hemle

Əhaliyə XƏBƏRDARLIQ: 1000 kilometr sürətlə YERƏ YAXINLAŞIR

Tarix:2-06-2025, 09:16
Baxış Sayı:501

Yer kürəsi yaxın günlərdə yeni geomaqnit fəallığı ilə üz-üzədir.

Mütəxəssislərin verdiyi məlumata görə, geomaqnit qasırğası Yerə saniyədə 1000 kilometr sürətlə yaxınlaşır. Bu hadisə Günəşdə baş verən güclü partlayışlarla əlaqələndirilir və bir neçə gün ərzində öz təsirini göstərəcək.

Hesablamalarına əsasən, iyun ayında geomaqnit qasırğalarının güclü olacağı günlər aşağıdakılardır:

4 iyun – orta güclü qasırğa (G1 səviyyəsi)

5 iyun – güclü qasırğa (G2 səviyyəsi)

6 iyun – maksimum güclü təsir gözlənilir (G3 səviyyəsi)

11 iyun – zəif, lakin hiss edilə bilən təsir

17 və 18 iyun – yenidən güclənmə dalğası ehtimal olunur

Geomaqnit qasırğaları xüsusilə meteohəssas insanlarda yorğunluq, baş ağrısı, yuxusuzluq, ürək döyüntülərinin artması kimi əlamətlərə səbəb ola bilər. Həmçinin, rabitə və GPS sistemlərində qısa müddətli nasazlıqlar yaşana bilər.

Mütəxəssislər bu günlərdə daha çox dincəlməyi, bol su içməyi və stresdən uzaq durmağı tövsiyə edirlər.

Digər xəbərlər
22:11 Qəbələ qibləyə döndü şanından…
22:09 İlk kannabis əsaslı dərman Ukraynaya göndərilir - Tərkibində nələr var?
21:55 Bu restoranlar cərimələndi
21:20 Danışıqlar uğursuz olarsa, Ukraynanı nə gözləyir? - İki ssenari
10:13 ELOĞLUM FƏXRİMİZDİ
10:01 Muğla zəlzələsindən sonra mütəxəssislərdən xəbərdarlıq: Sonradan baş verən təkanlar...
09:54 “WhatsApp”a rəqib gəldi
09:51 İran, Rusiya, Azərbaycan, Ermənistan... - ABŞ deyir ki, Türkiyə məharətlə yol tapır