hemle

Milli Qəhrəman Çobanov Şamoy Məhyəddin oğlunun doğum günüdür - ATƏŞ.AZ

Tarix:19-01-2017, 17:01
Baxış Sayı:938

Azərbaycanın Milli Qəhrəmanı Çobanov Şamoy Məhyəddin oğlun 19 yanvar 1965-ci ildə Qazax rayonunda anadan doğulub. 1982-ci ildə 1 saylı məktəbi bitirdikdən sonra avtonəqliyyat müəssəsində işləmişdir. Şamoy 1983-cü ildə Sovet ordu sıralarına hərbi xidmətə çağırılır. 1985-ci ildə ordudan tərxis olunur. 1989-cu ildə Qazax rayon polis şöbəsinə işə qəbul olunur, o zamanlar erməni quldurlarının Xeyrimli, Yuxarı Əskipara, Bağanis Ayrım kəndlərinə hücumları ara vermirdi. 19 avqust 1990-cı il Yuxarı Əskipara kəndinə gedən avtobusu Şamoy müşayiət edirdi. “Qanlı dərə” adlanan yerdə erməni silahlıları avtobusa qəfil hücum edirlər. Şamoy döyüşə girir düşmən geri oturulsada sərnişinlərdən ölən və yaralananlar var idi. Həmin döyüşdə Qazax eli bir igidi də itirdi bu kənd camatının hörmətini qazanmış vətənpərvər polis əməkdaşı Çobanov Şamoy idi...
Subay idi.
Azərbaycan Respublikası prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Çobanov Şamoy məhyəddin oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.
Ağköynək kəndində dəfn edilmişdir.
Ağköynək kənd məktəbi onun adını daşıyır.

Leyla Həsənova

Digər xəbərlər
11:17 Bu şəxslərin maaşı bir ayda 240 manatdan çox artdı
11:10 Ev tikənlərin NƏZƏRİNƏ: Bu halda məsuliyyətə cəlb oluna bilərsiniz
10:59 Xankəndi, Xocalı, Ağdərə müasir rəqəmsal yerüstü televiziya və radio yayımı ilə əhatə olunacaq
10:56 Dövlət qeydiyyatına alınan dərmanlarla bağlı dəyişiklik
10:51 Azərbaycan və Ermənistan nümayəndələri görüşdü
10:11 Laçında möhtəşəm atəşfəşanlıq
10:07 Sabirabadda FACİƏ - Bir ailə yanaraq məhv oldu (YENİLƏNDİ)
09:59 "Telegram"da çoxdan gözlənilən YENİLİKLƏR