Tehran heç bir şəraitdə nüvə silahı yaratmaq niyyətində deyil.
Bunu İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqayi bildirib.
"İranın nüvə məsələsində mövqeyi tamamilə şəffafdır. İranın xarici işlər naziri Abbas Əraqçi özünün son tvitində İranın heç vaxt, heç bir şəraitdə nüvə silahına sahib olmaq istəmədiyini açıq şəkildə bildirib", - deyə məlumatda qeyd olunur.
İran Xarici İşlər Nazirliyinin sözçüsünə görə, bu məsələ strategiyanın bir hissəsidir. O vurğulayıb ki, nüvə silahının hazırlanmasından imtina İranın ali dini lideri Əli Xamneyinin fətvasına əsaslanır.