hemle

Şəhid Samir Kaçayevin həyat və yaradıcılığına həsr olunmuş sərgi keçirilib -ATƏŞ.AZ

Tarix:7-01-2017, 14:19
Baxış Sayı:1 249

Xalq Bankın “Xalq Əmanəti” mədəniyyət layihəsi çərçivəsində bu ilin aprel ayında erməni silahlı birləşmələrinin cəbhə xəttində törətdiyi təxribat nəticəsində qəhrəmancasına şəhid olan Samir Kaçayevin həyat və yaradıcılığına həsr olunmuş sərgi keçirilib. Gənc sənətkarın 50-dən çox heykəltəraşlıq və qrafika işləri daxil edildiyi, layihənin sayca 14-cü nəşri olan “Heykəltəraşlıq” albomu sərgi iştirakçılarına hədiyyə edilib.
Qeyd edək ki, Samir Ziyatin oğlu Kaçayev 1994-cü il, mart ayının 6-da Şamaxı rayonunun Çuxuryurd kəndində sadə bir ailədə anadan olub. Kiçik yaşlarından sənətə böyük marağı olan Samir rəsm çəkməyi, heykəl düzəltməyi çox sevirdi. Orta məktəbi bitirib Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına daxil olur. 2015-ci ildə akademiyanı müvəffəqiyyətlə bitirərək heykəltəraş ixtisasına yiyələnir. Magistraturaya daxil olub hərbi xidmətə yollanır. Aprel ayının 1-dən 2-nə keçən gecə düşmən təxribatı nəticəsində alovlanan döyüşlərdə torpaqlarımızın bütövlüyü uğrunda şəhid olur. Samir Kaçayev göstərdiyi rəşadətə görə ölümündən sonra “İgidliyə görə”medalı ilə təltif olunub. Samir yaşadığı qısa ömür ərzində böyük işlər görməyə müvəffəq olub: o, yaratdığı əsərləri ilə, sənətə baxışı, insanlara münasibətilə, vətənə sevgisi ilə onu tanıyanların rəğbətini, həmkarlarının hörmətini, minlərlə həmvətəninin dərin ehtiramını qazanıb. Nəşr olunan alboma gənc sənətkarın 50-dən çox heykəltəraşlıq və qrafika işləri daxil edilib. Burada Samir Kaçayevin həyat və yaradıcılığının bütün mərhələləri əks olunub.

Leyla Həsənova

Digər xəbərlər
10:45 VAQİF QOCALSA DA, YENƏ VAQİFDİ
09:58 Gəncəni bombalayan erməni hərbçilərin adları BİLİNDİ
08:58 İqlim dəyişikliyi: Yer kürəsi əhalisinin yarısı bununla üzləşir - Ən az bir ay...
08:55 ƏDV ilə bağlı şad xəbər verildi
08:53 Beyin sağlamlığı üçün ən vacib qidalar - Siyahı
08:51 Laçının Bəylik kəndinə növbəti köç karvanı yola salındı
22:06 Azərbaycanda bu qadınlar 1460 manat əmək haqqı alacaq
21:57 Dəmir yolu nəqliyyatından istifadə edən bu sərnişinlər cərimə ediləcək