Təranə Yusif qızı Rəhimli (Turan) 20 fevral 1970-ci ildə Bakıda ziyalı ailəsində anadan olmuşdur. O, 1995-ci ildə ADPU-nun filologiya fakültəsini “Azərbaycan dili və ədəbiyyatı” ixtisası üzrə bitirmişdir. Əmək fəaliyyətinə həmin unuversitetdə laborant kimi başlamış, tələbəlik illərində “Gənc müəllim” qəzetinin ədəbi işçisi (1991-1994), universiteti bitirdikdən sonra məsul katibi 1994-2000), baş redaktoru (2000-2007) vəzifələrində çalışmışdır. O, həmçinin 1996-1997-ci illərdə “Zaman” qəzetinin məsul katibi, 1999-cu ildə “Azərbaycan mübarizləri” qəzetinin baş redaktoru kimi jurnalistik fəaliyyət göstərmişdir. “Gənc müəllim” qəzetində fəaliyyət göstərdiyi halda, ADPU-nun “Azərbaycan və dünya ədəbiyyatı” kafedrasında müəllilm vəzifəsində çalışmağa başlamışdır. Təranə Turan 2004-cü ildə “Kamal Talıbzadənin yaradıcılığı” mövzusunda dissertasiya müdafiə etmiş, filologiya üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almış, 2011-ci ildə dosent seçilmişdir. 2003-cü ildən bu günədək Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Azərbaycan və dünya ədəbiyyatı” kafedrasının müəllimi, baş müəllimi, dosenti kimi elmi-pedaqoji fəaliyyət göstərmişdir. Hazırda ADPU-nun filologiya fakültəsi ilə yanaşı Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakütəsində də mühazirə və seminar dərsəri aparır.
Turan təxəllüsü ilə şeirlər yazan Təranə Yusif qızı Rəhimlinin yaradıcılıq fəaliyyəti elmi, bədii və publisistik istiqamətləri əhatə edir. Orta məktəb illərindən başlayaraq dövri mətbuatda məqalələrlə çıxış etmiş, bədii qiraət üzrə müsabiqələrin iştirakçısı və qalibi olmuşdur. ADPU-nun filologiya fakültəsinin birinci kursunda təhsil alanda ilk dəfə şeirləri Akif Səmədin təqdim sözü ilə “Gənc müəllim” qəzetində dərc edilmişdir. Daha sonra ustadı hesab etdiyi Xalq şairi Hüseyn Arifin təqdimatıyla “Ozan”, Cavad Cavadlının təqdimiylə “Azərbaycan müəllimi” qəzetlərində işıq üzü görmüşdür. Müxtəlif illərdə şeir və publisistik, elmi məqalələri Azərbaycanda “Ədəbiyyat qəzeti”, “525-ci qəzet”, “Millət”, “Aydınlıq”, “Zaman”, “Kredo”, “Ulduz”, “Azərbaycan”, “Azərbaycan qadını”, “Xalq qəzeti”, “Respublika”, “168 saat”, “Ədalət”, “Türküstan” və s. dövri mətbuat orqanlarında, Türkiyədə “Kardeş kalemler”, “Mora Kültür Sanat Aktüalite”, “Tarih ve düşünce”, “Akdeniz posta”, “Temih” və s. dərgi və qəzetlərdə, “KİBATEK bülteni”ndə, “Güldeste (20 ülkenin şairleri)”, “Türk dünyası şairleri antolojisi”, “Nevruz çiçekleri” ve s. şeir toplularında, İtaiyada “Antoogia poetica”, Abaniyada “Qalaktika Poetika Atinus” toplularında dərc olunmuşdur. Elmi və publisistik məqalələri Türkiyə, İngiltərə, İran, Yunanıstan, Rusiya, Ukrayna, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və başqa ölkələrdə nəşr edilmişdir.
Hələ tələbəlik illərində “Qar çiçəyi”, “Addımlar” (ADPU) ədəbi birliklərinin yaradıcılarından, Dünya Gənc Türk Yazarlar Birliyinin təsisçilərindən, ilk və ən fəal üzvlərindən biri olmuş, “Qar çiçəyi”, “Addımlar” adlı poeziya almanaxlarının tərtibində və nəşrində bilavasitə iştirak etmişdir. T.Rəhimli 1992-ci ildən Azərbaycan Aşıqlar Birliyinin /poeziya şöbəsi üzrə/, 1994-cü ildən Azərbaycan Jurnalistlər Birliyinin, 1998-ci ildən Dünya Gənc Türk Yazarlar Birliyinin, 1999-cu ildən Azərbaycan Yazıçılar Birliyinin, 2007-ci ildən Türkiyədə Kıbrıs Balkanlar Avrasiya Türk Ədəbiyyatları Quruumunun, 2013-cü ildən Türkiyədə Avrasiya Sənət Kültür Ədəbiyyat Dərnəyinin, 2016-cı ildən İtaliyada Pablo Neruda Mədəniyyət Assosiasiyasının üzvüdür.
O, müxtəif vaxtlarda respublikanın mötəbər ədəbi, elmi tədbirlərində Azərbaycan gəncliyini ləyaqətlə təmsil etmiş, 1997-ci ildə prezident iqamətgahında ölkə başçısı Heydər Əliyevin gənc yazıçılarla görüşünün iştirakçısı olmuş, burada ədəbi gəncliyin inkişafına dair konkret təkliflərlə çıxış etmişdir. Azərbaycan Yazıçılarının X Qurultayında, Azərbaycan Qadınlar Qurultayında fəal iştirak etmiş, həmin tədbirlərdə məruzə və çıxışları rəğbətlə qarşıanmışdır.
Təranə Turan Rəhimli görkəmli ədəbiyyatşünas, akademik Kamal Talıbzadənin elmi fəaliyyətinə həsr olunmuş “Böyük nəslin layiqli yadigarı” (ADPU nəşriyyatı, 2002, 115 səh.) adlı monoqrafiyanın, “Dərdin pıçıltısı” (ADPU nəşriyyatı, 2007, 160 səh.) adlı şeirlər kitabının, “Ədəbiyyat və tənqidin yaradıcılıq problemləri” (“Avropa”, 2008, 252 səh.) adlı dərs vəsaitinin, “Sevgimden tanıyacaklar” (Türkiyə/İzmir, “KİBATEK Yayınları”, 2013, 160 səh.), “Sana yazmadığım şiir” (Türkiyə/Ankara, “Sahil Kitap”, 2013, 85 səh.) adlı şeir kitablarının, eləcə də ali məktəblərdə bakalavr hazırlığı üçün “Şərqi slavyan xalqları ədəbiyyatı”(2010), “Ədəbi tənqid tarixi”(2011), “Şərqi slavyan xalqları və Qərb ölkələri ədəbiyyatı”(2015), magistr hazırlığı üçün “Xarici ölkə xalqları ədəbiyyatının müasir problemləri”(2011), “Yeni dövr dünya ədəbiyyatı” (2011), “XIX əsrin sonu, XX əsrin əvvəllərində Qərbi Avropada ədəbi proses” (2015) adlı fənn proqramların müəllifidir. 100-dən artıq elmi-nəzəri məqaləsi, 300-dək oçerk, esse və publisist yazısı dərc olunmuşdur. Monoqrafiya və şeir kitablarının Antalyada, İzmirdə və Bakıda təqdimat mərasimləri, imza günləri keçirilmişdir. 20-dan artıq elmi, bədii və publisistik kitabın redaktoru, ön söz müəllifi və rəyçisi olmuşdur.
Təranə Turan Rəhimli ölkəmizin hüdudlarından kənarda da Azərbaycan filologiya elmini ləyaqətlə təmsil etmişdir. T.Rəhimli dəfələrlə Türkiyə Cümhurityyətinin İstanbul, İzmir, Antalya şəhərlərində, eləcə də Rusiyanın Nalçik, Qırğızıstanın Bişkek şəhərlərində, İtaiyanın Roma, Bari, Taranto şəhərlərində keçirilən tədbirlərə, Beynəlxalq konfrans və ədəbiyyat şölənlərinə, festivallara qatılmış, həmin tədbirlərdə məruzə və çıxışları maraqla qarşılanmış, mükafatlara, fəxri fərmanlara layiq görülmüşdür. Həmin tədbirlər sırasında Kıbrıs, Balkanlar, Avrasiya, Türk ədəbiyyatları Qurumunun (KİBATEK) 30-cu Uluslararası Ədəbiyyat Şöləni (İzmir/Türkiyə, 7-11 dekabr 2012), Türkiyə Cümhuriyyəti Gediz Universitetində Beynəlxalq Ədəbiyyat Paneli (İzmir/Türkiyə, 10 dekabr 2012), KİBATEK-in 31-ci Uluslararası Ədəbiyyat Şöləni (İstanbul/Türkiye, 23-27 may, 2013), Uluslarası Türkçe ve Türk Ədəbiyyatları Simpoziumu, (Okan Universiteti, İstanbul/Türkiye, 26-28 may 2013), I Uluslarası Türk Ədəbiyyatları Buluşması (Türkiyə/Antalya, 16-18 noyabr 2013), KİBATEK-in 33-cü Uluslararası Ədəbiyyat Şöləni, Türkiyə/İzmir, 6-10 dekabr 2013), Türkiyə Cümhuriyyəti Yaşar Universitetində Beynəlxalq Ədəbiyyat Paneli (Türkiyə/İzmir, 14 dekabr 2013), X.M.Berbekov adına Kabardin-Balkar Dövlət Universitetində “Dil, mədəniyyət – müasir multi-etnik məkanda etiket” mövzusunda III Beynəlxalq Konfrans (Nalçik/Rusiya, 18-20 oktyabr, 2013), İ.Arabayev adına Qırğızıstan Dövlət Universitetində “İdrak dilçiliyində yeni paradiqmalar” mövzusunda Beynəlxalq Konfrans (Bişkek/Qırğızıstan, 4-5 iyul 2014), İtaiyada Bari Aldo Moro Universitetində Millətlərarası Beynəxalq Ədəbiyyat Konfransı (18-19 fevral, 2016), Taranto şəhərində Pablo Neruda Mədəniyyət Mərkəzinin Beynəlxaq Ədəbiyyat festivalı (20-21 fevral, 2016) və s. qeyd etmək olar.
T.T.Rəhimli 2009-cu ildə Yeni Yazarlar və Sənətçilər Qurumunun «İlin elmi kitabı» IX Bakı Kulturoloji Mükafatını, 2014-cü ildə Türkiyə və Azərbaycan Aktivist Sənətçilər Birliyinin Beynəlxalq “Akif Səməd ödülü”nü, Dünya Gənc Türk Yazarlar Birliyinin Beynəxalq Bakı Toplantısında “Türk Dünyasına Xidmət Ödülü”nü, 2016-cı ildə İtaliyada Pablo Neruda Mədəniyyət Mərkəzinin Beynəlxalq Ədəbiyyat Festivalı mükafatını, İtaliyada Bari Aldo Moro Universitetinin “Millətlərarası qızıl körpü” ədəbi mükafatını, Kərkük Kültür Dərnəyinin “Şərəf Hizmət ödülü”nü, Rəsul Rza Fondunun Beynəlxalq “Rəsul Rza mükafatı”nı, VI Azərbaycan Şairlər Gününün Beynəlxalq Mikayıl Müşfiq mükafatını almışdır. 2007-ci ildə “Qafqaz Media” İctimai Birliyinin H.Zərdabinin 170 illik yubileyi və Milli Mətbuat günü münasibətilə keçirdiyi “Qələm” müsabiqəsinin fəxri fərmanıı ilə təltif edilmiş, 2007-ci ildə ADPU-da apardığı imtahan və məqbulların yüksək faiz göstəricisinə görə fakültə dekanlığının təşəkkürnaməsini almışdır. 2012-ci ildə Türkiyədə Kıbrıs Balkanlar Avrasiya Türk Ədəbiyyatları Qurumunun fəxri fərmanını, Dünya Axıska Türkləri Birliyinin fəxri fərmanını, TC Gediz Universitetinin fəxri fərmanını, İzmir Konak bələdiyyəsinin təşəkkürnaməsini, 2013-cü ildə TC Avrasiya Sənət, Kültür, Ədəbiyyat Dərnəyinin fəxri fərmanını, İstanbul Tuzla bələdiyyəsinin fəxri fərmanını, KİBATEK-in fəxri fərmanını, TC Okan Universitetinin fəxri fərmanını və rəsmi təşəkkürünü, 2014-cü ildə TC Yaşar Universitetinin fəxri fərmanını və rəsmi təşəkkürünü, 2015-ci ildə Qafqaz Universitetinin təşəkkürnaməsini, 2016-cı ildə İtaliyada Pablo Neruda Mədəniyyət Mərkəzinin rəsmi təşəkkürnaməsini, Tatarıstan “İDEL”in fəxri fərmanınıı, Bakı Slavyan Universitetinin təşəkkürnaməsini, Azərbaycan Gənclər Fondunun fəxri fərmanını, Dünya Gənc Türk Yazarlar Birliyinin fəxri fərmanını və s. təltifəri almışdır.
Eyni zamanda, Azərbaycanda keçirilən Beynəlxalq Elmi Konfransların – I Beynəlxalq Bəxtiyar Vahabzadə simpoziumunun (2012), “Yaşayan Yunus Əmrə” Beynəlxalq Konfransının (2013), “Türk dünyasını işıqlandıranlar: Mehmet Akif Ərsoy və Hüseyn Cavid” Beynəlxalq Konfransının (2013), Gənc tədqiqatçıların II Beynəlxalq Elmi Konfransının və s. elmi tədbirlərin sertifikatlarını almışdır.
Təranə Rəhimli hazırda “1960-1970-ci illər Azərbaycan nəsri ədəbi tənqiddə” mövzusunda doktorluq dissertasiyası üzərində işləyir. Eyni zamanda, Türkiyə ədəbiyyatı, Batı Trakya ədəbiyyatı, çağdaş Azərbaycan ədəbi tənqidi, rus ədəbiyyatı və Qərb ölkələri ədəbiyyatlarına dair araşdırmalar aparır, məqalələr dərc etdirir.
T.Rəhimli ADPU-nun filologiya fakültəsinin magistratura və bakalavriat pillələrində müxtəlif fənlərdən – Azərbaycan ədəbi tənqidinin tarixi, Qərb ölkələri ədəbiyyatı, Şərqi Slavyan xalqları ədəbiyyatı, Müasir Azərbaycan ədəbiyyatı, Türk xalqları ədəbiyyatlarından, BDU-nun Şərqşünasıq fakültəsində Yapon ədəbiyyatı, Yapon mədəniyyəti və incəsənəti fənlərindən mühazirələr aparır. O, tələbə-gənclərin elmi işə marağının artması yönümündə də təbliğati işlər görür, onların Tələbə Elmi Cəmiyyətinin xətti ilə elmi tədbirlərdə təmsil olunmasına köməklik göstərir, hazırladıqları məruzə və tezislərə elmi rəhbər qayğısını əsirgəmir. T.Rəhimlinin elmi potensialı onun daha ciddi tədqiqatlar üzərində işləməsinə şərait yaradır. O, Batı Trakya türkləri ədəbiyyatının, Azərbaycan ədəbi tənqidinin və bədii nəsrinin müxtəlif problemlərinə dair tədqiqatlar üzərində səylə işləyir, həmin məsələləri işıqlandıran elmi məqalələrini müntəzəm olaraq dövrü mətbuat orqanlarında nəşr etdirir.
T.Rəhimlinin ədəbi-elmi fəaliyyəti haqqında ədəbiyyatımızın bir sıra görkəmli nümayəndələri – akademik Kamal Talıbzadə, xalq şairi Hüseyn Arif, Nüsrət Kəsəmənli, Oqtay Rza, Akif Səməd, Cavad Cavadlı, professorlar Himalay Qasımov, Abbas Hacıyev, Təyyar Salamoğlu, Əzizxan Tanrıverdi, ədəbiyyatşünas Vasif Novruzov, Səkinə Bayramova, Leyla Kərimova, Elnarə Həsənova və başqaları, eləcə də Türkiyəli ədəbiyyatşünas, İzmirdə Dokuz Eylül Universitetinin müəllimi Fəyyaz Sağlam, Oksford televiziyasının əməkdaşı, yazıçı-publisist və araşdırmaçı Annaquli Nurmuhammed, Axıskalı ədəbiyyatşünas, TC Bursa Universitetinin dosenti Minara Aliyeva, Belçikalı şair-tədqiqatçı Aqron Şele, Hindistanlı şair-tədqiqatçı Jernail Anand yüksək fikir və rəylərini bildirmiş, onun yaradıcılığına dair müxtəlif mətbuat orqanlarında məqalələr dərc etdirmişlər...
hemlemedia.az