8-9 Noyabr 2016-ci ildə Bruseldə Avropa Parlamentində "Sülhdən Danışan Müasir İncəsənət Suriya Qacqınlarına yardım" adlı konfrans və sərgi keçirilmişdir. Tədbirə ev sahibliyi Avropa Birliyinin Azərbaycan Parlamentlər arası əməkdaşlıq komitəsinin rəhbəri Sajjad Heydər Kərim edirdi. Təşəbbüs Azərbaycanın Işğal Olunmuş Ərazilərində Abidələrin Müdafiyə Təşkilatı İctimayi birliyinin Avropa üzrə kordinatoru Leyla Qasımova tərəfindən beynəlxalq aləmdə Azərbaycan həqiqətlərinin tanınması, millətlər arası sülhü təbliğ etmək, münaqişə zamanı zərər çəkmiş insanların hüquqlarını tanıtmaq, insanlara zorakılığın müxtəlif formalarından berpasında yardım görsətmək və donmuş və gedən münaqişələrin davamlı həllini tapmaq məqsədi ilə irəli sürülmüşdür. Tədbirdə Azərbaycan və xarici diplomatik korpusunun numayəndələri iştirak edirdilər.
1. Tədbirin rəhbəri və moderatoru Leyla Qasımova öz çıxışında tədbirdə Müasir İncəsənət millətlər arasında danışıqlar aparmaq üçün bir rabitə vasitəsi kimi seçildiyini və layihə sülhyaratma və hümanitar yardım çərçivəsində təşkil olunduğunu vurğulamışdı.
2. Sajjad Kərim (AP deputatı), Aİ-Ermənistan və Aİ-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin nümayəndə heyətinin sədri öz çıxışında tədbirin mühüm rolundan və onun təkcə Qarabağ münaqişəsinin yox və eyni zamanda dünya üzrə gedən oxşar konfliktlər və humanitar böhranının həllini axtardığını bildirdi.
3.Amanda Paul, Avropa Siyasəti Mərkəzində Cənubi Qafqaz, Aİ Şərq Tərəfdaşlığı , Avropa Qonşuluq ölkələrində daxili və xarici siyasət və Keçmiş Sovet məkanında münaqişənin həlli üzrə geosiyasi və Siyasət üzrə Baş Analitik. Dünya qaçqın böhranından və Cənubi Qafqazda gedən münaqişələrin yüzlərcə insanın qaçqına və məcburi köçgünə çevrilməsindən bəhs etdi və eyni zamanda Cənubi Qafqazda həllini tapmamış münaqişələr regionda təhlükəsizlik problemlərinin və məcburi köçgün sayının artmasına gətirib çığartma təhlükəsini vurğuladı.
4. Ramona Manesku (MEP) Avropa Parlamentinin deputati. İnsan Haqqları üzrə Alt Komitənin üzvü AP-nin bütün münaqişələrə eyni rəğbət bəsləməsinin, xüsusi ilədə Qarabağ münaqişəsinin həllində ikili standartlardan uzaqlaşmasının, konfliktlərin vaxtında qarşısını alınmasının və məcburi köçgün və qaçqınları AP-nın prioritet məsələsinə çevrilməsinin vacibliyi bildirdi.
5. Ilkin Hüseynov Fizuli rayonu, məcburi köçgünü öz acınacaqlı və əzablı yolundan bəhs edərək dünya qaçqınlara dəstək səsini duydurdu.
Sərginin ikinci günü Kaşmir Avropa Birliyi tərəfindən təşkil olunmuş Blinded Power adlı konfransda yer alırdı. Sərgidə Kaşmir ve diger diplomatik korpuslar iştirak edirdiler: Azad Kashmirin Baş naziri Mr Raja Farooq Haider Khan, Avropa Parlamentinin deputatları Jean Lambert və Sajjad Karim, Keçmiş Avropa Komissiyasının Səfiri Anthony Crasnir, AI Kashmir təşkilatının rehberi Ali Raza Syed və s.
Leyla Qasımova