hemle

ƏFLATUN AMAŞOVUN MİLLİ MƏCLİSİN 28 OKTYABR İCLASINDA ÇIXIŞI

Tarix:30-10-2016, 13:34
Baxış Sayı:491

“... Mən gündəlikdəki məsələlər barədə İnsan hüquqları və Mədəniyyət komitələrinin iclaslarında çıxış etmişəm. İndi deyəcəklərim heç də əvvəlki fikirlərin təkrarı deyil. Komitələrdə söhbət bizim bu gün burada qəbul edəcəyimiz “Kütləvi informasiya vasitələri haqqında”, “Televiziya və radio yayımı haqqında”, “İctimai televiziya və radio yayımı haqqında”, “Telekomunikasiya haqqında” qanunlara dəyişikliklərin vacibliyindən gedib və ona də səs vermişik. Bu dəfəki cıxışımı isə şərtləndirən budur ki, həmin iclaslardan sonra bir sıra media vasitələrində elə təsəvvür formalaşdırmaq istənilib ki, guya bu dəyişiklikləri etməkdə məqsəd Azərbaycanda söz və mətbuat azadlığını məhdudlaşdırmaqdır.
Qətiyyən belə deyil. Dünyanın əksər inkişaf etmiş ölkələrində - ABŞ-da, Böyük Britaniyada, Almaniyada, Fransada və digər dövlətlərdə dini ekstremizm əleyhinə mübarizə ilə bağlı huquqi müstəvidə daha sərt müddəalar mövcuddur.
Bu başa düşüləndir. Çünki məqsəd dövlətin və ölkə ictimaiyyətinin təhlükəli bəlalardan sığortalanmasından gedir. Əgər bir çəkiliş, yaxud mətbu material insanlar arasında qorxu hissi yaradacaqsa, həmçinin şəxsi və ailə sirrini faş edəcəksə onun qarşısına əvvəlcədən sipər çəkilməlidir. Özü də qanunun təsbit etdiyi formada.
Burada çıxış edən həmkarlarım bir sıra xəbər saytlarını Azərbaycanda dini ayrıseçkiliyi, eksremizmi təbliğ etməkdə suçladılar. Bəli, onlar haqlıdırlar. O da məlumdur ki, həmin internet resurslarının hostinqləri Azərbaycanda deyil, xarici ölkələrədə qeydiyyata alınıb, ona görə də ölkəmizdə onlarla bağlı hüquqi addımların atılmasının mexanizmi yoxdur. Düşünürəm ki, artıq belə hüquqi mexanizmin yaradılmasının vaxtı yetişib. İstərdim ki, Milli Məclisimiz bu məsələni tezliklə gündəmə gətirsin...”

Digər xəbərlər
09:19 Azərbaycanda bu telekanalın yayımı dayandırıldı
09:16 Əhaliyə XƏBƏRDARLIQ: 1000 kilometr sürətlə YERƏ YAXINLAŞIR
09:12 Alça yedikdən sonra bunlara diqqət edin
21:46 Heydər Əliyev Mərkəzinin parkında rəngarəng Uşaq festivalı
21:37 Ayaq baş barmağınız əyilirsə, diqqətli olun – Mütəxəssis xəbərdarlıq edir
21:34 Kazinoların fəaliyyətindən əldə edilən dividentlər - Milyonlarla turist, büdcəyə ödənilən vergilər...
21:32 Bu sualda səhvlik olub - Abituriyentlərin xeyrinə hesablanacaq
21:28 Diqqətlər İstanbula köklənir - Danışıqlar bu saatda başlayacaq