən çox qara və ağ tut becərilir.

Dərman məqsədilə tut ağacının yalnız meyvələrindən deyil, həm də yarpaqlarından, qabığından və budaqlarından istifadə olunur.

Mütəxəssislərin araşdırmalarına görə, ağ tutun yarpaqlarında 0,75% üzvi turşular, 50-60% askorbin turşusu, 1,5%-2,0% şəkərli maddələr, 2,0-3,0% aşı maddələri, meyvələrində isə 23,0-24,0% şəkər, 2,5% üzvi turşular, 70-80% askorbin turşusu, pektin maddələri və s. müəyyən edilib.



Göründüyü kimi, tut sağlamlıq baxımından çox xeyirlidir. Kalium, tiamin, kuersetin, niasin, kalsium, dəmir, B və C vitaminləri və orqanik turşular ehtiva edən tutun faydalarını sadalamaqla bitirmək mümkün deyil.

İstər hər mövsümdə qurusu, istərsə də mövsümündə təzə halda yeyilən tut orqanizm üçün faydalıdır.

Təsadüfi deyil ki, tuta həm də təbii antibiotik deyirlər.

Bu meyvə yüksək xolesterol, ürək və mədə xəstəlikləri üçün faydalıdır, qan şəkərini tənzimləyir. Bədəni toksinlərdən təmizləyir, həzm sistemini gücləndirir və orqanizmi zərərli maddələrdən qoruyur. Dəri üçün də olduqca faydalıdır.

Tut həm də immun sistemini gücləndirir, anemiya zamanı və böyrəklər üçün olduqca faydalıdır. Ağız və diş sağlamlığının təmin olunmasına, saçların canlandırılmasına da çox müsbət təsir göstərir.

Ağ tut C vitamini ilə zəngindir. Onun meyvəsi, bəkməzi, kompotu və cemi ürək zəifliyi, mədə-bağırsaq xəstəliklərinin müalicəsində son dərəcə faydalıdır.

Ağ tut mədə və bağırsaqların nizamlı fəaliyyətini də təmin edir.

Mütəxəssislər bildiriblər ki, acqarına yeyilən ağ tut bağırsaq qurdlarını azaldır.

Ən əsası, istər ağ, istərsə də qara tut yaşlanmanı gecikdirir, dərini daha təravətli saxlayır.

Qara tuta həm də xartut deyilir. Xartutun meyvəsi tünd qara, qırmızı və ya tünd bənövşəyi rəngdə, turşa-şirin dadlı və ətirlidir.



Xartutun tərkibində 9% şəkər, 2,86% üzvi turşu, 2,03% zülal, 0,36% zülalsız azotlu maddələr, 0,55% pektin maddəsi vardır.

Qara tut qanyaranmanı sürətləndirir, böyrək toxumasını qidalandırır, boğaz ağrısını, çiçək və qızılca xəstəliklərinin sağalmasında mükəmməl vasitədir.

Mədə və bağırsaqları gücləndirir, bağırsaqların peristaltikasını sürətləndirir, mikrofloranın tənzimlənməsində iştirak edir, sidikqovucu təsir göstərir.

Qara tut suyu ilə hazırlanan ağız yuyucusu ağız iltihabı, diş əti iltihabı (gingivit), diş ətinin şişməsi, tonzillit və boğaz ağrısı üçün faydalıdır.

Turş tut ağız yaralarının müalicəsi üçün çeynənir.

Qırmızı və ağ tut dəmir çatışmazlığı anemiyasının müalicəsində də müsbət rola malikdir.



Gündə bir ovuc tut qanazlığını aradan qaldırır. Yaş artdıqca sümük inkişafında durğunluq yaranır. Xüsusilə qırmızı və ağ tut sümük inkişafında çox faydalıdır.

Tutun kalori dəyəri olduqca yüksəkdir, iştaha artırıcıdır. Halsızlıq və yorğunluq üçün olduqca faydalıdır.

Bundan əlavə, uşaqlarda beyin inkişafı üçün təsirlidir. Həzm sistemini sürətləndirir, qəbizlik problemi yaşayanlara müsbət təsir göstərir.

Bağırsaq parazitlərinə, astma və ağciyər xəstəliklərində müsbət təsiri var.

Digər xəbərlər
15:30 Dövlət işində çalışanlara BƏD XƏBƏR
15:27 Uşaqlar üçün yaşayış minimumu artırıldı
15:25 Azərbaycanda alimentin minimum məbləği artırılır
15:24 Bu halda vətəndaşın işsiz statusu ləğv edilir
14:26 QAZ XƏTLƏRİNƏ HAVA NİYƏ VURULUR?- AÇIQLAMA
10:44 Ömrü uzatmağın sadə yolu tapıldı
10:43 Bu gün Bakıda daha bir bəyannamə qəbul ediləcək
10:40 COP29 tədbirinin vaxtı uzadıldı