hemle

Ulu öndər Heydər Əliyev Azərbaycan Ordusunun qurucusudur

Tarix:29-10-2016, 22:22
Baxış Sayı:894

Ulu öndər Heydər Əliyev Azərbaycan Ordusunun qurucusudur
Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü münasibətilə oktyabrın 22-də “Dərbənd” xeyriyyə ictimai birliyi tərəfindən “Heydər Əliyev və ordu quruculuğu” mövzusunda tədbir keçirilib. Tədbir çərçivəsində, həmçinin görkəmli dövlət xadimi, Əməkdar Hüquqşünas, ilk azərbaycanlı sərhədçi general-mayor Mustafa Nəsirovun anadan olmasının 95 illik yubileyi qeyd edilib.
AZƏRTAC-ın verdiyi xəbərə istinadən tədbirdə ölkə ictimaiyyətinin nümayəndələri, Qarabağ müharibəsi veteranları, general-mayor Mustafa Nəsirovun dostları, yaxınları, ziyalılar iştirak ediblər.
Tədbirdə Azərbaycan Respublikası Silahlı Qüvvələri Hərbi Akademiyasının “Adyunktura və elm” şöbəsinin hərbi tarix professoru, tarix elmləri doktoru, ehtiyatda olan birinci dərəcəli kapitan, “Dərbənd” xeyriyyə cəmiyyətinin sədri Nurulla Əliyev çıxış edərək müstəqilliyin bərpasından ötən 25 ildə Azərbaycanın keçdiyi inkişaf yolundan, qazandığı uğurlardan danışıb. Müstəqilliyin ilk illərində Azərbaycanın üzləşdiyi çətinlikləri diqqətə çatdıran N.Əliyev bildirib ki, 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyevin zəngin siyasi təcrübəsi, yüksək idarəçilik bacarığı, Vətən sevgisi xalqımızı bütün təhlükələrdən xilas edib. Ulu öndər Heydər Əliyev müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, milli ordumuzun yaradıcısıdır.
Qeyd edilib ki, dahi rəhbər müdrik dühası ilə hələ sovet dövründə azərbaycanlı peşəkar hərbçilərin yetişməsinin zəruriliyini nəzərə alaraq, bir sıra hərbi təhsil müəssisələrinin ölkəmizdə fəaliyyətə başlamasına nail olub. Hakimiyyətinin ilk illərində ulu öndər Heydər Əliyev Milli Ordunun peşəkar zabit kadrları ilə təmin olunması üçün hərbi təhsilin inkişafına xüsusi diqqət ayırırdı. Ümummilli Lider Azərbaycan Ordusunda xidmət etmək, müstəqilliyimizi qorumaq peşəsini seçmiş gənclərə böyük ümidlər bəsləyirdi.
N.Əliyev ulu öndər Heydər Əliyevin siyasətinin layiqli davamçısı Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev ordu quruculuğu işinə, ölkənin müdafiə qüdrətinin artırılmasına, hərbi qulluqçuların sosial müdafiəsinə daim diqqət göstərdiyini xüsusi vurğulayıb. O, məhz bu diqqət və qayğı nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin regionun ən qüdrətli ordusuna çevrildiyini bildirib.
Tədbirdə, həmçinin ilk azərbaycanlı sərhədçi general-mayor Mustafa Nəsirovun anadan olmasının 95 illik yubileyi münasibətilə bu peşəkar hərbçinin Vətən qarşısındakı xidmətlərindən danışılıb.
Qeyd olunub ki, 1921-ci ildə Dərbənd şəhərində anadan olan M.Nəsirov Azərbaycanda sərhəd mühafizəsi işinin təşkili sahəsində xüsusi rol oynayıb. 1942-ci ildə cəbhədən Saratov Sərhəd Qoşunları hərbi məktəbinə göndərilən M.Nəsirov bütün həyatını bu şərəfli peşəyə həsr edib. Azərbaycan və Zaqafqaziya sərhəd dairələrinin qərargahlarında müxtəlif vəzifələrdə xidmət göstərən peşəkar hərbçi SSRİ sərhəd qoşunlarında məsul vəzifələr tutan ilk azərbaycanlı olub.
Diqqətə çatdırılıb ki, 1987-ci ildə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının ilk sədri seçilən Mustafa Nəsirov ölkəmizdə veteran hərəkatinin inkişafına böyük töhfələr verib. Vətən qarşısındakı xidmətlərinə görə Mustafa Nəsirov Azərbaycan Prezidentinin Sərəncamı ilə “Şöhrət” ordeninə layiq görülüb.
Vurğulanıb ki, M.Nəsirov Azərbaycan və Dağıstan xalqları arasında əlaqələrin inkişafına mühüm töhfələr verib. “Dərbənd” xeyriyyə cəmiyyətinin təsisçisi və fəal üzvü olduğu illərdə M.Nəsirov bu sahədə mühüm xidmətlər göstərib. Vətən qarşısında xidmətlərinə görə bu görkəmli şəxsiyyətin xatirəsi əbədiləşdirilib. Hazırda Dərbəndin küçələrindən biri M.Nəsirovun adını daşıyır.
Tədbirdə birliyin üzvləri Rəhilə Əsgərova, Rafiq Rəhimov, Əsgər Seyidov, Hacı Əhmədov, M.Nəsirovun ailə üzvləri və başqaları çıxışlarında ilk azərbaycanlı sərhədçi generalın xidmətlərindən danışıb, onunla bağlı xatirələrini bölüşüblər.
Mustafa Nəsirovun qızı İradə xanım çıxış edərək atasının xatirəsinə göstərilən diqqətə görə tədbirin təşkilatçılarına minnətdarlığını bildirib.

Digər xəbərlər
15:30 Dövlət işində çalışanlara BƏD XƏBƏR
15:27 Uşaqlar üçün yaşayış minimumu artırıldı
15:25 Azərbaycanda alimentin minimum məbləği artırılır
15:24 Bu halda vətəndaşın işsiz statusu ləğv edilir
14:26 QAZ XƏTLƏRİNƏ HAVA NİYƏ VURULUR?- AÇIQLAMA
10:44 Ömrü uzatmağın sadə yolu tapıldı
10:43 Bu gün Bakıda daha bir bəyannamə qəbul ediləcək
10:40 COP29 tədbirinin vaxtı uzadıldı