hemle

Rusiya telekanalından Türkiyənin ərazi bütövlüyünə qarşı təxribat... -“Qərbi Ermənistan” xəritəsi…

Tarix:21-04-2020, 20:05
Baxış Sayı:1 017

Beynəlxalq Əsassız Erməni İddialarıyla Mübarizə Dərnəyinin (ASİMDER) sədri Göksel Gülbey Türkiyənin Şərqi Anadolu, Cənub-Şərqi və Qara dəniz bölgəsindəki Rize və Artvini xəritədə qondarma “Qərbi Ermənistan olaraq” nümayiş etdirən Rusiyanın "NTV” telekanalına kəskin reaksiya göstərib.

Moderator.az bu haqda “Habertürk” nəşrinə istinadla xəbər verir.

Türkiyənin 20 şəhərinin “daxil edildiyi” sözdə “Qərb Ermənistan” xülyasına və erməni diasporunun fəaliyyətlərinə Rusiya Federasiyasının açıq açıq-aşkar dəstək olduğunu ifadə edən ASİMDER başkanı belə deyib:

"Ermənilərin Türkiyə üzərindəki ölkə qurma xəyallarına Rusiya və Fransa artıq açıq açıq-aşkar dəstək verməkdədir. Ərazisində qondarma “Qərbi Ermənistan” adlanan müvəqqəti hökumətin qurulmasına icazə verən Fransa indi qondarma vətəndaşlıq şəxsiyyətlərinin yayılmasına göz yummaqdadır. Fransada başladılan bu sözdə “Qərbi Ermənistan” xəyalına dəstək olaraq Rusiyanın “NTV” telekanalının da icad etdiyi küstah xəritə üzərində Türkiyə torpağı olan 20 şəhərimizi sözdə “Qərbi Ermənistan” olaraq göstərməsi artıq Rusiyanın da faşist Erməni təşkilatlarını və onların törəmələrini dəstəklədiyini nümayiş etdirir”.

“Ruslar yüz illər boyu türk qanı tökdülər. Rusiya keçmişdə ermənilərdən istifadə edərək bölgələrimizdəki dinc günahsız müsəlman xalqlarının qırğınlarına da göz yumub. Rusiya Xarici İşlər Naziri və əməkdaşlarının əksəriyyəti erməni mənşəli olduğundan Rusiya xarici siyasəti daim Müsəlman Türkə qarşı olmuşdur. "Müvəqqəti sözdə Qərbi Ermənistan" hökuməti kurduran Fransanı və televiziya verilişində xəritə üzərində Türkiyəyə aid üç bölgəni sözdə “Qərbi Ermənistan” yazıb göstərən Rusiyanın “HTB” telekanalını şiddətlə və təəssüflə qınayırıq. Rusiya artıq bu maşalarını bizdən çəkməli və bu məkrli siyasi oyunlara son qoymalıdır"- deyə ASİMDER lideri sonda vurğulayıb.

Qeyd edək ki, Rusiya kanalı bəhs edilən üzdəniraq xəritədə qondarma "Qərbi Ermənistan" "bayrağı"nı da göstərib.

Sultan Laçın

Digər xəbərlər
10:44 Çay paketlərindəki təhlükə: Kif və bakteriya riski...
10:40 ChatGPT-yə “Dünyanı necə ələ keçirərsən?” sualı verildi: Tükürpədən cavab!
10:36 Pensiyalar 2 günə veriləcək - RƏSMİ
10:33 Onların pensiya yaşı 20 ilədək AZALDILIR - DSMF AÇIQLADI
10:17 Uzunömürlülüyün sirri: Ürək sağlamlığı üçün həftədə optimal yumurta sayı açıqlandı
10:08 Azərbaycanda borcu olan bu şəxslərə SMS göndəriləcək
10:04 Ağdaban qətliamından 33 il ötür
09:44 ÜST rəhbərindən qorxunc PROQNOZ: Yeni pandemiya gəlir?