hemle

Ayaq baş barmağınız əyilirsə, diqqətli olun – Mütəxəssis xəbərdarlıq edir

Tarix:1-06-2025, 21:37
Baxış Sayı:440

 

Uşaqlarda və böyüklərdə tez-tez rast gəlinən ortopedik problemlərdən biri yastı pəncəlik (yastıdabanlıq), digəri isə halluks valgus - yəni ayaq baş barmağının xaricə doğru əyilərək sümük çıxıntısı şəklində görünməsidir. Bəs bu problemlər hansı halda təhlükəlidir və erkən müdaxilə vacibdirmi?

Bu barədə reabilitoloq və fizioterapevt Afaq Azad açıqlama verib.

Mütəxəssin sözlərinə görə, uşaqlarda yastı pəncəlik 3-4 yaşa qədər fizioloji hal sayılır və bu dövrdə pəncə tağının (svodunun) formalaşması təbii şəkildə baş verir:

"Uşağın pəncəsi körpəlikdə tam formalaşmamış olur, bu zaman pəncə altı daha yastı görünə bilər. Bu, çox hallarda valideynləri narahat edir, amma 5-6 yaşa qədər bu hal normadır. Lakin bu yaşdan sonra pəncə tağı hələ də yaranmayıbsa, artıq ortopedik qiymətləndirmə tələb olunur. Müalicə olunmayan yastı pəncəlik gələcəkdə ayaqlarda ağrı, diz və bel oynaqlarında yükün artması, düzgün olmayan gediş və duruş pozğunluğuna gətirib çıxara bilər".

O, qeyd edib ki, erkən dövrdə müəyyən ortopedik ayaqqabılar, xüsusi təyin edilmiş idman hərəkətləri və fizioterapiya metodları ilə bu problem düzəldilə bilər.

Eyni zamanda ayaq əzələlərini möhkəmləndirən oyunlar, qum və müxtəlif səthlər üzərində gəzmək də təbii şəkildə pəncənin formalaşmasına yardımçı olur.

Halluks valgus nədir və qarşısı alına bilərmi?

Afaq Azad halluks valgus - yəni baş barmağın deformasiyası ilə bağlı isə bunları deyib:

"Halluks valgus qadınlarda daha çox rast gəlinir və əsas səbəblər arasında genetik meyil, uzun müddət dar və dabanlı ayaqqabı geyinmək, eləcə də düzgün olmayan yüklənmə durur. Bu problem tədricən inkişaf edir və əgər ilkin mərhələdə müdaxilə olunmazsa, həm estetik narahatlıq, həm də güclü ağrılarla müşahidə olunan xroniki vəziyyətə çevrilə bilər".

Həmsöhbətim vurğulayıb ki, erkən mərhələlərdə fizioterapiya prosedurları, xüsusi ortopedik breketlər və gündəlik həyat rejiminin dəyişdirilməsi ilə barmaqdakı əyriliyin inkişafının qarşısını almaq mümkündür.

"İrəliləmiş hallarda artıq konservativ müalicə effektiv olmur və cərrahi müdaxilə qaçılmaz olur. Ona görə də hər hansı dəyişiklik və ya narahatlıq müşahidə edilərsə, vaxtında həkimə müraciət olunmalıdır".

Afaq Azad həmçinin əlavə edib ki, istər yastı pəncəlik, istərsə də halluks valgus zamanı şəxsin həyat tərzinə, ayaqqabı seçiminə və fiziki aktivliyinə diqqət yetirmək böyük rol oynayır. Erkən diaqnoz və uyğun reabilitasiya tədbirləri ilə bu kimi ortopedik problemlərin qarşısını almaq mümkündür.

Digər xəbərlər
09:54 “WhatsApp”a rəqib gəldi
09:51 İran, Rusiya, Azərbaycan, Ermənistan... - ABŞ deyir ki, Türkiyə məharətlə yol tapır
09:46 İranın Azərbaycandakı yeni səfiri odur - Foto
09:40 Maskdan daha bir iddialı plan - Planetin ən böyük binasını tikəcək
09:37 Varlılar 2050-ci ili gözləyirlər: 1000 il yaşaya biləcəklər
09:33 "Haribo"da yenə narkotik maddə aşkarlandı
22:32 Dələduzlar sizi “QR” kodla aldada bilər – XƏBƏRDARLIQ
22:29 “Match TV”nin yayımının dayandırılmasının səbəbi AÇIQLANDI