“Vətən sevgisi sərhəddən başlamır, sərhəddə bitmir” adlı tədbir keçirildi
Azərbaycan Respublikasının Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının 2016-ci ildə elan etdiyi Qrant müsabiqəsinin qaliblərindən biri də Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyidir. 21 oktyabr 2016-ci il “Azərbaycan tarixinin Qarabağ həqiqətlərinin təbliğində Azərbaycanda və xarici ölkələrdə tədbirlərin keçirilməsi” adlı layihənin növbəti tədbir Gəncə şəhəri Azərbaycan Dövlət Aqrar Unversitetdə keçirildi. Təbirin təşkilatçısı Unversitet rəhbərliyidir. Layihə rəhbəri Radə Abbas layihə haqda geniş məlumat verdi. Layihənin əsasən Almaniya, İsveç və Hollandiyada həyata keçirilməsi nəzərdə tutulur. 28 oktyabr 2016-cı il tarixdən 6 noyabr 2016-cı il tarixə qədər həmin Avropa ölkələrinə səfər edəcəyik.
Unversitetin müəllimləri, İctimai Elmlər və Multikulturalizm Kafedrasının müdiri Azad Bayramov, tarixçi Elgün Aslanov, Aqrar Biznes və İdarəetmə fakultəsinin müəllimi, tarix elmlər doktoru Günay İbrahimova, Heydər Əliyevin Moskvaya oxumağa göndərdiyi ilk tələbələrdən biri Etibar İmanquliyev tələbə-gənclərə Qarabağın tarixi, mədəniyyəti, əraziləri haqda geniş məlumat verdilər. Azərbaycanın işğal olunmuş ərazilərində ermənilər tərəfindən törədilən vəhşiliklər, tarix- mədəniyyət abidələrimizin məhv edilməsi və bunun dünyaya çatdırılmasının vacibliyi tələbələrin nəzərinə çatdırıldı. Unversitetin tələbələri Ayişə Novruzova və Nərmin Əhmədova vətən sevgisindən çox böyük həvəslə danışdılar. Ümumilikdə unversitet tələbələri arasında vətənpərvərlik ruhu yüksəkdir. Aişə Növruzova hərbi xidmət etmək arzusunda olduğunu bildirdi. Bunun üçün bizdən köməklik istədi. Biz Universitet rəhbərliyindən tədbir iştirakçıları adından Azərbaycan Respublikasının Müdafiə Nazirliyi qarşısında məsələ qaldırılmasını xahiş etdik. Çox ümid edirik ki, çox yaxın zamanda Aişə Novruzova Müdafiə Nazirliyinin şəxsi heyyətlə iş idarəsinin zabiti olacaqdır.
Tədbirdə Hollandiyadan dəvət edilmiş “Avrasya Türk Qadınlar Birliyi Hollandiya” İctimai birliyinin sədri Fatma Aktaş çıxış edərək qadınların rolundan, Azərbaycanın Türk dünyası ilə yaxınlığının gələcək gözəl nəticələrindən danışdı. Azərbaycanda tərəfdaş təşkilat olaraq MVQSİB-nin sədri Radə Abbasla həyata keçirilən layihələrin əsasən Ermənistan tərəfindən girov götürülmş Azərbaycan qadınlarının müdafisi ilə əlaqədar olduğunu bildirdi. Tədbirdə Beyləqan rayonunda fəaliyyət göstərən Şəfa Psixoloji Sosial Yardım İctimai Birliyinin sədr müavini, Unversitetin məzunu Asif Quliyevdə iştirak etdi. Təhsil aldığı müqəddəs ocağa gəldiyi üçün çox şad olduiğunu və belə layihələrin keçirilməsinin vacibliyini qeyd etdi. Sonda layihə rəhbəri Radə Abbas tədbirin təşkili üçün Unversitet rəhbərliyinə təşəkkürünü bildirdi. Eyni zamanda unversitetin müəllimi Azad Bayramov “Vətən sevgisi sərhəddən başlamır sərhəddə bitmir” adlı layihənin tədbirinin Aqrar Unversitetdə keçirildiyi üçün layihə iştirakçılarına unversitet rəhbərliyi adından təşəkkürünü bildirdi. Layihənin icrası Avropa ölkələrində davam ediriləcəkdir.
Qabil Ədalət