Regiona Yunanıstan, İran, Rusiya, Ukrayna, Ermənistan, Azərbaycan, Misir, Körfəz ölkələri və Çin kimi ölkələr daxildir. Lakin Türkiyə bütün bu aktorlar arasında məharətlə yol tapmaqdadır.
Bunu ABŞ-ın Ankaradakı səfiri Tom Barak deyib.
Onun fikrincə, Yaxın Şərqdəki tarixi münaqişələr və qeyri-sabitlik Qərbin Şərqə öz gələcəyə baxışını tətbiq etməyə çalışmasının nəticəsidir.
"Bizim Suriya ilə bağlı indiki siyasətimiz son yüz ilin gedişindən fərqli olacaq, çünki əvvəlki strategiyaların heç biri uğurlu olmayıb. Biz çox çətin bir bölgədəyik, lakin Türkiyə bunun öhdəsindən inanılmaz dərəcədə uğurla gəlir. Amerika artıq qlobalist olmayacaq, neokonservativ ideyaların ardınca getməyəcək. Biz sülh, firavanlıq və qarşılıqlı anlaşma istəyirik", - səfir deyib.
O, Qəzzada mənasız bir qırğın olduğunu və bunun hamı üçün dəhşətli olduğunu bildirib.
"Fələstinlilər HƏMAS-la eyni deyillər. İsrail də daxil olmaqla, regionun bütün ölkələri yeni tipli münasibətlərdə razılığa gəlməlidir", - Barak əlavə edib.