hemle

Azərbaycanın Milli Qəhrəmanı Abdullayev Rövşən Əbdülhüseyn oğlunun doğum günüdür -ATƏŞ.AZ

Tarix:16-01-2017, 16:22
Baxış Sayı:1 155

Azərbaycanın Milli Qəhrəmanı Abdullayev Rövşən Əbdülhüseyn oğlun 1969-cu il yanvar ayının 16-da Lerik rayonunda doğulmuşdur. Məktəbi burada başa vurduqdan sonra ailəsi ilə birlikdə Lənkərana köçmüşdür. Rövşən Abdullayev 1987-ci ildə Sankt-Peterburq Ali Hərbi-Siyasi məktəbinə daxil olur. O, Azərbaycana qayıdan kimi DİN-in əməkdaşı olaraq daxili qoşunların tərkibinə qatılır. Gənc zabit bir müddət sonra Zəngilana göndərilir. Rövşən Abdullayev 70 nəfərdən ibarət tağımın komandiri təyin edilir. Onun başçılıq etdiyi tağım göstərdiyi şücaətə görə cəbhədə ad çıxarmışdı. Rövşənin köməkliyi ilə düşmənin Qafan rayonunda yerləşən obyektləri məhv edildi. 13 sentyabr 1992-ci il Rövşənin son döyüşü oldu, erməni faşistləri Zəngilan rayonunun Qazançı kəndinə hücum etmişdi. O, döyüş yoldaşları ilə “Qaz 66” markalı avtomobilə əyləşib Qazançıya yollanır, onlar kəndin yaxınlığında düşmənin PDM-i və piyadaları ilə üzbəüz çıxdılar, güclü atəşə maruz qalan vətənimizin igid oğulları ölüm dirim savaşına girdilər. Rövşən Abdullayev yoldaşlarına meşəyə çəkilməyə əmr etdi özü isə ağır yaralansada silahı yerə qoymadı. Yoldaşları onu xəstəxanaya çatdırsalarda artıq gec idi. Şəhid oldu.
Subay idi.
Azərbaycan Respublikası prezidentinin 15 yanvar 1995-ci il tarixli 262 saylı fərmanı ilə Rövşən Əbdülhüseyn oğlu Abdullayevə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.
Lənkəran şəhər qəbristanlığında dəfn edilmişdir.

Leyla Həsənova
ATƏŞ.Az

Digər xəbərlər
11:15 Ayağında elektron qolbaq var imiş...
11:11 Paşinyan qaçacaq, Ermənistan... - Jirinovskinin dəhşətli proqnozu gündəmdə
11:08 Azərbaycanda məktəbdə kütləvi zəhərlənmə
10:59 Smartfonların tez enerji itirməsinin əsas SƏBƏBLƏRİ
10:55 İki stansiyanı birləşdirəcək yeni tunelin tikintisi 11 AY ÇƏKƏCƏK
10:51 Metropoliten "28 May"la bağlı bütün suallara aydınlıq gətirdi
10:03 Avropa İttifaqı və Çin bu ölkəyə qarşı BİRLƏŞİR
09:58 Mövqelərimiz Tovuzqala istiqamətindən atəşə tutuldu