hemle

Lavrov ELAN ETDİ: Türkiyə bu məsələni müzakirə etməyə hazırdır, 4 ölkə isə...

Tarix:1-09-2024, 09:46
Baxış Sayı:525





Rusiya, Türkiyə, Suriya və İran yaxın gələcəkdə Ankara ilə Dəməşq arasında münasibətlərin normallaşmasına həsr olunmuş görüş keçirəcək.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

XİN rəhbəri xatırladıb ki, diplomatlar və müdafiə nazirliklərinin rəhbərləri 2023-cü ildə də analoji görüşlər təşkil edə biliblər. Suriya Ərəb Respublikası ilə Türkiyə arasında münasibətlərin yaxşılaşdırılması üçün mümkün şərtlər müzakirə edilib.

“İndi biz növbəti görüşün hazırlanmasının məqsədəuyğunluğundan çıxış edirik. Əminəm ki, bu, yaxın gələcəkdə baş verəcək”, - Rusiya XİN rəhbəri qeyd edib .

Onun sözlərinə görə, Rusiya Dəməşq və Ankaranın konsensusa gəlməsində maraqlıdır. Lavrov qeyd edib ki, Türkiyə və Suriyanın hazırkı liderləri 2010-2011-ci ilə qədər, yəni ərəb baharı başlayana qədər isti şəxsi münasibətlərdə olublar. Rusiyanın baş diplomatı bunun “müsbət rol oynayacağına” ümid etdiyini bildirib.

"Türkiyə tərəfi qoşunlarını Suriyadan çıxarılmasını müzakirə etməyə hazırdır, lakin hələlik bu prosesin konkret parametrləri ilə bağlı razılığa gəlmək mümkün olmayıb. Söhbət qaçqınların geri qaytarılmasından, Türkiyə hərbçilərinin mövcudluğunu lüzumsuz edəcək terror təhlükəsinin qarşısının alınması üçün zəruri tədbirlərdən gedir" - deyə o qeyd edib.

O, izah edib ki, Suriya hökumətinin fikrincə, İstanbulla münasibətləri normallaşdırmaq üçün Türkiyə kontingentinin Suriyadan yekun olaraq çıxarılması prosedurunu dəqiq müəyyənləşdirmək lazımdır.

Digər xəbərlər
14:43 Bu gün ədliyyə işçilərinin peşə bayramıdır
14:38 Alimlər vaxtı müəyyən etmək üçün yeni üsul təklif etdi: Zaman ölçüsünü kim yaradıb?
14:35 Hazırlıq başladı: Ermənistan ehtiyatda olan zabitləri bu tarixdə toplayır
14:33 Xəbərdarlıq edildi: 30 milyon insan ölə bilər - Ən çox bu ölkələr zərbə alacaq
14:31 Qazaxın işğaldan azad olunan kəndlərində hazırkı vəziyyət necədi?
14:28 Putin Qərbi yenə də aldatdı: Kiyevə nüvə zərbəsi gözləyirdilər, amma...
10:00 İrəvandan Bakıya göndərilən "strateji saziş"in detalları: Nikolun planı nədir?
09:57 Qanunsuz tikinti işləri aparanların NƏZƏRİNƏ