hemle

Ermənistandan deportasiya olunanlara Azərbaycan vətəndaşlığı verilməliydimi?

Tarix:12-11-2018, 13:35
Baxış Sayı:700

Qərbi azərbaycanlıların qaçqın statusu saxlanılır, bu, beynəlxalq aləmdə təşviq edilir və rəsmi sənədlərdə öz əksini tapıb.

Bunu Milli Məclisin deputatı Fazil Ağamalı 1988-89-cu illərdə Ermənistandan deportasiya edilən soydaşlarımıza Azərbaycan vətəndaşlığı verilərək onların qaçqın statusundan məhrum edildiyinə dair fikirlərə münasibət bildirərkən deyib.

Qərbi azərbaycanlılardan pasportların alınması

Deputatın sözlərinə görə, bununla bərabər, onlar Azərbaycanda yaşayaraq ölkə vətəndaşlığı səlahiyyətlərindən istifadə etməli, cəmiyyətə inteqrasiya olunmalı, qaynayıb-qarışmalıdırlar: "Bu baxımdan deyilən söz- söhbətlərin kifayət qədər əsası yoxdur. Qərbi azərbaycanlılardan Ermənistan SSR ərazisində yaşadığını təsdiq edən pasportlar alındı və ya alınmadı, onlar nə qədər qaçqın vəziyyətində yaşamalıydılar, Azərbaycan vətəndaşı olaraq ölkə qanunvericiliyinin verdiyi hüquqlardan nə qədər istifadə etməməliydilər? Bu kimi məsələlər var".

"Bunu təsəlli üçün demirəm"

F.Ağamalı hesab edir ki, bu baxımdan biz belə bir fikri həmişə aşılamalıyıq ki, Ermənistan Azərbaycanın tarixi torpaqlarıdır, o, vaxtilə Rusiya imperiyası tərəfindən ermənilərin köçürülürək erməniləşdirildiyi müqəddəs ərazimizdir: "O torpaqlara qayıtmalıyıq, o torpaqlara qayıdacağıq. Bunu təsəllli üçün demirəm. Zaman-zaman bu və buna bənzər tarixi ədalətsizlik olub və bu ədalətsizlik tarixin özü tərəfindən aradan qaldırılıb".

"Ermənistan bütövlükdə Azərbaycan torpağıdır"

Millət vəkili xatırladıb ki, XIX əsrin əvvəllərindən başlayaraq Qərbi azərbaycanlıların tarixi torpaqlarından deportasiya prosesi başlayıb: "Bunun son mərhələsi 1988-ci il olub. Bu zaman kəsiyində 3 milyondan çox soydaşımız həmin torpaqlardan vaxtaşırı didərgin salınıb və onlar Azərbaycanın indiki ərazisində məskunlaşmağa məhkum edilib. Bu torpaqlar, yəni indiki Ermənistan bütövlükdə Azərbaycan torpaqlarıdır. Yaddaşlarımızda həmin torpaqların müqəddəsliyini qoruyub saxlamalıyıq, o torpaqlara qayıtmaq barədə düşünməliyik və bunu nəsildən-nəsilə ötürməliyik".

Prezidentdən hər bir Azərbaycan vətəndaşına çağırış

F. Ağamalı vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyev Qərbi Azərbaycan barədə tarixi ədaləti və həqiqəti dəfələrlə ən yüksək tribunalardan bəyan edib və özünün iradəsini, qətiyyətini ortaya qoyub: "Əlbəttə ki, bu olduqca mühüm yanaşmadır. Prezident hər bir Azərbaycan vətəndaşını bu istiqamətdə düşünməyə çağırış edir. Dağlıq Qarabağ münaqişəsinin sülh və ya hərb yolu ilə həll olunmasından asılı olmayaraq, biz o torpaqlara qayıdacağıq".

"Heç bir güllə atmadan Qərbi Azərbaycana qayıdacağıq"

Ermənistanda əhalinin sayının getdikcə kəskin azaldığını, insanlar kütləvi şəkildə ölkədən köç etdiyini deyən deputat əlavə edib: "Tarixə nəzər salsaq görərik ki, erməni milləti dövlət yaradıb uzun müddətin həmin dövlətin sahibi heç vaxt olmayıb. Ancaq Azərbaycan türkləri, biz türklər digər türklər kimi böyük imperiyalar, dövlətlər yaratmışıq və torpağımıza, dövlətçiliyimizə çox bağlı xalqıq. Buna görə o torpaqlar boşalacaq və zaman gələcək biz heç bir güllə atmadan, heç bir şəhid vermədən tarixi torpaqlarımıza qayıdacağıq. Bunun üçün o tarixi ərazilərin bizimki olması gerçəyini nəsildən-nəsilə ötürməliyik və gələcək nəsilləri bu yöndə yetişdirməliyik ki, qədim torpaqlarımızı unutmasınlar".

Azər Azadzadə Atəs

Digər xəbərlər
17:21 Təhlükəsizlik baxımından bunları bilmək vacibdir
14:34 TƏBİB partlayışda xəsarət alanların son vəziyyətini açıqladı
14:31 ABŞ Rusiya və İrana kosmosdan zərbə endirəcək - Gizli silah
14:29 ABŞ Konqresindən sensasiyalı araşdırma: COVID-19 laboratoriyadan "qaçıb" - FAKTLAR
14:25 Erməni nümayəndə BMT-də çıxılmaz vəziyyətdə qaldı, azərbaycanlılarla bağlı həqiqəti etiraf etdi
14:21 İsrail xüsusi xidmət orqanları İranın 200-dən çox kiberhücumunu qeydə alıb
08:49 Yer təhlükədə: Artıq 15 milyon kvadrat kilometr torpaq tükənib
08:46 "WhatsApp" milyonlarla "iPhone" smartfonunda işini dayandıracaq