hemle

ELOĞLUM FƏXRİMİZDİ

Tarix:3-06-2025, 10:13
Baxış Sayı:533





Keçmişi dilə gətirən yeganə vasitə xatirələrdi. Xatirələri dilə gətirmək, qələmə almaq, başqaları ilə bölüşmək o qədər də asan məsələ deyil.

Yaxın günlərdə eloğlum Azərbaycan ETN-nin Coğrafiya İnstitutunun şöbə müdiri Nəriman Əziz oğlu Paşayevin 65 illik yubileyi olacaq. Eloglumu yubileyi münasibəti ilə ürəyimdən gələn səsləri qələmə almalı oldum. Neyləyim, mənim də hədiyyəm sözdü. Və bir də sözdən qiymətli dünyada nə var?
Belə ki, ürəyə yazılan və heç vaxt unudulmayan, qəbr evinə kimi səninlə yoldaşlıq edən acılı - şirinli günlər, yaşanan duyğular... insan ömrünə vurulan naxışlardı. Pozulması mümkün olmayan bu naxışlar insan yaşa dolduqca daha aydın görünməyə başlayır. Bu mənada hər birimiz öz içimizdə yaddaşımızın yükünü gəzdiririk. Vaxt sürətlə gəlib keçir.İyirmi yaşından Hacılar kəndindən Bakıya gələn Nəriman Paşayevin indi 65 yaşına gəlib çatıb. İllər necə gəlib - keçdiyindən xəbərim olmayıb. Bir də baxıb gördüm ki,65 yaşım əlini " sıxmağa hazırlaşıram"
Nəriman müəllim mənalı, şərəfli ömür sürür. Halal elm sahibidir. Halal süfrəsinə haram tikə qoymayıb. Təmiz qəlbi,saf vicdanı var. Əsl insan ömrü yaşayır. Müdriklər demişkən,xalq üçün,Vətən üçün yaşanan ömür əsl insan ömrüdür. Ömürdən keçən hər günün,hər anın öz yeri var. Hərdən həyatda elə şeylər olur ki,olub - keçən günləri yada salanda kövrəlirsən, istəyirsən ki, o illəri təzədən yaşayasan. Təəssüf ki, yaşanan bir anı da geri qaytarmaq mümkün deyil.
Nəriman müəllim ömrünün bu gününü də havayı keçirməyib. Bu illər ərzində o həm şairlik, həm vətəndaşlıq, həm atalıq,həm oğurluq borcunu ləyaqətlə yerinə yetirməyə çalışıb. Heç kimin yanında gözü kölgəli olmayıb.
... İnsanın hər zaman qayğıya, xoş sözə ehtiyacı var. Nəriman Paşayev coğrafiya elmində qazandığı uğurlardan keçdiyi şərəfli ömür yoluna bir işıq salmaq istəyirəm. İstəyirəm ki,bu işıqda Azərbaycanın böyük şəxsiyyətini hamı görsün və tanısın. Hamı bilsin ki, ölkəmizdə onun kimi dünya miqyasında tanınan,elmilə vətənə, millətə xidmət edən, ürəyi Vətən və millət sevgisilə döyünən bir insan, bir alim var. İnsanlığı yaşadan, haqqın yanında dayanan bir insan. Elə bir insan ki,ona həmişə güvənmək, ümüd qapısını inamla döymək olar. Axı o, adilərdən fərqli ziyalıdır,ən başlıcası isə şəxsiyyətdir. Elələrinə bu gün millətin çox ehtiyacı var.
Əbəs yerə demirlər ki, dünya ləyaqətlə, şərəflə yaşayanların,haqqa doğru gedənlərin, başqalarının haqqına görməyənlərin, haram tikə yeməyənlərin,yalana əl çalmayanların, yaltaqlıq etməyənlərin,elmi ilə,səxavəti və halallığı ilə xalqın gözündə ucalanların çiyinlərindədir. Belələri olmasaydı,kimə güvənərək,kimə ümid edirdik, qaranlıqdan işığa necə çıxa bilərik. Bəli Nəriman müəllim özü bir işıqdı, işıq Adamdı, işıqlı Adamdı.
Bütün varlığı ilə Azərbaycana bağlı olan, ürəyi Vətən eşqiylə,yurd sevgisilə döyünən, yüksək mədəniyyəti, təvazökarlığı və səmimiliyi ilə başqalarından fərqlənən Nəriman müəllimin danışığında, davranışında, ən adi hərəkətlərində belə bir ziyalılıq var, könül toxluğu var, ucalır var. Bu ucalıq, ürəyi xalqa, doğma insanlarla, dostlarla birgə döyünənlər üçündür.
Otuz səkkiz ildən çoxdur ki, xalqımıza xidmət edən, coğrafiya elmini daha da inkişaf etdirən, elmi əsərlərilə, coğrafiya sahəsindəki uğurları ilə alimlərin diqqətini çəkən Nəriman Paşayevin tələbələri də bu gün ölkəmizdə eləcə də xarici ölkələrdə öz töhfəsini verirlər. Fəxrlə demək olar ki,o,bu gün yalnız ETN-nın miqyasında deyil, bütövlükdə respublikada coğrafiya elminin inkişafında, yeni kadrların hazırlanmasında əhəmiyyətli rol oynayır.
Nəriman müəllim ömrünün 65- ci baharını yaşayır, öz mənəvi dünyası, möhkəm iradəsilə həm işlədiyi kollektiv də,həm də ictimaiyyət arasında hörmət qazanıb.
Nəriman müəllim haqqında, elmi haqqında çox şeylər yazmaq olar. Onun haqqında bir xoş söz eşidəndə fəxr edirsən, sevinirsən ki, nə yaxşı Nəriman müəllim kimi qürur yerimiz, işıqlı ziyalımız var.
Bəli, o, əsl ziyalıdır, alım adına şərəf gətirən, alım adını ucaldan insandır.
Nəriman müəllim Coğrafiya İnstitutunda uzunmüddətli məhsuldar elmi və elmi-ictimai fəaliyyətinə görə Fəxri Fərmanla təltif edilib, bir sıra beynəlxalq elmi və elmi-praktik konfranslarda müvəffəqiyyətlə çıxış edib, Maliyyətlərə imza atmışdır.
Nəriman müəllimin yüzdən çox elmi məqalələri, altı monoqrafiyası, beş Ali məktəblər üçün dərsliyi, qırxdan çox elmi - publisistik məqalələri çap olunub.
İlhamə İsabalayeva yazır ki, Ermənistan qoşulduğu BMT - nin Transsərhəd çayları ilə bağlı razılaşmanı ciddi şəkildə pozur.
"Bu sözləri Azərbaycan ETN-nin Coğrafiya İnstitutunun Azərbaycanın iqtisadi və siyasi coğrafiyası şöbəsinin müdiri, coğrafiya elmləri doktoru Nəriman Paşayev deyib. Onun sözlərinə görə, Ermənistanın mədən tullantılarını Araz çayına axitması beynəlxalq tələblərə ziddir." Ermənistandan axan çayların əksəriyyəti Kür çayına, bir hissəsi isə Araz çayına qovuşur.
... Ermənistandan axıdılan tullantıları həm Kür,həm də Araz çayını çox çirkləndirir."
İlhamə xanım başqa bir məqaləsində yazır ki,son dövrlərdə Gədəbəy rayonunun 30- a yaxın kəndlərdən sürüşmə fəallaşıb. Həmin kəndlərdən 25- ə yaxını Azərbaycanın Ermənistanla təmas xəttində yerləşir. Hacılar,Əyridərə, Sonalar, Qaravəllər,Göyəlli, İsalı, Zamanlı, Arabaçı və s. kəndlərdə sürüşmələr fəallaşıb. Sürüşmələr bu kəndlər üçün problemlər yaradır.
Nəriman müəllim həm də gözəl jurnalistdir. Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. Ona görə qeyd edirəm ki,o, şair, yazıçı və publisist kimi də fəaliyyət göstərir. Bir - birindən mənalı şerləri, düşündürücü məqalələri, publisistik yazıları böyük rəğbətlə qarşılanıb, oxucuların marağını səbəb olub.
Onun şəxsiyyəti əsl ziyalı və yaxşı insan olması, vətənpərvər, dostcanlı, qohum canlı, yurd canlı olması hər kəsə qayğıyla yanaşması hamının diqqətini çəkib və yenədə çəkməkdədir. Bu yerdə atalar bir məsəlini deməyə bilmərəm. " Ağsaqqallıq yaşla ölçülmür, ağılla ölçülür". Altmış beş ildə Nəriman ömrünün səhifələrinə , ancaq yaxşı əməllər yazdıra bilib. Onun sağ çiyninə qonan xeyirxahlıq mələyi onun xeyirxah işlərini , xoş əməllərini, ürəyə xoş gələn işlərini almış beş ildir ki, yazıya köçürür. Onun sol çiyninə qonan mələk isə mürgü vurub. Çünki, Nəriman müəllimin pis əməlləri olmur ki, sol çiyninə qonan mələk də qələmini işə sala bilsin. Bu Nəriman müəllimin xoşbəxtliyidir.
Nəriman müəllimi ağlım kəsəndən, yəni 57 ildən çoxdur ki, tanıyıram. Hər ikimiz eyni kənddənik,eyni məktəbdə oxumuşuq, ancaq o,bir sinif məndən qabaq oxuyurdu. Uşaqlıq illerimiz bir yerdə keçib. Mənə elə gəlir ki, onunla bir sinifdən oxumuşam, hərbi xidmətdə bir yerdə olmuşuq, universitetdə tələbəlik illərini yola salmışıq... Bunun özü də bir - birinizə olan səmimiyyətdən, imamımızdan, əqidə və qələm dostluğumuzdan xəbər verir.
Nəriman müəllim ADU-nun (hazırkı BDU-nun) coğrafiya fakültəsinin məzunudur, mən isə APİ- nin filologiya fakültəsinin məzunuyam.
Artıq, Nəriman müəllim ömrünün 65- ci baharını arxada qoyub, İllər ötsə də Nəriman müəllim gənclik eşqilə yazıb-yaradır.
Bu yazını mən hər tərəfli biliyə, yüksək intellektə malik alimin fikirimdə yaranan obrazını ümumiləşdirməyə çalışdım. Onun millətini, vətənini, təhsili, elmi, yüksək mədəniyyəti, ailəsini, bunlardan daha çox Azərbaycan dövlətini, azadlığı necə sevdiyinin şahidi oldum. O, Azərbaycanın poeziyasını, musiqisinin bütün janrlarını ürəkdən sevir. Ancaq oda mənim kimi aşıq musiqisinin aşiqidir. " Baş sarıtel"i Gədəbəymizin himni sayır.
65 yaşın təntənəsini yaşayan o dəyərli insanın sadəliyi, səmimiyyəti, təvazökarlığı, böyüklüyü qarşısında yazdığım bu yazı ilə işıqlı Adama 100 yaşa demək istəyirəm. Və ürəyimin səsiylə, hökmüylə yazdığım bu yazıya o özəl insanın, alimin 65 yaşını təbrik edirəm. Sağ olun ki, varsınız. Sizin kimi ziyalılar, xeyirxah adamlar vətənə, xalqla gərəkdir.
Siz bir ucalıq simvolu,bir insanlıq zirvəsisiniz!



Hüseyn İsaoğlu,
AYB-nin və AJB-nin üzvü, yazıçı-publisist

Digər xəbərlər
22:04 Bu əsgərlərlə görüşə məhdudiyyət qoyuldu
22:01 Yaxın beş ildə dünya tarixin ən isti ilini yaşayacaq
21:52 Pentaqon Çinin hücumundan qorxur: Bunu aşkar etmək çox çətin olacaq
21:46 Kartınızdakı pullar bu üsulla da oğurlana bilər - XƏBƏRDARLIQ
19:56 Rotterdamda “Qərbi Azərbaycana Qayıdışa Dəstək” adlı beynəlxalq tədbir keçirildi
15:13 Paşinyanın kilsə ilə müharibəsinin şifrələri: Azərbaycan amili niyə önəmlidir?
14:54 "WhatsApp"da yeni dövr: Sizi telefon nömrənizlə əlavə etməyən insanlar...
14:49 ABŞ-da sensasion tələb: Bu senator həbs edilsin, yoxsa III Dünya müharibəsi olacaq