hemle

Xocalının Mixaylosu! –Bu gün onun doğum günüdür!

Tarix:19-04-2020, 19:06
Baxış Sayı:658

Sənin kimi oğulun qanının yerdə qalması bizim günahımızdı! Allah bizi bağışlamasın!!!
O vaxt Kərkicahan (1991-ci il dekabrın 29-) Malıbəyli,Quşcular (1992 -ci il fevralın 11-i) işğal olunanda bəlkə də ermənilər Xocalını da həmin tarixlərdə işğal etməyi düşünürdülər, amma döyüşkən şəhərin igid oğullarının dözümü-döyüşkənliyi o prosesi ləngitdi. Cünki Qarabağda yurdu üçün ölümə hazır, dastanlara mövzu olacaq oğullar vardı, igidlər vardı, qəhrəmanlar vardı.O qəhrəmanların başında isə ata-anası qədər inandıqları, ehtiram etdikləri Tofiq Hüseynov vardı. (366-cı motoatıcı alayıda, erməniləridə Allahın lənətinə gəlsin!)

Mixaylo! Yəqin ki, o məşhur film hamınızın yadındadır! "Uzaq sahillərdə" ! Alman faşistləri Mixaylonu (Qəhrəman Mehdi Hüseynzadə) ələ keçirtmək üçün onun başına pul qoyurlar. Ələ keçirə bilmirlər. Mübarizədən çəkindirmək üçün dəfələrlə müxtəlif tədbirlər görürlər, Mixaylonu dayandıra bilmirlər. Sonda mühasirəyə alınan Mixaylo faşistlərin əlinə kecməmək üçün özünü qumbara ilə partladır.

Eynən Xocalının Mixaylosu, Qarabağın Mixaylosu!Tofiq Mirsiyab oğlu Hüseynov 1954-cü il aprelin 19-da Xocalı şəhərində anadan olub. Xocalı şəhər orta məktəbində hərbi hazırlıq müəllimi işləyib, kapitan rütbəsinə qədər yüksəlib. O, 1991-ci ildə Xocalı özünü müdafiə taborunun komandiri olub, "Mixaylo” ləqəbi ilə tanınıb. O, rəhbərlik etdiyi taborla birlikdə Meşəli, Naragux, Mehdikənd və digər istiqamətlərdə qəhrəmanlıqla vuruşub, düşmənin hərbi texnikalarını məhv edib. Mehdikənd əməliyyatı zamanı düşmənin artilleriyası, "Alazan” qurğusu məhv edilib, xeyli erməni öldürülüb, 10 nəfər əsir götürülüb. Bu əməliyyata görə, ona mayor rütbəsi verilib. O, 1992-ci il fevralın 26-da düşmənlə axıra qədər vuruşub, dinc əhalinin xeyli hissəsinin təhlükəsiz yerə çıxmasını təmin edib. O, axırıncı gülləsinə qədər döyüşüb, sonda qumbara ilə özünü partladıb, 10 nəfərə yaxın ermənini də məhv edibr. Xocalının "Mixaylo”su son nəfəsində də düşməndən qisas alaraq şəhidlik zirvəsinə ucaldı. Tofiq Hüseynov o dəhşətli gecədə həm də silahdaşı olan qardaşı Bakir Hüseynovu da itirir. Atası Mirsiyab, anası Minəş xanım, həyat yoldaşı Məxmər xanım və 47 yaxın qohumu da faciə günü şəhidlik zirvəsinə ucaldılar. Ölümündən 4 ay sonra mayor Hüseynov Tofiq Mirsiyab oğlu Azərbaycanın Milli Qəhrəmanı adına layiq görüldü.

Sozümün canı var : Bu günlərdə Böyük Vətən müharibəsinin 75 ili qeyd ounlacaq!75 ildi Mixaylonu ( Mehdi ) unutmadıq. Gənclər ona bənzəməyə çalışdı, özünü ona oxşatdı.. Bəlkə də nə vaxtsa gənc Tofiqin də kumiri Mehdi Mixaylo olmuşdu. Bilmirəm! Amma təkcə bildiyim odur ki, təbliğat düzgün aparılsa, məlumat ictimaiyyətə dolğun ötürülsə, indiki gənclikdə Tofiq Hüseynovu özünə kumir seçəcəklər!

Son olaraq bir xahişim var: Şəhidimizə "Allah rəhmət eləsin" deyə bəsit bir cümlə yazmayın... Zatən o Allahın ən gözəl rəhmətini öz canı ilə qazanıb! Yazın ki, Allah sənin qısasını, sənin yurdunun. əzizlərinin, bütün şəhidlərimizin qisasını almağı bu xalqa, bu millətə qismət eləsin! lütfən!

Əntiqə Rəşid

Digər xəbərlər
14:43 Bu gün ədliyyə işçilərinin peşə bayramıdır
14:38 Alimlər vaxtı müəyyən etmək üçün yeni üsul təklif etdi: Zaman ölçüsünü kim yaradıb?
14:35 Hazırlıq başladı: Ermənistan ehtiyatda olan zabitləri bu tarixdə toplayır
14:33 Xəbərdarlıq edildi: 30 milyon insan ölə bilər - Ən çox bu ölkələr zərbə alacaq
14:31 Qazaxın işğaldan azad olunan kəndlərində hazırkı vəziyyət necədi?
14:28 Putin Qərbi yenə də aldatdı: Kiyevə nüvə zərbəsi gözləyirdilər, amma...
10:00 İrəvandan Bakıya göndərilən "strateji saziş"in detalları: Nikolun planı nədir?
09:57 Qanunsuz tikinti işləri aparanların NƏZƏRİNƏ