hemle

İqlim dəyişikliyi: Yer kürəsi əhalisinin yarısı bununla üzləşir - Ən az bir ay...

Tarix:Dünən, 08:58
Baxış Sayı:501

Alimlər bildirirlər ki, 4 milyard insan, yəni, Yer kürəsi əhalisinin təxminən yarısı 2024-cü ilin mayından 2025-ci ilin mayına qədər olan dövrdə antropogen iqlim dəyişikliyi səbəbindən azı bir əlavə ay davam edən ekstremal isti hava ilə üzləşib.

“World Weather Attribution”, “Climate Central” və Qızıl Xaç Komitəsinin təhlilinə əsasən, ekstremal isti hava xəstəliklərə, ölüm hallarına, məhsul itkisinə, eləcə də enerji və səhiyyə sistemlərində yüklənməyə səbəb olub.

“Hərçənd ki, xəbərlərdə daşqınlar və siklonlar tez-tez ön planda olur, amma isti ən ölümcül ekstremal hadisədir. İstidən ölüm hallarının çoxu qeydiyyata alınmır və ya ürək-damar xəstəlikləri və ya böyrək çatışmazlığı kimi digər xəstəliklər adı altında yanlış təqdim olunur”, – deyə hesabatda bildirilir.

Alimlər ekstremal istilər zamanı temperaturun iqlim dəyişikliyi nəticəsində nə dərəcədə artdığını öyrənmək üçün resenziyalı üsullardan istifadə edib və belə hadisələrin yaranma ehtimalının həmin səbəbdən necə yüksəldiyini hesablayıblar. Yer kürəsinin demək olar ki, bütün ölkələrində ekstremal isti günlərin sayı iqlim dəyişikliyi olmayan ölkələrə nisbətən azı iki dəfə artıb.

Karib adaları əlavə ekstremal isti günlərdən ən çox zərərçəkən bölgələr sırasında yer alır. Puerto-Rikoda 161 gün davam edən ekstremal isti qeydə alınıb. İqlim dəyişikliyi olmasaydı, bu, cəmi 48 gün olardı.

Hesabatda deyilir ki, ötən ilin mart ayında Mərkəzi Asiyada, fevralda Cənubi Sudanda və iyulda Aralıq dənizi bölgəsində baş verən ekstremal istilər zamanı qeydə alınan yüksək temperatur göstəriciləri iqlim dəyişikliyi olmadan mümkün deyildi. Ötən ilin iyul ayında havanın temperaturu 48 dərəcəyə çatdıqdan sonra Mərakeşdə azı 21 nəfər həyatını itirib.

Lakin alimlərin fikrincə, qazıntı yanacağı növlərindən tədricən imtina edilmədikcə, istilik dalğaları daha da güclü və tez-tez baş verəcək, istiliyə qarşı qoruyucu tədbirlərin səmərəliliyi isə azalacaq.

Digər xəbərlər
16:05 1194-cü gün: Rusiya Ukraynanın itkilərini yenilədi
16:01 Rusiya aerodromları vurulur: 40 təyyarə məhv edildi
15:57 Smartfonunuzdakı yeddi ən təhlükəli PROQRAM
15:45 Şuşada beynəlxalq uşaq yaradıcılıq festivalı keçirildi - Yeniləndi
15:40 Güclü maqnit qasırğası müşahidə olunur - Rabitədə problemlər yarana bilər
10:25 "Qiyamət günü radiostansiyası"ndan iki sirli mesaj
10:20 Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
10:18 Diş ağrısı deyib keçməyin - VACİB XƏBƏRDARLIQ