hemle

İordaniya mətbuatı ötən 25 ildə Azərbaycanın qazandığı nailiyyətlərdən yazır

Tarix:23-11-2016, 19:16
Baxış Sayı:483

İordaniyanın nüfuzlu “Əl-Dustur” qəzetində və “Ammonnews” xəbər agentliyində səfir Muvaffaq Əl-Acluninin Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25 illiyi ilə bağlı məqaləsi dərc edilib.

Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, məqalənin əvvəlində İordaniya Kralı II Abdullahın Azərbaycanın müstəqilliyinin bərpasının ildönümü münasibətilə Prezident İlham Əliyevə ünvanladığı təbrik məktubu yer alıb.

Yazıda Bakı şəhərinin gözəlliyindən, Azərbaycanın müsəlman Şərqində ilk demokratik dövlət olmasından, beynəlxalq əlaqələrindən, investisiya qoyuluşu və turizm sahələrindəki nailiyyətlərindən, ölkəmizdəki tolerantlıqdan danışılır. Müəllif, eyni zamanda, Azərbaycandakı siyasi sabitlikdən və iqtisadi inkişafdan, ölkəmizin strateji əhəmiyyətli və əsas ticarət yollarının kəsişməsində yerləşməsindən, neft, qaz və digər təbii sərvətlərlə zəngin olmasından, həmçinin Azərbaycan–İordaniya əlaqələrindən bəhs edir.

Bundan başqa, məqalədə Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətindən, beynəlxalq birlik tərəfindən bu siyasətin qətiyyətlə pislənilməsindən, problemin həlli ilə bağlı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrdən söhbət açılır. BMT Baş Məclisinin, İslam Əməkdaşlıq Təşkilatının, Avropa Şurası Parlament Assambleyasının, NATO-nun, Qoşulmama Hərəkatının və digər beynəlxalq qurumların da müvafiq qərar və qətnamələr qəbul etdikləri diqqətə çatdırılır. Vurğulanır ki, bu sənədlərdə Ermənistanın Azərbaycana qarşı təcavüzü pislənilir, işğal edilmiş torpaqların qeyd-şərtsiz geri qaytarılması tələb olunur

Digər xəbərlər
22:04 Bu əsgərlərlə görüşə məhdudiyyət qoyuldu
22:01 Yaxın beş ildə dünya tarixin ən isti ilini yaşayacaq
21:52 Pentaqon Çinin hücumundan qorxur: Bunu aşkar etmək çox çətin olacaq
21:46 Kartınızdakı pullar bu üsulla da oğurlana bilər - XƏBƏRDARLIQ
19:56 Rotterdamda “Qərbi Azərbaycana Qayıdışa Dəstək” adlı beynəlxalq tədbir keçirildi
15:13 Paşinyanın kilsə ilə müharibəsinin şifrələri: Azərbaycan amili niyə önəmlidir?
14:54 "WhatsApp"da yeni dövr: Sizi telefon nömrənizlə əlavə etməyən insanlar...
14:49 ABŞ-da sensasion tələb: Bu senator həbs edilsin, yoxsa III Dünya müharibəsi olacaq