hemle

Qoşa ruhlar birlikdə sevinəcəklər

Tarix:6-05-2018, 14:11
Baxış Sayı:669

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2018-ci ildə elan etdiyi 1-ci Qrant müsabiqəsində qaliblərdən biri də İsmayıllı Yazarları Ədəbi İctimai Birliyidir. “Qoşa ruhlar, şairlikdən şəhidlik zirvəsinə gedən yol” adlı filmin çəkilişi adlı layihənin icrasına başlanmışdır. Gəncə və İsmayılıda icra ediləcək layihədə şəhid olmuş şairlərimizin həyatından bəhs ediləcək. Layihənin məqsədi Azərbyacanın ərazi bütövlüyü uğrunda qəhramanlıqla şəhid olmuş gənc şairlər haqda film çəkməklə onların adlarının əbədiləşdirilməsidir. Bu yolla vətənpərvərlik ruhunun gücləndirilməsinə, Qarabağın işğaldan azad edilməsi işində Azərbaycan dövlətinə dəstək verməyə çalışırıq. Layihənin icrasına Gəncə şəhərindən başlanılacaqdır.
Gəncə şəhərində şəhid şairimiz Salmanov Aydın Arif oğlunun və İsmayıllıda Mikayıl Vahabzadənin haqqında film çəkiləcəkdir.
1961-ci ildə Gəncə şəhərində dünyaya göz açmış 1992-ci ildə Ağdərə uğrunda gedən döyüşlərdə Tərlan adlandırdığı tankın içində yanaraq kül olmuş Salmanov Aydın Arif oğlunun yaxınları ilə əlaqələr yaradılıb may ayının 13-15 Gəncə şəhərində filmin çəkilişinə başlanılacaqdır.
1993-cü ildə İsmayıllı rayonunda anadan olmuş, 2016-cı ilin aprel ayında Tərtər uğurunda gedən döyüşlərdə şəhid olmuş Mikayıl Vahabzadənin haqqında çəkilişlər isə iyun ayının 3-dən başlanılacaqdır.
Şəhidlərimizin ali təhsil aldıqları Sumqayıt Dövlət, Memarlıq və İnşaat Universitetlərindədə çəkilişlər aparılacaqdır. Eyni zamanda universitetlərdə filmin təqdimatıda nəzərdə tutulur.

Layihənin rəhbəri Aybəniz Qafarova

Digər xəbərlər
12:29 Bu gecə Rusiya səması: 105 pilotsuz təyyarə vurulub
12:24 Bu şəxslər hər ay 200 manat ala bilər
10:54 Ukrayna bu sənədi Aİ-yə göndərir: İçində Rusiyaya qarşı görün nələr var
10:51 “Döyüş nöqtəsinə” çatıblar: 2030-cu ilə qədər yarım milyard yeniyetmə bu xəstəliyə tutulacaq
13:21 Dayanacaqlarda “Bakı Kart” terminalların çatışmazlığı: Yüklənmiş pulun yoxa çıxması və cinayət işinə çevrilmə riskləri
13:16 Dayanacaqlarda “Bakı Kart” terminalların çatışmazlığı: Yüklənmiş pulun yoxa çıxması və cinayət işinə çevrilmə riskləri
08:33 Hansı hallarda şəxsə təyin edilmiş cəzadan daha yüngül cəza təyin edilə bilər?
08:30 Ən ağıllı insanlar bu qan qrupundan olurlar