hemle

QHT rəhbəri Türkiyədə tədbir keçirdi

Tarix:10-10-2016, 12:53
Baxış Sayı:579

08 oktyabr 2016-cı il tarixdə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Azərbaycan həqiqətlərinin dünyaya yayılmasında Hollandiya, Almaniya, İsveç və Türkiyədə təhsil alan tələbələrin, yaşayan azərbaycanlılarla silsilə tədbirlərin keçirilməsi” adlı layihəsinin icrası ərəfəsində Türkiyənin İğdır şəhərində tədbir keçirildi. Tədbirdə Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyinin sədri Rada Abbas və təşkilatın mətbuat xidmətinin rəhbəri, yazar Qabil Ədalet iştirak etdilər. Tədbir Türk dünyası şəhidlərinin ruhuna ithaf edilən bir dəqiqəlik sayqı duruşu ilə başlandı. Qarabağ probleminin yaranma səbəblərindən bəhs edən video çarxın izlənməsindən sonar tədbir iştirakçılarının çıxışlarına başlanıldı. İğdır Avukat Evinin akt zalında avukat Nahidə xanımın aparıcılıq etdiyi tədbirdə ilk söz Sərdar Ünsala verildi. O, qonaqları salamladı, İğdıra xoş gəldiniz dedi. Çıxışında İrəvan və Qarabağ dərdini ürəyində gəzdirən minlərlə İğdırlı adından bu tədbir üçün təşəkkürünü bildirdi. Belə görüşlərin tez-tez keçirilməsinin və Qarabağa həsr olunmasının vacibliyini, böyük əhəmiyyətini qeyd etdi. Sərdar Ünsal Qarabağ şeri ilə çıxışını bitirdi. Daha sonra, QHT rəhbəri Rada Abbasa soz verildi. Qarabağ həqiqətlərindən, erməni vəhşiliklərindən, İğdırın hazırda çox təhlükəli əzazidə yerləşdiyini və İğdırı təhlükələr gözlədiyini qeyd etdi. İğdırı qorumağın vacibliyini bildirdi. Tədbirin qonağı yazar Qabil Ədalət Qarabağa həsr olunmuş şeirlərini səsləndirdi. Çıxışçılardan olan İğdırlı şairlər məclisinin rəhbəri Zakir bəy xitabət kürsüsünə qalxaraq Qarabağ haqda könül yanğısını dilə gətirdi və Qarabağa həsr olunmuş şeirlərini səsləndirdi. Bir neçə İğdırlı söz adamları şerlərini səsləndirdilər və çıxışlar etdilər. Tədbirin sonunda Radə Abbas yenidən çıxış üçün dəvət olundu. Layihə adından tədbirin təşkilatçısı Sərdar Ünsala minnətdarlıq etdi və tədbirdən xatirə olsun deyə Təşəkkürnamə hədiyyə etdi. Eyni zamanda tədbirdə çıxış edənlərin bir neçəsinə və təşkilaçılara təşəkkürnamə və hədiyyələr verildi. MVQSYİB-nin layihəsi adından Qarabağa həşr olunmuş filmlərin diskləri, kitablar, və broşurlar İğdır Azərbaycan evinə və iştirakçılara hədiyyə olundu. Sərdar Ünsalda Radə Abbası və Qabil Ədaləti onur bəlgəsi ilə mükafatlandırdı. Gələcək görüşlərin keçirilməsi haqda ümumi razılıq əldə olundu. 14 noyabr 2016-cı il tarixdə İğdırın azad edilməsinin qeyd ediləcəyi tədbirdə iştirak etmək üçün Radə Abbas dəvət edildi. Tədbirin sonunda xatirə rəsmi çəkildi.

hemlemedia.az

Digər xəbərlər
15:30 Dövlət işində çalışanlara BƏD XƏBƏR
15:27 Uşaqlar üçün yaşayış minimumu artırıldı
15:25 Azərbaycanda alimentin minimum məbləği artırılır
15:24 Bu halda vətəndaşın işsiz statusu ləğv edilir
14:26 QAZ XƏTLƏRİNƏ HAVA NİYƏ VURULUR?- AÇIQLAMA
10:44 Ömrü uzatmağın sadə yolu tapıldı
10:43 Bu gün Bakıda daha bir bəyannamə qəbul ediləcək
10:40 COP29 tədbirinin vaxtı uzadıldı