hemle

Təbriz Tariyel oğlu Musazadə

Tarix:15-10-2016, 16:59
Baxış Sayı:2 277

Təbriz Tariyel oğlu Musazadə...

Mayor, Milli Ordunun zabiti, Dördgünlük müharibədə vurulan Mİ-24 helikopterinin pilotu.

O, 1981-ci il avqustun 12-də Gürcüstanın Dmanisi rayonunun Yaqublu kəndində dünyaya gəlib. 1993-cü ildən Bakıya köçüblər. Burada o, 165 saylı məktəbdə oxuyub. Təbrizin xalasının həyat yoldaşı hərbçi olub. Təbrizin hərbiyə marağı onunla başlayıb. 15 yaşında Cəmşid Naxçıvanski adına hərbi liseyə qəbul olub. 3 il liseydə oxuduqdan sonra 1999-cu ildə Ali Hərbi Məktəbdə təyyarəçilik üzrə təhsilini davam etdirib. 2003-cü ildən bəri Azərbaycan Milli Ordusunda xidmət edib.

Təyinatla Kürdəmirdə, sonra isə "Nasosnu"da və Qalada xidmət edib.

Həmin gün ekipajda komandir pilot mayor Təbriz Musazadə, pilot mayor Urfan Vəlizadə, bort texnik baş leytenant Əbubəkir İsmayılov olub. Qoşunların təmas xəttində Ermənistanın hücumunu dəf edərkən Azərbaycanın pilotları mayor Təbriz Musazadə, mayor Ürfan Vəlizadə, baş leytenant Bəkir İsmayılov şəhid olub. Onlar ikinci Fəxri xiyabanda dəfn edilib.

Təbriz Musazadə 11 il əvvəl ailə qurmuşdu. Sevib seçdiyi Pərişan xanımla. İki oğlan övladı var. 2006-cı ildə Tayfun, 2008-ci ildə isə Onur dünyaya gəlib. Ən böyük arzusu ali təhsilli, Vətənə layiqli övladlar böyütmək olub. Elə bu məqsədlə də vəfatından sonra Pərişan xanım onun adına təhsil mərkəzi açıb.

Anası Tovuz Musayeva oğlunu belə xatırlayır: "Həmişə deyirdi ki, hərbiçiyəm uçub gedirəm, bir gün gedəcəm, qayıtmayacam. Elə də etdi, uçdu getdi, qayıtmadı...”.

Ancaq o səmalara uçan təkcə Təbriz Musayev olmadı. Bütün şəhidlərimiz səmaya qalxdılar. O səmaya ki, orada çəhrayı işığı burada axıtdıqları Vətən qanıyla qazandılar...

Azadə Bayramova

Digər xəbərlər
11:15 Ayağında elektron qolbaq var imiş...
11:11 Paşinyan qaçacaq, Ermənistan... - Jirinovskinin dəhşətli proqnozu gündəmdə
11:08 Azərbaycanda məktəbdə kütləvi zəhərlənmə
10:59 Smartfonların tez enerji itirməsinin əsas SƏBƏBLƏRİ
10:55 İki stansiyanı birləşdirəcək yeni tunelin tikintisi 11 AY ÇƏKƏCƏK
10:51 Metropoliten "28 May"la bağlı bütün suallara aydınlıq gətirdi
10:03 Avropa İttifaqı və Çin bu ölkəyə qarşı BİRLƏŞİR
09:58 Mövqelərimiz Tovuzqala istiqamətindən atəşə tutuldu