hemle

ƏDV ilə bağlı şad xəbər verildi

Tarix:Dünən, 08:55
Baxış Sayı:455

Azərbaycanda başqalarına aid ƏDV qəbzlərini sistemə yükləyən şəxslərin istifadə hüququ məhdudlaşdırılıb. Bununla bağlı Dövlət Vergilər Xidmətindən bildirilib ki, məqsəd sui-istifadə hallarının qarşısını almaqdır. Bildirilir ki, qurum şübhəli durumlarda əməliyyatları dayandırmaq hüququna malikdir. Digər tərəfdən, bu tədbirin nə dərəcədə ədalətli və effektiv olması müzakirə mövzusu olub.

Bu barədə iqtisadçı Emin Qəribli Globalinfo.az-a danışıb. O deyib ki, burada yeni imkanlar yarana bilər:

“Yəni alış-veriş zamanı ödənişi kartla həyata keçirən zaman ƏDV-nin avtomatik karta qaytarılması mümkündür. Bu, nağdsız hesablaşma faizinin azalmasına səbəb ola bilər. Həmçinin, bəzən ƏDV-dən digər şəxslərin də yararlandığını görürük. Ona görə də belə addımın atılması daha məqsədəuyğundur.

İqtisadçı bildirib ki, bu məsələdə beynəlxalq təcrübədən yararlanmaq olar:

“Bəzi texnologiyalar vasitəsilə ƏDV-nin kim tərəfindən yükləndiyini müəyyən etmək mümkündür. Azərbaycanda hansı üsula üstünlük veriləcəyi barədə söz demək çətindir. Hələlik bu, müzakirə səviyyəsindədir. Fikrimcə, yeni texnologiyanın əldə olunmasına ehtiyac yaranacaq. Bununla bağlı qanunvericilikdə müəyyən dəyişikliklər edilə bilər”.

Emin Qəribli gələcəkdə ƏDV-nin qaytarılma faizinin artırıla biləcəyini də istisna etmir:

“Əgər digər itkilərin qarşısı alınarsa, nağdsız ödənişlərdə ƏDV-nin qaytarılması faizinin artırılması da mümkündür. Bu isə stimullaşdırıcı addım olar.”

Digər xəbərlər
16:05 1194-cü gün: Rusiya Ukraynanın itkilərini yenilədi
16:01 Rusiya aerodromları vurulur: 40 təyyarə məhv edildi
15:57 Smartfonunuzdakı yeddi ən təhlükəli PROQRAM
15:45 Şuşada beynəlxalq uşaq yaradıcılıq festivalı keçirildi - Yeniləndi
15:40 Güclü maqnit qasırğası müşahidə olunur - Rabitədə problemlər yarana bilər
10:25 "Qiyamət günü radiostansiyası"ndan iki sirli mesaj
10:20 Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
10:18 Diş ağrısı deyib keçməyin - VACİB XƏBƏRDARLIQ