hemle

“Faşistin dosyesi” filmi çəkiləcək

Tarix:17-10-2016, 16:59
Baxış Sayı:632

“Faşistin dosyesi” filmi çəkiləcək

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasından 2016-cı ildə elan etdiyi 3 cü qrand müsabiqəsinin qaliblərindən olan Vətən Uğrunda Şəhid və Milli Qəhramanlar İctimai Birliyinin layihəsinə strat verildi. Ermənistan Dövlətinin faşizm siyasəninin ifşa edilməsi “Faşistin dosyesi” filmi çəkiləcək.
28 may 2016-cı il tarixdə Ermənistanın paytaxtı Yerevan şəhərində erməni generalı Qaregin Njdenin xatirəsini əbədiləşdirən abidə qoyulmuş, həmin mərasimdə Ermənistan hakimiyyətinin yüksək rütbəli şəxsləri, o cümlədən bu ölkənin prezidenti Serj Sarqsyan iştirak etmişdir. Bununla da Ermənistan hakimiyyəti bütün dünyaya açıq şəkildə göstərmişdir ki, faşizm – Ermənistanda dövlət səviyyəsində dəstəklənən ideologiyadır. Təqdim olunan layihə Qaregin Njdenin (Qaregin Yegişeviç Ter-Arutunyan) XX əsrin əvvəllərində dinc Azərbaycan türklərinə qarşı soyqırımlar törətməsi, XX əsrin 30-cu illərində ABŞ-da “Seqakronutyun” adlı irqçi, faşistyönümlü təşkilat yaratmasından, Njdenin Hitler hakimiyyəti ilə müttəfiqlik münasibətlərində olmasından, onun köməyi ilə nasist ordusunun tərkibində “Erməni legionunun” yaradılması və həmin legionun insanlıq əleyhinə törətdiyi cinayətlərdən, Njdenin ermənilərə aşılamaq istədiyi ideologiyanın irqçi, faşist və müasir dünya tərəfindən qəbulolunmazlığını sübut edən faktlardan bəhs edir.


Layihənin rəhbəri
Uğrunda Şəhid və Milli Qəhramanlar
İctimai Birliyinin sədri Zərifə Əsgərova

Digər xəbərlər
12:29 Bu gecə Rusiya səması: 105 pilotsuz təyyarə vurulub
12:24 Bu şəxslər hər ay 200 manat ala bilər
10:54 Ukrayna bu sənədi Aİ-yə göndərir: İçində Rusiyaya qarşı görün nələr var
10:51 “Döyüş nöqtəsinə” çatıblar: 2030-cu ilə qədər yarım milyard yeniyetmə bu xəstəliyə tutulacaq
13:21 Dayanacaqlarda “Bakı Kart” terminalların çatışmazlığı: Yüklənmiş pulun yoxa çıxması və cinayət işinə çevrilmə riskləri
13:16 Dayanacaqlarda “Bakı Kart” terminalların çatışmazlığı: Yüklənmiş pulun yoxa çıxması və cinayət işinə çevrilmə riskləri
08:33 Hansı hallarda şəxsə təyin edilmiş cəzadan daha yüngül cəza təyin edilə bilər?
08:30 Ən ağıllı insanlar bu qan qrupundan olurlar