hemle

Diqqətlər İstanbula köklənir - Danışıqlar bu saatda başlayacaq

Tarix:1-06-2025, 21:28
Baxış Sayı:442

Rusiya nümayəndə heyəti Ukrayna ilə danışıqların növbəti raundunda iştirak etmək üçün İstanbula uçub.

Bu barədə Rusiyanın “Russia Today” agentliyi məlumat yayıb.

"TRTHaber"in Türkiyə Xarici İşlər Nazirliyindəki mənbələrə istinadla yazdığına görə, Ukrayna və Rusiya nümayəndə heyətlərinin İstanbulda görüşü iyunun 2-də saat 13:00-da Çırağan sarayında baş tutacaq.

Bundan əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski İstanbulda keçiriləcək danışıqlarda Ukrayna nümayəndə heyətinin də iştirak edəcəyini və ona müdafiə naziri Rustem Umerovun başçılıq edəcəyini bildirmişdi.

Dövlət başçısının sözlərinə görə, o, bazar ertəsi İstanbulda keçiriləcək görüşdən əvvəl yaxın gələcək üçün vəzifələri, eləcə də mövqeləri müəyyən edib.

"Birinci – tam və qeyd-şərtsiz atəşkəsin təmin olunmasıdır. İkinci – əsirlərin azad edilməsidir. Üçüncü – qaçırılmış uşaqların geri qaytarılmasıdır. Və etibarlı və uzunmüddətli sülh yaratmaq, təhlükəsizliyi təmin etmək üçün ən yüksək səviyyədə görüşə hazırlıq aparılmalıdır. Əsas məsələləri yalnız liderlər həll edə bilər", - Zelenski bildirib.

Eyni zamanda, Rusiya danışıqlar aparan nümayəndə heyətinin tərkibinin əvvəlki görüşdə olduğu kimi olacağını bəyan edib.

Digər xəbərlər
09:54 “WhatsApp”a rəqib gəldi
09:51 İran, Rusiya, Azərbaycan, Ermənistan... - ABŞ deyir ki, Türkiyə məharətlə yol tapır
09:46 İranın Azərbaycandakı yeni səfiri odur - Foto
09:40 Maskdan daha bir iddialı plan - Planetin ən böyük binasını tikəcək
09:37 Varlılar 2050-ci ili gözləyirlər: 1000 il yaşaya biləcəklər
09:33 "Haribo"da yenə narkotik maddə aşkarlandı
22:32 Dələduzlar sizi “QR” kodla aldada bilər – XƏBƏRDARLIQ
22:29 “Match TV”nin yayımının dayandırılmasının səbəbi AÇIQLANDI