hemle

Gənclər siyasətinin layiqli gənci

Tarix:7-11-2016, 21:41
Baxış Sayı:868

Hər bir kəs yaxşı bilir ki, gənclik bir millətin yaşaması, inkişafı üçün
təməl daşıdır. Bir millətin mövcud olması üçün onun sağlam gəncliyinin
olması vacib şərtdir.
Ulu Öndər Heydər Əliyev deyirdi ki, hər bir xalq özünün xoşbəxt
gələcəyini gənc nəsillə bağlayır: "Gənc nəslin vətənpərvərlik ruhunda
tərbiyə olunması onun mənsub olduğu xalqın rifahının, ölkənin
çiçəklənməsinin rəhnidir. Bu gün iftixar və qürur hissi ilə bildirmək
istəyirəm ki, müasir Azərbaycan gəncliyi milli-mənəvi dəyərlərimizi,
doğma ana dilimizi, ata-babalardan qalan gözəl adət-ənənələrimizi göz
bəbəyi kimi indi də qoruyub yaşadır”.
Bütün bunlar deməyə əsas verir ki, ölkəmizdə uğurla həyata keçirilən
dövlət gənclər siyasəti gələcək nəslin intellektual səviyyəsinin artmasına
da olduqca müsbət təsir göstərir.
Hazırda ölkəmizdə gənclər siyasəti uğurla həyata keçirilir və bu siyasətin
ən bariz nümunələrindən biri isə Əmrah Mövsümovdur. Əmrah
Mövsümov dövlət qayğısını daim öz üzərində hiss edərək, nailiyyətləri ilə
gənclərə göstərilən qayğını doğrultmağa çalışır.
Sosial həyatın bütün sferalarına nəzər salsaq, görərik ki, orada bir gənc
kimi Ə.Mövsümov öz bacarığı ilə iştirak edir. Əmrah Mövsümov ixtiraçı, elmi tədqiqatçı, şair, yazıçı, kompyuter mühəndisi və bir çox peşənin sahibidir. Ə.Mövsümov eyni zamanda Azərbaycanın dünya ictimaiyyətində tanıdılmasında böyük rol oynayır.
İnanırıq ki, gələcək Azərbaycanın parlaq gələcəyinin təminatçısı olan
gənclərdən biri olan Əmrah Mövsümov bütöv və müstəqil Azərbaycan
naminə bütün güclərini toplayacaq, vətənin inkişafı üçün səylə
çalışacaq, öz siyasətində onlara arxalanan ölkə Prezidentinin etimadını həmişə doğruldacaqdır.

Aytən Süleymanlı

Digər xəbərlər
12:29 Bu gecə Rusiya səması: 105 pilotsuz təyyarə vurulub
12:24 Bu şəxslər hər ay 200 manat ala bilər
10:54 Ukrayna bu sənədi Aİ-yə göndərir: İçində Rusiyaya qarşı görün nələr var
10:51 “Döyüş nöqtəsinə” çatıblar: 2030-cu ilə qədər yarım milyard yeniyetmə bu xəstəliyə tutulacaq
13:21 Dayanacaqlarda “Bakı Kart” terminalların çatışmazlığı: Yüklənmiş pulun yoxa çıxması və cinayət işinə çevrilmə riskləri
13:16 Dayanacaqlarda “Bakı Kart” terminalların çatışmazlığı: Yüklənmiş pulun yoxa çıxması və cinayət işinə çevrilmə riskləri
08:33 Hansı hallarda şəxsə təyin edilmiş cəzadan daha yüngül cəza təyin edilə bilər?
08:30 Ən ağıllı insanlar bu qan qrupundan olurlar