hemle

Borçalı Cəmiyyəti Cənubi Qafqazda birgəyaşayış haqda konfrans keçirdi

Tarix:26-11-2016, 22:05
Baxış Sayı:591

ateh.az saytı xeberdar.net-a istinadən bildirir ki, noyabrın 26-da Beynəlxalq Mətbuat Mərkəzində Borçalı İctimai Cəmiyyətinin təşkilatçılığı ilə " Cənubi Qafqazda birgəyaşayış problemləri: təməllər, reallıqlar və perspektivlər" mövzusunda elmi-nəzəri konfrans keçirilib. Konfransı giriş sözü ilə Borçalı Cəmiyyətinin sədri Zəlimxan Məmmədli açaraq konfransın əsasən Cənubi Qafqazda xalqların sülh, bərabər hüqüq müstəvisində, eləcə də etnik konfliktlərdən uzaq yaşamaları perspektivlərinin araşdırılmasına həsr olunduğunu iştirakçıların diqqətinə çatdırıb, eləcə də Borçalı Cəmiyyətinin öz fəaliyyətində Gürcüstanın ərazi bütövlüyünə daim hörmət etdiyini və soydaşlarımızın da Gürcüstan dövlətçiliyinin qorunmasında israrlı olmasını qeyd edib.
Daha sonra AMEA-nın elmi işçisi, filosof-alim Yasəmən Qaraqoyunlunun " Cənubi Qafqazda birgəyaşayışın tarixi-fəlsəfi əsasları" haqda məruzəsi eşidildi.
Atlas Araşdırmalar Mərkəzinin direktoru, konfliktoloq Elxan Şahinoğlunun Cənubi Qafqazdakı etnik konfliktlərin yaranması xüsusunda məruzəsi də maraqla qarşılandı.
"Gürcüstan -Azərbaycan münasibətlərinin unikallığı" mövzusunda Azərbaycanda yaşayan gürcü şair Qiya Pasxataşvilinin çıxışı da böyük maraq doğurdu.
Sonra tanınmış diplomat , Azərbaycanın Gürcüstandakı ilk səfri olmuş Hacan Hacısoy Müstəqillikdən sonrakı dönəmdə Gürcüstan -Azərbaycan münasibətləri haqda ətraflı məruzə etdi.
Məruzələr ətrafında çıxışlarda Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər, millət vəkili, BQP-nın sədri Fazil Mustafa, Qərbi Azərbaycana qayıdış" İB-nin sədri Rizvan Talıbov, Azadlıq Partiyasının sədri Əhməd Oruc, Axıska Türklərinin təmsilçisi İbrahim Bürhanov, AMİP Siyasi Şurasının üzvü Əli Orucov, Ümid Partiyası Ali Məclisinin sədri Rafail Tağızadə, istefada olan polkovnik Mədəd Hacıquliyev , jurnalist Sərdar Əliyev, professor Tapdıq Həsənov və başqaları Cənubi Qafqazda birgəyaşayışın xüsusiyyətləri,xalqların dinc yanaşı yaşamaları zərurəti , eləcə də məntəqədə baş verən geopolitik dəyişikliklər haqda düşüncələrini paylaşdılar.

Digər xəbərlər
15:30 Dövlət işində çalışanlara BƏD XƏBƏR
15:27 Uşaqlar üçün yaşayış minimumu artırıldı
15:25 Azərbaycanda alimentin minimum məbləği artırılır
15:24 Bu halda vətəndaşın işsiz statusu ləğv edilir
14:26 QAZ XƏTLƏRİNƏ HAVA NİYƏ VURULUR?- AÇIQLAMA
10:44 Ömrü uzatmağın sadə yolu tapıldı
10:43 Bu gün Bakıda daha bir bəyannamə qəbul ediləcək
10:40 COP29 tədbirinin vaxtı uzadıldı