Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə, Azərbay¬can Respub¬likası «Beynəlmiləlçi Əlil Döyüşçülər» Fondu, "Yol-nəqliyyat qəzalarına qarşı mübarizə kampaniyasının təşkili” layihədə nəzərdə tutulmuş tədbirlər planına uyğun olraq 5 oktyabr 2016-cı il tarixində, Beynəlxalq Mətbuat Mərkəzində, Azərbaycanda mərkəzi maqistral yollarında mövcud olan, avtomobil qəzalarının qarşısının alınması istiqamətində qabaqlayıcı təbliğat-təşviqat işini gücləndirmək məqsədi ilə, aidiyyatı olan Dövlət qrumlarının, DYP İdarəsinin, QHT-nın, KİV-nin nümayəndələrinin və avtomobil yol qəzaları nəticəsində sağlamlığını itirmiş vətəndaşların iştirakı ilə Dəyirmi Masa yığıncağı keçirildi.
Azərbaycan Respublikası «Beynəlmiləlçi Əlil Döyüşçülər» Fondunun Prezidenti və layihənin direktoru Sərraf Orucov həyata keçiriləcək layihənin məqsəd və məramı haqqında məlumat verərək, bildirdi ki, layihənin əsas məqsədi, avtomobil yollarında vətəndaşların təhlükəsizliyini müdafiə edib, yol hərəkət qaydalarını pozan sürücülərə və piyadalara qarşı mübarizə apararaq, baş verən yol nəqliyyat hadisələrinin, ölüm və yaralanma hallarının qarşısının alınması üçün DYP İdarəsinin əməkdaşlarına ictimayi dəstək verməkdir.
Bu gün bəşəriyyəti düşündürən və rahatsız edən ən ağırlı problemlərdən biri də, cəmiyyətin ciddi bəlasına, xalqın, millətin təhlükə mənbəyinə çevirilən avtomobil qəzalarıdır. Dünyada avtomobil qəzalarda hər il 1,5 milyonadək insan dünyasını dəyişir və 20-30 milyon nəfər müxtəlif xəsarətlər alaraq əlil olur. Qəza qurbanlarının sayı hətta müharibə, təbii fəlakət və digər fövqəladə vəziyyətlərdə ölən insanların sayından geri qalmır.
Azərbaycanda isə 24 ildən artıq davam edən, Qarabağ mühaibəsindən əlavə həyatımıza yeni bir ölüm növü daxil olaraq, günümüzün ən aktual və bəlalı problemlərindən birinə çevirilibdir. I-ci Qarabağ müharibəsində Azərbaycan ordusu 14000 nəfər itgi vermişdirsə, avtomobil yol qəzaları nəticəsində isə ümumilikdə 25590 insan tələfatı olmuşdur. Bu fakt göstərir ki, ölkəmiz kimi, nəqliyyatımız da müharibə şəraitindədi.
Baş Dövlət Yol Polis İdarəsinin avtomabil yol qəzaları ilə bağlı verdiyi 25 illik statiskaya görə, 1988-ci ildən, 2016-ci ilin may ayına kimi avtomabil yollarında 74406 yol qəza hadisəsi qeydə alınmışdır. Bu qəzalarda 25588 nəfər insan ölmüş, 77216 nəfər isə yaralanmışdır. Azərbaycanda hər il təxminən, 3500-dən artıq yol nəqliyyat hadisəsi qeydə alınır. Bu qəzalarda hər il, 1000-dən artıq insan dünyasını dəyişir, 3000-ə yaxın insan isə müxtəlif dərəcəli xəsarətlər almşdır.
Azərbaycanda son texnaloqiya ilə tətbiq edilmiş "AY PATRUL” sistemi xidməti vastəsi ilə 2016-cı ilin son 6 ayı müddətində 185 000 yol nəqliyyat qaydası pozuntusu aşkar edmişdir. 1 gün ərzində isə 1000 – nə yaxın qayda pozuntusu haqqında Protokol yazılaraq cərimə tətbiq edilmişdir.
Azərbaycanda son vaxtlar elə gün olmur ki, avtomobil qəzaları barədə məlumatlar yayılmasın və hər 2-4 avtomobil qəzasından biri ölümlə nəticələnir. Təssüflər olsun ki, hər gün "Avtomobil qəzası nəticəsində coxlu sayda adam öldü” xəbərini eşidirik. Hətta "Bir ailənin bir neçə üzvünün qəzalarda həlak olması” haqqıda xəbərləri eşidirik. Bu sözlər bizim üçün, artıq o qədər adiləşərək və həyatımıza daxil olaraq, hər gün vərdiş etdiyimiz xəbərə çevrilib. Hər gün avtoqəzalarla bağlı bu qədər ölüm xəbərləri eşitdiyimiz halda sürücülər yenədə qaydaları pozurlar, içkili vəziyyətdə sükan arxasına oturaraq yeni-yeni faciələr törədirlər. Bu gün bizim hər birimiz və aillə üzvülərimiz avtomobil qəzaların qurbanları ola bilərik və bu təhlükə hələ davam edir. Bu problem ictimayyəti narahat edən ən aktual və təhlükəli problemlərdən biridir.
Buna görə, 04 may 2016 – cı il tarixindən, 05 oktyabr 2016-cı il tarıxinə kimi, DYP İdarəsi əməkdaşlarının, QHT və KİV nümayəndələrinin birgə iştirakı ilə, Bakı şəhərində, Bakı-Ələt, Bakı-Qazax, Bakı-Quba, Bakı–Astara istiqamətlərindəkı, magistral və mərkəzi avtomobil yollarıda və ayrı-ayrı regionlarda, Şirvan, Mingəçevir, Lənkaran şəhərlərində və Xaçmaz rayonunın təhlükəli avtomobil yollarında, vətəndaşların təhlükəsizliyini müdafiə edib yol hərəkət qaydalarını pozan sürücülərə və piyadalara qarşı təbliğat-təşviqat kampaniyasını təşkil edərək, baş verən yol-nəqliyyat hadisələrinin, ölüm və yaralanma hallarının qarşısının alınmasına ictimai dəstək vermək məqsədi ilə, "Yol-nəqliyyat qəzalarına qarşı mübarizə kampaniyasının təşkili” layi¬hə¬sini həyata keçirir.
Layihə Bakı şəhərində, Bakı-Ələt, Bakı-Qazax, Bakı-Quba, Bakı–Astara istiqamətlərindəkı, magistral və mərkəzi avtomobil yollarında və ayrı-ayrı regionlarda, Şirvan, Lənkaran şəhərlərində və Xaçmaz rayonunda uğurla həyata keçirilərək adları qeyd olunan şəhər və rayonunun İcra Hakimiyyətləri, Polis Şöbəsinin DYP İdarəsinin əməkdaşları, sürüçülər, piyadalar və şəhər ictimayyəti tərəfindən müsbət qarşılandı.
Layihənin uğula və efektli icra edilməsi üçün, Şirvan, Lənkaran şəhərlərin və Xaçmaz rayonunun İcra Hakimiyyətləri, Polis Şöbələrinin rəhbərləri, DYP İdarələrinin əməkdaşları və Milli QHT Forumunun Şirvan və Mingəçevir şəhər Regional Mərkəzlərinin rəhbərləri yaxından köməklik göstərərək dəstək verdilər.
Amma təssüflər olsun ki, Azərbaycan Respublikası Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şobəsindən, DİN Baş Dövlət Yol Polis İdarəsindən və Mingəçevir şəhər İcra Hakimiyyətinədən icazə verilməsinə baxmayaraq, Mingəçevir şəhər Polis Şöbəsinin rəis müavini Allahverdi Siraclı vəzifə səlayihətlərini aşaraq belə bir xeyirxah missiyalı layihənin Mingəçevir şəhərində dahada efektli icra edib Mingəçevir şəhər Dövlət Yol Polis İdarəsinin əməkdaşlarının iştirakı ilə birlikdə əməkdaşlıq edərək, "SÜRÜCÜLƏR İNTİZAMLI OLUN!" təhlükəsizlik günləri keçirtməyimizə köbudcasına maneçilik törətddi. Hətdda heç bizə icazə vermədi ki, biz layihədə nəzərdə tutulmuş Mingəçevir şəhər DYP İdarəsinin rəisi ilə görüşüb ona layihə haqqında məlumat verək, Mingəçevir şəhər DYP İdarəsinin əməkdaşlarına layihə çərçivəsində hazırladığımız və sürüçülərə paylamaq üçün maarifləndirmə təbliğat bukletlərini onlara təqdim edək. Allahverdi Siraclı mane olmasına baxmayaraq, Mingəçevir şəhər İcra Hakimiyyətinin rəhbərliyinin icazəsi ilə, Mingəçevir şəhərinin mərkəzi yollarında yol dairələrdəki yollarda "SÜRÜCÜLƏR İNTİZAMLI OLUN!” təhlükəsizlik günləri şurarı ilə, yoldan hərəkət edən sürüçülər və piyadalar arasında marifləndirmə təbliğatı aparıldı.
Şirvan, Lənkaran şəhərlərinin və Xaçmaz rayonunun İcra Hakimiyyətlərinin, Polis Şöbələrinin rəhbərlərinin taşırıqlarına əsəasən, adları çəkilən şəhər və rayonlarda layihənin icrası üçün, hər bir rayonda DYP Şöbələrinin 3 DYP yol patrul avtomobili və 8 -10 nəfər yol patrul xidməti inspektorları ilə yaxından iştirak edərək öz köməkliylərini əsirgəmədilər.
Layihə çərçivəsində təşkil edilmiş, "SÜRÜCÜLƏR İNTİZAMLI OLUN!” təhlükəsizlik günləri şurarı ilə, Bakı şəhərində, Bakı-Ələt, Bakı-Qazax, Bakı-Quba, Bakı–Astara istiqamətlərindəkı, magistral və mərkəzi avtomobil yollarıda 8000 nəfər və adları qeyd olunan şəhər və rayonların mərkəzi yollarında yol dairələrdə Şirvan şəhərində 1500 nəfər, Lənkaran şəhərlərində 1500 nəfər, Mingəçevir şəhərində 1200 nəfər, Xaçmaz rayonunda isə 1500 nəfər yoldan hərəkət edən sürüçülər və piyadalar arasında marifləndirmə təbliğatı apararıldı.
"Yol-nəqliyyat qəzalarına qarşı mübarizə kampaniyasının təşkili” layi¬hə¬sini regionlarda efektli icra edilməsində yaxından göstərdiyi köməkliyə görə Şirvan, Lənkaran şəhərlərin və Xaçmaz rayonunun İcra Hakimiyyətləri, Polis Şöbələrinin rəhbərləri DYP İdarələrinin əməkdaşları yaxından köməklik göstərərək dəsdək verdilər.
Sərraf Orucov çıxışının sonunda, "Yol-nəqliyyat qəzalarına qarşı mübarizə kampaniyasının təşkili” layi¬hə¬sinin icrasına dəsdək verib köməklik göstərdiyləri üçün, Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsininin rəisi Nuşirəvan Səfərova, Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinin, Hərəkətin Təhlükəsizliyi Təbliğatı və İctimai Qurumlarla Əlaqə Şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədova, Şirvan şəhər Polis Şöbəsinin rəyisi polis polkovniki cənab Hikmət Quliyevə, Şirvan şəhər Polis Şöbəsinin DYP İdarəsinin yol nəqliyat hadisələri üzrə inispektoru polis kapitanı Mehti Muxtarova, Xaçmaz Rayon Polis Şöbəsinin DYP İdarəsinin Yol Patrul Xidmətinin Baş inispektoru və Xaçmaz Rayon DYP İdarəsininn rəis vəzifəsini müvəqqəti icra edən polis mayoru Samir Abuzərova, Lənkaran şəhər Polis Şöbəsinin DYP İdarəsinin rəisi polis kapitanı Elşən Əzizova, Lənkaran şəhər DYP İdarəsinin Yol Patrul Xidmətinin Baş inispektoru Rəsul Şükürova və yol patrul xidməti inspektorlarına və "Ədalət və Hüquq” Kolstantik MMC-nin drektoru və hüquq müdafiyəçisi Azər Səfərova, Hüquq müdafiyəçiləri Məcid Məmmədova, Bəhmən Əliyev, Milli QHT Forumunun Şirvan şəhər Regional Mərkəzinin rəhbəri Əli Mirzəyevə və Mingəçevir şəhər Regional Mərkəzinin rəhbəri Fizuli Əsədova və Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyinin Lənkaran şöbəsinin sədri, Azərbaycanın Milli Qəhraman şəhid atası Hacı Ələkbər Əliyevə Azərbaycan Respublikası «Beynəlmiləlçi Əlil Döyüşçülər» Fondunun İdarə Heyyətinin adından öz təşəkkürünü bildirdi.
Tədbirdə iştirak edən, Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinin, Hərəkətin Təhlükəsizliyi Təbliğatı və İctimai Qurumlarla Əlaqə Şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov çıxış edərək , Bakı şəhəri ərazisində yollarda baş vermiş yol nəqliyyat qəzaları haqqında maraqlı statistik məlumatlar verdi. Daha sonra Vaqif Əsədov təddbir iştirakçılarını maraqlandıran suallara cavab verdi.
Tədbirdə iştirak edən, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkiliyinin sektor müdüri Müqabil Mahmudov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DTSERA- şöbə müdri Niyşan Mehbalayev, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında yaradılmış Ictimai Şurasının üzvü və Şəhid Aillərinin Hüquqlarının Mürafiə İctimai Birliyinin sədri Rövşən Ağamaliyev, "Müharibədən Zərər Çəkmiş Nəqliyyat İşçiləri” İctimai Birliyinin sədri Hacı xanım Xədicə Babayeva, CASCFEN-nin prezidenti taninmış əməkdar jurnalist Azər Həsrət, Xəzər–Kür Xeyriyyə Cəmiyyətinin sədri , Respublika Axsaqqallar Şurasinin üzvü Akif Kərimov, "Fred Asif ” adına Fondun Prezidenti Ədalət Məhərrəmov, Şəmsi Əsədullayev adına Xeyriye İctimai Birliyinin icracı drektoru Cəsarət Hüseyinzadə, İRT İctimai Birliyinin sədri Əkrəm Babayev, "Ədalət və Hüquq” Kolstantik MMC-nin drektoru və hüquq müdafiyəçisi Azər Səfərov, Hüquq müdafiyəçiləri Məcid Məmmədov, Bəhmən Əliyev, Əlil Təşkilatlar İttifaqının prezidenti Davud Rəhimov, "Azərbaycan-İraq Mədəni Əlaqələr” İctimai Birliyinin sədri Tahirə Məmmədova, Vətənpərvərlər Cəmiyyətinin sədri və Çeçenistanin Milli Qəhramanı Arif Məhərrəmov və başqa QHT, KİV nümayəndələri həyata keçirilən layihədə qaldırılmış problemlər haqqında çıxış edərək maraqli təkliflər verdilər.
Çıxış edərənlər həyata keçirilən "Yol-nəqliyyat qəzalarına qarşı mübarizə kampaniyasının təşkili” layihəsi sayəsində görülən təbliğat-təşviqat işləri, layihədə qaldırılmış problemlərin həllində qabaqlayıcı tədbir kimi dəyərləndirərək, «Yol hərəkəti haqqında» və «Əhalinin sağlamlığının qorunması haqqında» Azərbaycan Respublikası Qanununa və Baş Dövlət Yol Polisi İdarəsinin avtomobil qəzalarının törətdiyi acı fəsadları aradan qaldıraraq, ölkəmizdə vətəndaşlarımızın təhlükəsizliyinin müdafiyəsinə istiqamətində apardığı işlərə öz xeyirli tövhəsini verəcəyini bildirdilər.