hemle

Qarabağ müharibəsi şəhidi Səmədov Tariyel Rasim oğlu - ATƏŞ.AZ

Tarix:8-01-2017, 17:33
Baxış Sayı:1 169

Tariyel Səmədov 1969-cu ildə Yevlax rayonunun Varvara kəndində anadan olmuşdur. Orta məktəbi əla qiymətlərlə bitirmiş və nizam-intizamı ilə ətrafındakılara daim nümunə olmuşdur. Tariyel Qarabağ müharibəsi yenicə qızışanda könüllü olaraq, cəbhəyə yollanmışdır. Xüsusilə Murovdağda və Goranboy cəbhəsində gedən ağır döyüşlərdə hər zaman öndə olmuşdur. Vətənə olan sevgisi bir yana, Tariyeldə çox az insanda olan qeyri-adi cəsarət var idi. Ölümdən qorxmayan və ermənini heçə sayan bu igid gənc 1992-ci ildə Goranboy cəbhəsində gedən döyüşlərdə sürücüsü olduğu tankla birlikdə minaya düşmüş və qəhrəmancasına şəhid olmuşdur.

Qarabağ müharibəsi şəhidi Tariyel Rasim oğlu Səmədovun Yevlax rayon Varvara kənd orta məktəbinin qarşısında tikilmiş abidəsi...

Leyla Həsənova

Digər xəbərlər
10:13 ELOĞLUM FƏXRİMİZDİ
10:01 Muğla zəlzələsindən sonra mütəxəssislərdən xəbərdarlıq: Sonradan baş verən təkanlar...
09:54 “WhatsApp”a rəqib gəldi
09:51 İran, Rusiya, Azərbaycan, Ermənistan... - ABŞ deyir ki, Türkiyə məharətlə yol tapır
09:46 İranın Azərbaycandakı yeni səfiri odur - Foto
09:40 Maskdan daha bir iddialı plan - Planetin ən böyük binasını tikəcək
09:37 Varlılar 2050-ci ili gözləyirlər: 1000 il yaşaya biləcəklər
09:33 "Haribo"da yenə narkotik maddə aşkarlandı