hemle

Dünya Azərbaycanlıları Assambleyası Varşavada konfrans keçirəcək

Tarix:9-11-2016, 19:25
Baxış Sayı:614

Dünya Azərbaycanlıları Assambleyasının (DAA) təşkilatçılığı ilə 2 dekabr 2016-cı il tarixində Polşanın paytaxtı Varşava şəhərində Varşava Təbiət Elmləri Universitetində Azərbaycan-Polşa Gənc Alimlərinin 2-ci Elmi Konfransı keçiriləcək.
Assambleyadan verilən xəbərə görə, tədbirin əsas təşəbbüskarı və təşkilatçısı DAA-nın elmi araşdırmalar və tədqiqat məsələləri üzrə vitse prezidenti gənc alim Raqif Hüseynovdur. Azərbaycan-Polşa Gənc Alimlərinin 2-ci Elmi Konfransı "Müasir dövrdə kənd təsərrüfatının və sənayenin mövcud vəziyyəti və inkişaf perespektivləri" mövzusuna həsr edilib.
Tədbirin əsas maddi və texniki dəstəyi Varşava Təbiət Elmləri Universitetidir. Tədbir çərçivəsində gənc alimlərin təqdimatları olacaq. Konfransın sonunda gənc alimlərə sertifikat təqdim olunacaq. Konfransda iştirak edən gənc alimlərin məqalələri Varşava Təbitət Elmləri Universitetinin elmi jurnlında çap olunacaqdır.
Türkiyə Cümhuriyyətinin, Azərbaycan Respublikasının Polşada fəaliyyət göstərən səfirlikləri, Polşa rəsmi qurumlarının nümayəndələri iştirakları gözlənilir.
Sonda isə Polşa və Azərbaycan dahi bəstəkalarının musiqilərindən ibarət piano konserti təşkil olunacaq.
Qeyd edək ki, Raqif Hüseynov yaxın günlərdə DAA vitse prezidenti təyin olunub. Gənc alim hazırda Macarıstan Respublikasının Sent İstvan Univeristetinin doktorantıdır.

Dünya Azərbaycanlıları Assambleyası

Digər xəbərlər
10:40 ChatGPT-yə “Dünyanı necə ələ keçirərsən?” sualı verildi: Tükürpədən cavab!
10:36 Pensiyalar 2 günə veriləcək - RƏSMİ
10:33 Onların pensiya yaşı 20 ilədək AZALDILIR - DSMF AÇIQLADI
10:17 Uzunömürlülüyün sirri: Ürək sağlamlığı üçün həftədə optimal yumurta sayı açıqlandı
10:08 Azərbaycanda borcu olan bu şəxslərə SMS göndəriləcək
10:04 Ağdaban qətliamından 33 il ötür
09:44 ÜST rəhbərindən qorxunc PROQNOZ: Yeni pandemiya gəlir?
09:40 İnanılmaz kəşf: Okeanlarda plastik yeyə bilən göbələklər var