hemle

Azərbaycanın Milli Qəhrəmanı Quliyev Mirzə Məcid oğlunun doğum günüdür - ATƏŞ.AZ

Tarix:11-01-2017, 12:09
Baxış Sayı:880

Azərbaycanın Milli Qəhrəmanı Quliyev Mirzə Məcid oğlunun 11 yanvar 1974-cü ildə Bərdə rayonunun Saatlı kəndində anadan olub. 1980-ci ildə Saatlı kənd orta məktəbinin birinci sinİfinə gedib, 1991-ci ildə bitirib. Elə həmin il Mingəçevir şəhərindəki 39 saylı texniki-peşə məktəbində təhsilini davam etdirmiş və qaynaqçı peşəsinə yiyələnir.
1992-ci il avqustun 25-də Bərdə rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağrılır. O, Naxçıvan Muxtar Resbublikasının Sədərək rayonu ərazisində PDM-də tuşlayıcı atıcı kimi döyüşə başlayaraq, Batabat ərazisində gedən döyüşlərdə mərdliklə vuruşur.
1993-cü il iyulun 28-də Ağdam bölgəsində döyüşür. Sonra Füzuli bölgəsinə göndərilir. Quliyev Mirzə Məcid oğlu Füzuli, Tərtər və Ağdərə rayonları uğrunda gedən qanlı döyüşlərdə əsl fədakarlıq nümunəsi göstərir, PDM-lə düşmənin bir neçə tankını və xeyli canlı qüvvəsini məhv edir.
Resbublika Prezidentinin 15 yanvar 1995-ci il tarixli fərmanı ilə, döyüşlərdə göstərdiyi şücaətə görə “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilir. Mirzə Quliyev dövlətçiliyimizin qorunmasında öz vətənpərvərlik borcunu layiqincə yerinə yetirir. Göstərdiyi şəxsi şücaətə görə 15 yanvar 1995-ci ildə “İgidliyə görə” medalı ilə təltif edilir.
Azərbaycan Resbublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Quliyev Mirzə Məcid oğlu döyüşlərdə göstərdiyi rəşadətə görə daha yüksək ada – “Azərabaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülür.
M. Quliyev 1995-ci ildə Polis Akademiyasının qiyabi daxil olur. 1996-cı ilin oktyabr ayında çavuş rütbəsi ilə Milli Ordu sıralarından azad edilərək, Daxili İşlər Orqanlarına işə göndərilir. 1997-ci ildə Bakı şəhər Baş Polis İdarəsinin Çevik Polis Alayında polis nəfəri kimi fəaliyyətini davam etdirir. 2003-cü il mart ayının 5-də Daxili İşlər Nazirliyinin əmri ilə ona leytenant rütbəsi verilmiş və Nəsimi rayon 20-ci polis bölməsində əməliyyat müvəkkili təyin edilir. Sonra isə kapitan rütbəsində, həmin bölmədə Cinayət Axtarışı Üzrə Baş Əməliyyat Müvəkkili vəzifəsində öz işini davam etdirir.
Ailəlidir. Bir övladı var.

Leyla Həsənova
ATƏŞ.AZ

Digər xəbərlər
10:17 Gürcüstanda parlament seçkiləri keçirilir
10:07 Gündə neçə stəkan çay içmək olar? - Həkim normanı keçməyin nələrə səbəb olduğundan danışdı
10:06 Vətən müharibəsinin 30-cu günü - Üçüncü atəşkəs elan olunur
09:46 ABŞ yeni silah alır: Rusiya və Çin peyklərini zərərsizləşdirəcək
09:39 Naxçıvanda əhali arasında vaksinasiya aparılır
09:36 İsrail İrana ikinci dəfə zərbə endirib
18:43 Əhaliyə həftəsonu ilə bağlı XƏBƏRDARLIQ: Hazırlıqlı olun!
18:36 Bu şəxslərə verilən müavinət ARTIRILIR