hemle

Ədəbiyyata bağlı dövlət məmuru

Tarix:18-11-2016, 14:49
Baxış Sayı:927

Nailə Yüzasifli 10 aprel 1961-ci ildə Ağdam rayonunun Mirəşəlli kəndində anadan olub. Orta məktəbi əla qiymətlərlə başa vurub keçmiş Lenin adına Pedoqoji İnstitutun, indiki Azərbaycan Dövlət Pedoqoji Uiversitetinin Filologiya fakültəsinə qəbul olub. Gənc yaşlarından müəllimlik peşəsini şərəflə yerinə yetirib, işinə olduqca yaradıcı və məsuliyyətlə yanaşıb. 2001-2015-ci illərdəAzər Kərimov adına Bənövşələr tam orta məktəbinin direktoru vəzifəsində, 2015-ci ildən Ağdam rayonu Təhsil Şöbəsində məsləhətçi vəzifəsində çalışır. 4 övlad anasıdır. 3 nəvəsi var.
Ədəbiyyata, şeirə daxili bağlılığı olan Nailə xanım özünün hamıdan gizli yaradıcılıq dünyası var. O şeirlərini duyğularının ifadəsi olaraq qələmə alır. Onun iş həyatı məişət həyatından olduqca fərqlənir.Həyatın ağrılı, enişli-yoxluşlu yollarını zaman-zaman yaralanmağı bahasına addımlayıb. Fiziki zəifliyinə mənəvi gücü, analıq hissi qüvvət verib Nailə xanımın. Odur ki, bu gün geriyə dönüb baxanda keçmişin o ağrılarında acı bir şirinlik də duyur. Çünki addımladığı o nahamar həyat yolunda çatmalı olduğu mənzil çətin günlərin arxasınca gələn rahatlıq və bir qadın kimi, bir ana kimi övladlarının, ailəsinin xoşbəxtliyi idi. Kimsədən dəstək almadan,təkbaşına qət etdiyi bu məşəqqətli yol onu mənzil başına çatdırıb. Buna görə bu gün Nailə xanım övladlarının xoşbəxtliyindən, uğurlarından qürurlanıb sevinir. Buna hamıdan çox haqqı olan da elə Nailə xanımın özüdür.

Digər xəbərlər
11:07 Parkinson xəstəliyi ilə bağlı vacib məqam
11:03 Abşeron, Qobu və Masazırda silah-sursat aşkarlandı
10:42 Trampın nümayəndəsindən qurxunc təklif - Ukrayna 3 yerə bölünsün
10:39 Tələb çox, say az: Bakıda evlərin bahalaşması qaçılmazdır
10:33 Yeni DƏLƏDUZLUQ: Xəbəriniz olmadan adınıza necə kredit götürürlər?
10:30 "Crocus"dakı terror aktının dəhşətli TƏFƏRRÜATI: Təkcə odlu silahdan istifadə edilməyib
10:23 Mövqelərimiz Basarkeçər və Gorus istiqamətlərindən atəşə tutuldu
10:20 Bakı əhalisi üçün həyəcan anonsu