hemle

Zəngəzurun Azərbaycana qaytarılması... - Beynəlxalq Diaspor Mərkəzi müzakirəyə çıxardı - ATƏŞ.AZ

Tarix:18-01-2017, 20:35
Baxış Sayı:776

Bu gün Beynəlxalq Diaspor Mərkəzinin (BDM) təşkilatçılığı ilə "Zəngəzurun Azərbaycana qaytarılması – tarixi həqiqətlər və reallıqlar” adlı elmi-praktik konfrans keçirilib.

Mərkəzin Mətbuat xidmətindən QHT.az-a verilən məlumata görə, öncə şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra konfransı giriş sözü ilə açanBDM sədri İsmayıl Ağayevkonfransın mahiyyəti haqqında tədbir iştirakçılarına geniş məlumat verib.

O, BDM tərəfindən illərdir Qərbi Azərbaycanla bağlı silsilə tədbirlərin həyata keçirildiyini, soyqırım və deportasiyaya məruz qalmış soydaşlarımızın haqqlarının müdafiəsi istiqamətində fəaliyyətin davam etdirildiyini qeyd edib.

Məruzə ilə çıxış edənAzərbaycan Qaçqınlar Cəmiyyətinin sədri, fəlsəfə doktoru Əziz ƏləkbərliZəngəzurun verilmə tarixi haqqında məlumat verərək, bu torpaqların Azərbaycana qaytarılması vaxtının çatdığını faktlarla əsaslandırıb.

Zəngəzurun Azərbaycana qaytarılması ilə bağlı rusların petisiyaya başlamasını xüsusi qeyd edərək, artıq bu məsələnin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində Azərbaycana yeni əsaslar verdiyini bildirib.

Daha sonraəməkdar incəsənət xadimi, kinorejissor Şeyx Əbdül MahmudbəyovXX əsrin əvvəllərində ermənilərin Azərbaycana qarşı törətdikləri soyqırım cinayətlərinin yenidən gündəmə gətirilməsinin vacibliyini vurğulayıb.

Konfransda iştirak edənQarabağ Azadlıq Təşkilatının sədri Akif Nağıisə öz çıxışında Zəngəzurla bağlı o zamanki partiya komitəsinin verdiyi qərarın öz qüvvəsini itirdiyini və Azərbaycanın haqqlı olaraq bu tarixi torpaqlarına sahib olmaq üçün beynəlxalq ictimaiyyətə müraciət etməli olduğunu vurğulayıb.

Qaçqın və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Yusif Fətəliyev, Bakı Dövlət Universitetinin əməkdaşı Muxtar Fərəcullayev, Araşdırmaçı İradə Rizazadə, şair Vahid Əziz, Qərbi-Azərbaycana Qayıdış Hərəkatının sədri Rizvan Talıbov, Milli QHT Forumunun prezidentinin müşaviri Nüşabə Məmmədova, BDM-in Rusiya nümayəndəliyinin rəhbəri Natiq Bədəlov, BDM-in Avropa nümayəndəliyinin rəhbəri Azər Kərimov, zıyalı Lida Əhmədova və başqaları çıxış edərək, Zəngəzurun Azərbaycana qaytarılması istiqamətində və ümumilikdə Qərbi Azərbaycanla bağlı fikir və təkliflərini bildiriblər.

Konfransa yekun vuran BDM sədri İsmayıl Ağayev səslənən təkliflərin ümumiləşdirərək yaxın zamanlarda Qərbi Azərbaycan koordinasiya mərkəzinin yaradılacağını bəyan edib.

O, eyni zamanda hamını "Zəngəzuru Azərbaycana qaytarın” adlı petisiyada fəal olmağa çağırıb.

Digər xəbərlər
12:29 Bu gecə Rusiya səması: 105 pilotsuz təyyarə vurulub
12:24 Bu şəxslər hər ay 200 manat ala bilər
10:54 Ukrayna bu sənədi Aİ-yə göndərir: İçində Rusiyaya qarşı görün nələr var
10:51 “Döyüş nöqtəsinə” çatıblar: 2030-cu ilə qədər yarım milyard yeniyetmə bu xəstəliyə tutulacaq
13:21 Dayanacaqlarda “Bakı Kart” terminalların çatışmazlığı: Yüklənmiş pulun yoxa çıxması və cinayət işinə çevrilmə riskləri
13:16 Dayanacaqlarda “Bakı Kart” terminalların çatışmazlığı: Yüklənmiş pulun yoxa çıxması və cinayət işinə çevrilmə riskləri
08:33 Hansı hallarda şəxsə təyin edilmiş cəzadan daha yüngül cəza təyin edilə bilər?
08:30 Ən ağıllı insanlar bu qan qrupundan olurlar